Страницы

04.06.2022

İmperializm bizə məxsus olan sərvətin 90%-ini oğurlayıb aparır


Bəs sizi kraliçanın yubileyinə çağırmışdılar?
İngiltərədə kraliça Elizabetin taxta çıxmasının 70 illiyi qeyd olunur. Bu, Mau Mau qətliamından Julian Assanjın qanunsuz həbsinə qədər uzanan bir monarxiya hekayəsidir. Ancaq Elizabetin cinayətləri başqa yazının mövzusudur. Bu gün maraqlı olan Bakıda qurulan tamaşadır.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi kraliçanın yubileyi ilə bağlı tədbir keçirib. Tədbirdə kimə daş atsanız, gedib müxalifətçiyə dəyərdi. Cəhbəçilərdən Müsavatçılara, Nidaçılardan Meydan Tv jurnalistlərinə qədər bütün liberal-milliyətçi müxalifət orda idi.
Biz yadımıza sala bilmədik, siz deyin, axırıncı dəfə Əli Kərimli ilə İsa Qəmbəri hansı xarici dövlətin rəsmi tədbirində görmüşdünüz?
Eyni adamlar bir ay qabaq İlham Əliyevin Londondakı mülklərindən danışırdı. Bəs Əliyev Londonda o mülkləri necə ala bilir? Necə olur ki, bunlar İngiltərədə çirkli pulların yuyulması hesab olunmur? Necə olur ki, Bakıda müxalifət liderləri bunu başa düşmür?
Bütün bu sualların cavabı imperializmdir.
BP və konsorsiumun Azərbaycan xalqının boğazına keçirdiyi müstəmləkəçi imperializm.
İmperializm bizə məxsus olan sərvətin 90%-ini oğurlayıb aparır. Ancaq nə hakimiyyəti, nə də müxalifəti unutmur. Birinə icazə verir ki, oğurladığı pullarla Londonda malikanələr alsın, o birinə qrant verir ki, bunları araşdırsın, tənqid eləsin. Biri kraliçaya at hədiyyə edir, o biri kraliçanın tədbirində boy göstərir.
Vəziyyət tragikomikdir.
Qərb həm iqtidarla sövdələşir, həm müxalifətlə. Bununla da imperializm məfhumunu tamamilə ictimai müzakirədən kənar tuta bilir. Bu tamaşa 30 ilə yaxındır qoyulub - aktyorlar dəyişir, ssenari isə yox.
Azərbaycanda anti-imperialist olmayan heç bir siyasi xətt xalqa azadlıq və rifah gətirə bilməz.
Ya kraliçanın muzdlularını Vətənimizdən qovub, müstəqil sosialist Azərbaycanı quracağıq, ya da həyatımızın sonuna kimi belə sürunəcəyik.

©️ İşçinin Səsi

Комментариев нет:

Отправить комментарий