Страницы

10.07.2022

Niyə TALIŞDA (Cənub bölgəsində) iş yerləri və infrastruktur inkişaf olunmur?

Elcan Rövşənoğlu

Gəlin sizə bir az "nağıl" danışım.
Yadınıza gəlirsə əgər, bizim "Xəzər Lənkəran" adlı bir futbol komandamız var idi... 2004-cü ildən tutmuş dağıldığı günə kimi, biz talışlar hər həftə öz doğma komandamızın oyununu gözləyirdik və ona dəli kimi azərkeşlik edirdik. Bakı "Neftçi"si ilə qarşılaşma hətta "böyük oyun" adını almışdı. Yox, sizə futbol haqda danışmaq fikrim yoxdur, sadəcə Lənkərandakı "Pal süd" yadıma düşdü. Düşündüm ki, niyə Talış bölgəsində bu cür müəssisələr, fabriklər, zavodlar və s. olmamalıdır ? Soruşacaqsız guya harda var ki, orda da olsun? Niyə ki, Qubada, Qusarda, Qəbələdə və s. turizm üçün kifayət qədər işlər görülüb, bəs Talişda buna nə mane olur?
Əvvəlcə nəticədən danışıb daha sonra səbəbi izah etmək istəyirəm. Bütün bunların olmaması cənub regionundan əhalinin kütləvi şəkildə paytaxta köç etməsi, sahibsiz qalan evlərin dağılması, ana dilimizin məhv olub aradan itməsi və bir çox böhranlı hallarla nəticələnib.
Rusiya bazarlarını sitrus meyvələri, tərəvəzlərlə təmin edən cənub regionunda nəyə görə konserv zavodları fəaliyyət göstərməməlidir? Füsunkar təbiəti, gözəl meşələri, hündür dağları olan Lerik niyə ən geridə qalmış rayon olmalıdır? Bir tərəfində dəniz, bir tərəfində meşələr və dağlar olan Astara nəyə görə dünya turistlərinin diqqətini cəlb etməməlidir? Niyə Lənkəran adı gələndə narkomaniya və narkotik vasitələr yada düşməlidir? Hər zaman namusu, əxlaqı ilə seçilən bir reqionda niyə fahişəliyin yaşı azalmalı, özü isə çoxalmalıdır?
Deməli başqa səbəblər var. Görünür bizim regionun inkişafı kimlərəsə sərf eləmir. Məsələn, Rusiyada yaşayan separatçılara. Bilirəm bir çoxunuz bunu oxuyub ironiya ilə gülümsədiniz, amma mən buna izahat vermək istəyirəm. Yazıma əbəs yerə "Xəzər Lənkəran" ilə başlamadım. Məhz "Xəzər"in ev oyunlarında tamaşaçıların arasında Zabil Məhərrəmovun ələ salıb, ələ aldığı bəzi tamaşaçılar olurdu. Onlar Zabilin sifarişi ilə separatçı lozunqlar səsləndirib kütləyə təsir edərək onların dövlətə və dövlətçiliyə qarşı çıxarmağa çalışırdılar. Çünki Talış regionunun Azərbaycan dövləti tərkibindəki inkişafı separatizm tərəfdarlarına heç cür sərf etmir. Ona görə də Zabil və onun kimi marionet qüvvələr məhz bu məqsədlə çirkin işlərlə əl atırlar.
Nə qədər ki, talışlar Zabil, Zairəddin və onların əlaltıları ilə təmasda olacaqlar, onların tapşırıqlarını yerinə yetirəcəklər bizim regionda heç vaxt, heç nə qaydasına düşməyəcək!
P.S.: Regionumuzun inkişafı, "Separatçılığa yox!"dan asılıdır!

Qeyd: Dəfələrlə məhz Rusiya tərəfinin təşəbbüsü ilə separatizmi qadağan edən dövlətlərarası müqavilələr imzalanıb, sazişlər bağlanıb.

Rusiya talış separatizmini dəstəkləmir!





Комментариев нет:

Отправить комментарий