Страницы

04.06.2022

Lev Qumilyov: TÜRKLƏR— DÜNYA XALQLARINA DİNCLİK GƏTİRMİŞLƏR


Lev Qumilyov Qərb Xaqanlığının ilk hökmdarları barədə danışarkən bildirir: “Etiraf etmək lazımdır ki, İstemi və Qara-Çurin Türk təkcə ordu sərkərdəsi deyildilər, həm də gözəl administrator idilər. Onlar fateh kimi gəldikləri ölkələr üçün “modus vivendi” yaratdılar. O vaxta kimi dağınıq hala düşmüş və güclərini daimi xırda müharibələrdə tükətmiş qəbilələr dinc həyatın dadını çıxardılar, öz köçəri heyvandarlıq təsərrüfatlarının inkişafı üçün hər cür imkan əldə etdilər. Bu ilk növbədə vəhdət və birlik təfəkkürünün meydana çıxmasına gətirdi ki, o vaxtdan türklərin adı ilə bağlı oldu. Belə nəticəyə gəlmək olar ki, məhz hökmran təbəqə təşkil edən türkütlərin azsaylılığı ortalığa çıxan yeni sistemin davamlılığını və sabitliyini təmin etdi. Xan drujinasının təminatı o qədər də üzücü xərc aparmırdı, odur ki xərac ödəyənlərdə protest yaratmırdı, həm də vahid hakimiyyətin olmasının xeyri göz qabağında idi. Məmləkət qarşısında duran əsas xarici siyasət məsələsi böyük karvan yolları uğrunda mübarizə idi ki, xaqanlığın cənub vilayətlərinin ticarət şəhərlərinin tələbatı üçün həyati vacib məsələ idi və xaqanlığın şimal təbəələri üçün də gəlir vəd edirdi. Odur ki bu məsələdə də ölkənin və dinastiyanın maraqları üst-üstə düşürdü. Elə real gücün hakimiyyətdə deyil, xalqda olması səbəbindən biz tədricən Qərbi Türküt Xaqanlığının süqut etdiyi 659-cu ilə kimi onun tarixini təşkil edən bütün institutların və güclər nisbətinin get-gedə evolyusiyaya uğramasının şahidi oluruq. Türklərlə üz-üzə gələn müsəlmanlar da onların ətraf xalqlarla ümumi dil tapmaq bacarıqlarını təəccüblü şəkildə qeyd edirdilər. Türklər bu xüsusiyyətlərini yeni ölkəyə ya fateh kimi, ya qonaq kimi, ya muzdlu kimi, ya hərbi əsir kimi gəlmələrindən asılı olmayaraq hər dəfə nümayiş etdirmişlər. Nəticədə türklər digər xalqların nümayəndələri ilə müqayisədə karyeralarını daha böyük uğurla quraraq hər bir şəraitdə irəliləyə bilmişlər”.
Mənbə: A.Duqin, “Turan”

Комментариев нет:

Отправить комментарий