Страницы

08.07.2022


Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 03.07.1997-ci il tarixli Müqaviləyə əsasən Azərbaycanda Rusiyayönümlü fəaliyyət nəinki qadağan deyil, hətta vacib və zəruridir!

— Tərəflər ərazilərində yaşayan şəxslərə iradəsini sərbəst ifadə etməsinə uyğun olaraq, yaşadıqları dövlətin vətəndaşlığını saxlamaq və ya digər Tərəfin vətəndaşlığını əldə etmək hüququna zəmanət verirlər.
— Tərəflər siyasi, iqtisadi, mədəni, səhiyyə, energetika, ekologiya, elm, texnika, ticarət, humanitar və digər sahələrdə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirəcək,
geniş informasiya mübadiləsinə kömək edəcəklər.
— Tərəflər iqtisadi, mədəni, etnik və humanitar əlaqələrin inkişafına hərtərəfli yardım edəcək, təhsil, turizm sahəsində mübadiləni inkişaf etdirəcək və sərbəst informasiya mübadiləsinə kömək edəcəklər. Onlar Azərbaycan dilinin Rusiya Federasiyasında və rus dilinin Azərbaycanda öyrənilməsini və yayılmasını təşviq edəcəklər. Onlar bu sahələrdə əməkdaşlığı, o cümlədən birgə layihələrin həyata keçirilməsində, mədəni, elmi və digər fondların və assosiasiyaların fəaliyyətində hökumət və qeyri-hökumət təşkilatları və idarələri, xüsusi təşkilatlar və şəxslər arasında əməkdaşlığı təşviq edəcəklər.

Комментариев нет:

Отправить комментарий