Страницы

28.07.2022

Almaniya xarici işlər naziri: Alman ordusunun texnikası 50 ildən qalmadır

Almaniya ordusunun texnikasının bir hissəsi, o cümlədən tanklar köhnəlib. Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok “Azadlıq” radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, Berlin insanların Avropada sülh şəraitində yaşayacağını düşünüb və buna inanırdı. “Buna görə də, hərbi müdafiəmizə daha az pul xərcləmişik. Bu barədə çox danışmaq olar, amma fakt və reallıq belədir. Odur ki, öz ehtiyatlarımızdan harasa nəsə tədarük etmək bizim üçün çətindir. Çünki məsələn, tanklardan və 50 ildən qalma texnikadan bir daha istifadə etməyəcəyimizi düşünürdük”, - nazir qeyd edib.
O əlavə edib ki, Alman hərbi tankları Avropada təsəvvür edə biləcəyiniz ən pis tanklardır. “Son onilliklərdə daim belə olub, çünki Avropa sülh şəraitində yaşamaq üçün qurulub. Ancaq bu fikir artıq köhnəlib və qeyd etdiyim hava hücumundan müdafiə sisteminin bəzi hissələri istisna olmaqla, silah ehtiyatlarımız hazırda lazımi səviyyədə deyil. Ona görə də hər şeyi öz ehtiyatlarımızdan verə bilmirik. Real vəziyyət belədir", - Berbok deyib.

Комментариев нет:

Отправить комментарий