Страницы

17.07.2022

Azərbaycanda antirus təbliğatı qadağandır


Dövlətlərarası müqavilələr antirus təbliğatını qadağan edir


Antirus təbliğatında özlərinə əl qatmış politoloqların, jurnalistlərin, ekspertlərin, analitiklərin və digər made in enqliş feylosofların nəzərinə!

 

Azərbaycanda antirus təbliğatı aparmaq qadağandır!

 

22.02.2022-ci il tarixdə Moskvada Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış Müttəfiqlik Deklarasiyasına əsasən:

 

— Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.

— Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər.

— Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar.

— Tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinirlər.

— Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər.



Rusiyanı tənqid etmək qadağandır

 

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 24 iyun 2022-ci ildə imzalanmış beynəlxalq informasiya təhlükəsizliyi haqqında Sazişə əsasən dövlətçilik üçün təhlükə sayılan hallar:

— dövlətlərin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü pozmağa yönəlmiş hərəkətlərin həyata keçirilməsi;

— dövlətlərin daxili işlərinə qarışmaq, ictimai asayişi pozmaq, millətlərarası, irqlərarası və dinlərarası ədavəti qızışdırmaq, separatizmi və ekstremizmi, nifrət və ayrı-seçkilik yaradan irqçi və ksenofobik ideya və nəzəriyyələri təbliğ etmək, zorakılığa və qeyri-sabitliyə təhrik etmək, sabitliyi pozmaq, daxili siyasi və sosial-iqtisadi vəziyyəti, dövlət idarəçiliyini pozmaq;

— ictimai-siyasi və sosial-iqtisadi sistemə, mənəvi, əxlaqi və mədəni mühitə zərər vuran məlumatları yaymaq.

 

Tərəflər Suverenliyə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına qarşılıqlı hörmət edəcəklər.

Tərəflər öz dövlətlərinin informasiya infrastrukturundan və resurslarından üçüncü bir tərəfə onların dövlətlərinə zərər vurmaq üçün istifadə edilməməsi üçün səy göstərəcəklər.

Tərəflər informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətkarlıqla mübarizədə qarşılıqlı fəaliyyət göstərəcəklər.

Tərəfər informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilmiş cinayətlərin və digər hüquqpozmaların aşkar edilməsi, xəəbərdarlıq edilməsi, qarşısının alınması və istintaq aparılması məqsədilə hüquq-mühafizə orqanları arasında məlumat mübadiləsi üzrə əməkdaşlıq edəcəklər.



Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 03.07.1997-ci il tarixli Müqaviləyə əsasən Azərbaycanda Rusiyaya qarşı nifrət aşılamaq və millətçilik qadağandır!

 

— Tərəflər separatizmi, onun bütün təzahürlərində pisləyir, digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş separatist hərəkətləri dəstəkləməməyi öhdələrinə götürür, habelə öz ərazisində təşkilat və qrupların yaradılması və fəaliyyətini, ayrı-ayrı şəxslərin fəaliyyətini qadağan edir və qarşısını alır.

— Tərəflərdən biri digər Tərəfə qarşı yönəldilmiş hər hansı hərbi, iqtisadi və maliyyə xarakterli, o cümlədən üçüncü ölkələr vasitəsi ilə də hər hansı hərəkətlərdə və tədbirlərdə iştirak etməməyi, öz ərizələrindən digər Tərəfə qarşı təcavüzkarlıq və ya digər zorakılıq hərəkətləri üçün istifadə olunmasına yol verməməyi öhdəsinə götürür.

— Tərəflər milli təhlükəsizlik və müdafiə quruculuğunun təmin edilməsi məsələlərində sıx əməkdaşlıq və əməli qarşılıqlı fəaliyyət həyata keçirirlər.

— Tərəflər milli, irqi, etnik və ya dini ayrı-seçkilik, düşmənçilik və ya nifrət əsasında şəxslərə və ya qruplara qarşı zorakılığa təhrik edən hər cür hərəkətlərin qarşısının alınması və aradan qaldırılması üçün təsirli tədbirlər görməyi, o cümlədən müvafiq qanunvericilik aktları qəbul etməyi öhdələrinə götürürlər.



Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 6 fevral 2004-cü ildə imzalanmış Moskva Bəyannaməsi ilə Azərbaycanın Avropaya inteqrasiya xəttinə son verilib, ölkənin Rusiya ilə strateji tərəfdaşlıq dövrü başlayıb:

 

— Azərbaycan Respublikası və Rusiya Federasiyası Qafqazda təhlükəsizliyin təmini və münaqişələrin həll edilməsi, regionun davamlı inkişafı üçün şəraitin yaradılması məqsədilə bütün zəruri tədbirləri görəcəklər. Tərəflər əvvəlki kimi eyni fikirdədirlər ki, Qafqazda təhlükəsizliyin təmininə və əməkdaşlığın inkişafına yanaşmaların müəyyən edilməsində əsas rolu bu regionun dövlətləri oynayır.

— Tərəflər Müstəqil Dövlətlər Birliyində qarşılıqlı faydalı çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə və dərinləşdirilməsinə, iştirakçı dövlətlər qarşısında duran aktual ümumi problem və məsələlərin həll edilməsi instrumenti kimi MDB-nin səmərəliliyinin artırılmasına fəal yardım etməyə hazırdırlar.

— Tərəflər təsdiq edirlər ki, MDB formatında əməkdaşlığın möhkəmləndirilməsi onların milli maraqlarına cavab verir.

— Tərəflər universal və regional xarakterli təşkilatlar və forumlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyəti artırmaq qabiliyyətini təsdiq edirlər.



Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış 6 fevral 2004-cü il tarixli Moskva Bəyannaməsinə əsasən ölkələr arasında ictimai-siyasi, mədəni və iqtisadi əməkdaşlıq yüksələn xətlə davam etdirilməlidir:


— Tərəflər bütün digər səviyyələrdə ikitərəfli təmasların dərinləşdirilməsinə, qarşılıqlı səfərlərin həyata keçirilməsinə, iki ölkənin qanunvericilik və icra hakimiyyəti orqanları arasında ikitərəfli xarici siyasət və digər məsləhətləşmələr praktikasının inkişaf etdirilməsinə, qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsinə mühüm əhəmiyyət verirlər.

— Tərəflər öz ərazilərində bir-birinin dövlət suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəldilən təşkilat, qrup və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması ilə bağlı tədbir görəcəklər.

— Tərəflərdən heç biri digər tərəfə qarşı yönəldilən hərbi, iqtisadi və maliyyə xarakterli, o cümlədən üçüncü ölkələr vasitəsilə hər hansı bir fəaliyyət və ya tədbirdə iştirak etməyəcək, habelə öz ərazisindən digər tərəfə qarşı təcavüz və ya başqa zorakı fəaliyyət məqsədilə istifadə etməyə yol verməyəcəkdir.

— Tərəflər iki dövlətin biznes və elm sahələrinin institut və təşkilatlarını Hökumətlərarası Komissiyanın əməli işinə cəlb edəcək, Azərbaycan-Rusiya biznes-forumunun yaradılmasına səy göstərəcəklər.

— Azərbaycan Respublikası və Rusiya Federasiyası iki ölkənin xalqlarının tarixi və mədəni yaxınlığını nəzərə alaraq təsdiq edirlər ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında humanitar sahədə təmasların və əməkdaşlığın inkişafı möhkəm və obyektiv əsasa malikdir. Tərəflər humanitar, informasiya əməkdaşlığının müqavilə-hüquq bazasının genişləndirilməsi və təkmilləşdirilməsinə, mədəniyyət, elm, təhsil, səhiyyə və sosial təminat sahələrində qarşılıqlı fəaliyyətə yardım göstərəcəklər. Bu kimi əməkdaşlıq iki ölkənin dövlət orqanları tərəfindən dəstəklənəcəkdir; onun həm də işgüzar dairələrin müvafiq diqqətinə ehtiyacı vardır.

— Tərəflər gənclər və tələbələrin mübadiləsi, kütləvi informasiya vasitələri arasında əlaqələr yolu ilə humanitar sahədə təmasların inkişafına kömək edəcəklər, tələbə və şagirdlərin birgə təhsil proqramlarının hazırlanması, mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsi, təhsil proqramlarının mübadiləsi vasitəsilə milli təhsil sistemi sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər, qarşılıqlı əsasda Azərbaycan və rus dillərinin öyrənilməsinə və ədəbiyyatının yayılmasına, habelə elm, ədəbiyyat və incəsənət xadimləri arasında əlaqələrin inkişaf etdirilməsinə kömək göstərəcəklər.

— Tərəflər Azərbaycan Respublikasında yaşayan ruslar və Rusiya Federasiyasında yaşayan azərbaycanlılar üçün əlverişli şəraitin yaradılmasını məmnunluqla vurğulayır, iki dost ölkənin xalqlarının yaxınlaşmasında hər iki icmanın xüsusi rolunu qeyd edirlər.



Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 03.07.1997-ci il tarixli Müqaviləyə əsasən Azərbaycanda Rusiyayönümlü fəaliyyət nəinki qadağan deyil, hətta vacib və zəruridir!

 

— Tərəflər ərazilərində yaşayan şəxslərə iradəsini sərbəst ifadə etməsinə uyğun olaraq, yaşadıqları dövlətin vətəndaşlığını saxlamaq və ya digər Tərəfin vətəndaşlığını əldə etmək hüququna zəmanət verirlər.

— Tərəflər siyasi, iqtisadi, mədəni, səhiyyə, energetika, ekologiya, elm, texnika, ticarət, humanitar və digər sahələrdə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirəcək, geniş informasiya mübadiləsinə kömək edəcəklər.

— Tərəflər iqtisadi, mədəni, etnik və humanitar əlaqələrin inkişafına hərtərəfli yardım edəcək, təhsil, turizm sahəsində mübadiləni inkişaf etdirəcək və sərbəst informasiya mübadiləsinə kömək edəcəklər. Onlar Azərbaycan dilinin Rusiya Federasiyasında və rus dilinin Azərbaycanda öyrənilməsini və yayılmasını təşviq edəcəklər. Onlar bu sahələrdə əməkdaşlığı, o cümlədən birgə layihələrin həyata keçirilməsində, mədəni, elmi və digər fondların və assosiasiyaların fəaliyyətində hökumət və qeyri-hökumət təşkilatları və idarələri, xüsusi təşkilatlar və şəxslər arasında əməkdaşlığı təşviq edəcəklər.



Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik haqqında 22 fevral 2022-ci il tarixli Deklarasiyaya əsasən Azərbaycanda Rusiyayönlü təbliğat vacib və zəruridir:

 

— Rusiya Federasiyası və Azərbaycan Respublikası informasiya-kommunikasiya texnologiyaları sahəsində birgə layihələrin inkişafını, yüksək keyfiyyətli səs trafikinin mübadiləsi üçün səmərəli şəraitin yaradılması da daxil olmaqla Rusiya və Azərbaycanın telekommunikasiya operatorları arasında birbaşa əlaqə kanallarının təşkilini təşviq edəcəklər.

— Tərəflər beynəlxalq informasiya təhlükəsizliyi, kütləvi kommunikasiya vasitələri, publik və ictimai diplomatiya ilə əlaqədar məsələlərin geniş dairəsi üzrə iki ölkənin müvafiq strukturları və təşkilatları arasında sahəvi məsləhətləşmələrin keçirilməsi vasitəsilə də daxil olmaqla əməkdaşlığın qurulmasına yardım edəcəklər.

— Tərəflər səmərəli qarşılıqlı fəaliyyət, ticarət, təsərrüfat, mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsi üçün əlverişli şərait yaratmaq məqsədilə Rusiya Federasiyasının regionları və Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına yardım edəcəklər.

— Tərəflər milli qanunvericiliklərinə uyğun olaraq iki ölkənin xalqlarının mənəvi və mədəni yaxınlığının saxlanmasına hərtərəfli yardım etmək niyyətindədirlər.

— Rusiya Federasiyası və Azərbaycan Respublikası mədəniyyət və incəsənət, təhsil, elm, turizm və idman sahələrində qarşılıqlı əlaqələri dərinləşdirməyə, ictimai və gənclər təşkilatları, tədris təşkilatları və təhsil müəssisələri, innovasiya mərkəzləri, kütləvi informasiya vasitələri arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əlaqələrin qurulmasına yardım etməyə davam edəcəklər.

— Tərəflərdən hər biri öz ərazisində digər Tərəfin humanitar, elmi-texniki, mədəni və informasiya əlaqələrinin inkişafına yönəlmiş, o cümlədən də ikitərəfli sazişlər əsasında və milli qanunvericilik çərçivəsində informasiya-mədəniyyət mərkəzləri vasitəsilə fəaliyyətini dəstəkləyəcəkdir.



Azərbaycan Respublikası və Rusiya Federasiyasının 9 yanvar 2001-ci il tarixli Bakı Deklarasiyası Rusiya ilə əməkdaşlığı zəruri edir:

 

— Azərbaycan Respublikası və Rusiya Federasiyası siyasi, ticarət-iqtisadi, hərbi, humanitar, mədəniyyət, elm, təhsil, informasiya, turizm və idman sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi xəttinə tərəfdar olduqlarını təsdiq edirlər.

— Azərbaycan Respublikası və Rusiya Federasiyası, hər iki ölkənin təhlükəsizliyinin təmin olunması ilə bağlı maraqlara cavab verən ikitərəfli hərbi və hərbi texniki əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirirlər.

— Onlar Azərbaycan Respublikasında yaşayan rusları və Rusiya Federasiyasında yaşayan azərbaycanlıları Azərbaycan və Rusiya cəmiyyətinin üzvi hissəsi, xalqların yaxınlığının saxlanılmasına və aralarındakı dostluq münasibətlərinin möhkəmləndirilməsinə kömək edən amil hesab edirlər.

— Hər iki dövlət mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlığın daha da inkişafının və genişləndirilməsinin, habelə hər iki ölkənin xalqları arasında ənənəvi dostluq münasibətlərinin və etimadın möhkəmləndirilməsi üçün bu sahələrdə hərtərəfli mübadilələrin əhəmiyyətini qeyd edirlər.

— Azərbaycan Respublikası və Rusiya Federasiyası ənənəvi siyasi, iqtisadi, elmi, mədəni-tarixi əlaqələrin inkişafına imkan yaratmaq səylərini ifadə edirlər.

— Azərbaycan Respublikası və Rusiya Federasiyası Qafqazda regionun dinc gələcəyi üçün təhlükə törədən terrorizmin, ekstremizmin və təcavüzkar separatizmin yayılması ilə əlaqədar ciddi narahat olduqlarını bildirirlər. Bunları nəzərə alaraq, onlar özlərinin xarici siyasət, güc və hüquq-mühafizə strukturlarının səmərəli qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsini davam etdirəcəklər.

— Azərbaycan Respublikası və Rusiya Federasiyası əmindirlər ki, Müstəqil Dövlətlər Birliyi formatında əməkdaşlığın dərinləşdirilməsi Tərəflərin milli maraqlarına cavab verir.

— Azərbaycan Respublikası və Rusiya Federasiyası əmindirlər ki, onların qarşılıqlı etimad ruhunda həm ikitərəfli münasibətlər sahəsində, həm də beynəlxalq arenada sıx və dinamik əməkdaşlığı hər iki xalqın və dövlətin maraqlarına cavab verir və özlərinin, regional və qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edir.



Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin və Rusiya Federasiyası Prezidenti Vladimir Putinin 25 yanvar 2002-ci il tarixli Birgə Bəyanatında Rusiya ilə inteqrasiyanın zəruriliyi əks olunub:

 

— Tərəflər iki dost dövlət arasında hərtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edirlər.

— Tərəflər iki ölkə xalqlarının hərtərəfli şəkildə daha da yaxınlaşmasının, mədəniyyət, elm və təhsil, informasiya, turizm və idman sahələrində əməkdaşlığın genişləndirilməsinin, habelə Azərbaycan və Rusiya xalqları arasında ənənəvi dostluq və etimad tellərinin möhkəmləndirilməsi üçün bu sahələrdə hərtərəfli mübadilələrin zəruriliyinə diqqət yetirirlər.

— Tərəflər inteqrasiya və əməkdaşlığın inkişafı, qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadilələri üçün Müstəqil Dövlətlər Birliyinin əhəmiyyətini qeyd etdilər.



Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Dostluq və Strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Deklarasiyasına görə Azərbaycanın strateji tərəfdaşı - Rusiyadır! Yolumuz Rusiya yoludur!

 

— Tərəflər Azərbaycan Respublikası ilə Rusiya Federasiyası subyektləri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edirlər.

— Tərəflər öz ərazilərində dövlət suverenliyinə və bir-birinin ərazi bütövlüyünə qarşı yönəlmiş təşkilatların, qrupların və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması üçün qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduqlarını bildirirlər.

— Tərəflər hərbi və hərbi-texniki əməkdaşlığı gücləndirmək və genişləndirmək niyyətlərini bəyan edirlər.

— Tərəflərdən heç biri digər Tərəfin ərazisində onun qurumları, təşkilatları, şirkətləri və digər təsərrüfat subyektləri tərəfindən bu və ya digər Tərəfin suveren hüquq və mənafelərinə xələl gətirə biləcək fəaliyyətin həyata keçirilməsinə icazə verməyəcək.

— Tərəflər Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı-faydalı hərtərəfli əməkdaşlığın genişləndirilməsinə və dərinləşməsinə, iştirakçı dövlətlərin qarşısında duran təxirəsalınmaz ümumi problemlərin və vəzifələrin həlli üçün MDB-nin bir vasitə olaraq səmərəliliyinin artırılmasına kömək edəcəklər.

— Tərəflər beynəlxalq və regional səviyyədə hər iki dövlətin sivilizasiyalar və dinlər arasında dialoqun qurulması və dərinləşdirilməsi səylərini dəstəkləyəcəklər.

— Tərəflər özlərinin təsərrüfat subyektləri, o cümlədən hər iki dövlətin biznes və elm sahəsində qurum və təşkilatları arasında qarşılıqlı fəaliyyətin qurulması və dərinləşdirilməsinə lazımi köməklik göstərəcəklər.

— Tərəflər mədəniyyət və incəsənət, elm və təhsil, informasiya və gənclər siyasəti sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və təkmilləşdirilməsinin tərəfdarıdırlar.

— Tərəflər hər iki ölkənin gənclər və tələbə təşkilatları, elm və mədəniyyət xadimləri arasında hərtərəfli əlaqələrin möhkəmlənməsinə kömək edəcəklər.



Комментариев нет:

Отправить комментарий