Страницы

15.09.2022

ABŞ kəşfiyyatının əlinə oynayan təxrtibatçıları tanıyaq!


Abdulla Akan İsmayıl

Millət-xalq olaraq ən böyük qüsurlarımızdan biri müharibəpərəst, revanşist, imperialist kimi düşüncələrdən uzaq olmağımızdı. Çoxları deyə bilər ki, axı bu sadaladıqların xoş bir hal deyil, yaxşı ki biz qeyd olunanlardan uzağıq. Bəli, uzaq olmağımız insani keyfiyyətlərimizdəndi, amma uzaq olub da, əsrlərlə özümüzün təcavüzə, işğala, tapdalanmağa məruz qalmağmızla nəticələnibsə, humanistlik, tolerantlıq, sülhsevərliyimiz tərəqqimizə yox, bataqlığımıza çevrilib. Zaman-zaman hansısa qütbə satılanlar, yarınanlar, var-yoxlarını yadlara peşkəş edərək doymayıb da, Vətəni addım-addım satanlar sayəsində daim tarixin sınaqlarında üzü qara, miskin çıxmışıq. Bunun nəticəsidi ki, Şah İsmayılın yaratdığı Səfəvilər, Nadir Şah qüdrətləndirdiyi Əfşarilər imperiyasından parçalana-parçalana öz tarixi torpaqlarımızla həmsərhəd olmuşuq. 
30 ildən sonra tale bizə müharibə yolu ilə işğal olunmuş Qarabağı azad etmək nəsib etdi. II Qarabağ müharibəsi xalqımıza təsirsiz qalmadı, dünya miqyasında ağırlığımıza və geniş addımlarla irəliləməyimizə səbəb oldu. Söz yox ki, 10 Noyabr 2020-ci ildən bu yana ölkədə sosial, iqtisadi sahalərdə naqisliklər, özbaşınalıqlar, qazilərə qarşı haqsızlıqlar, onların intihara əl atmaları və s. bu kimi problemlər iqtidar-xalq arasında soyuqluğa gətirdi. Lakin orduda və insanlar içərisində Vətənə sevgi hissi dəyişməz olaraq qaldı. Təbii ki, vətənpərvərliyinin öncüləri yenə kasıb, qara camaatdı. Sentyabrın 12-sindən bu yana 71 şəhid verən (artacağı şübhəsizdi) ordumuzun əksəriyyəti yenə sıxıntı içində yaşayan təbəqənin əzizləridi. Soydaşlarımın həlak olması, itkilərimizin artması məni də üzür. Amma bu Vətən bölünməzliyi, xalqın birliyinə, iqtidarın gözlərini açaraq xalqa Konstitusiyada qeyd edildiyi kimi: "Vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir" müdəasını həyata keçirəcəksə bütün itkiləri gözə almalıyıq. Əminəm ki, xalqımızın böyük bir hissəsi bu məsələdə yenə vəhdətini nümayiş etdirməyə hazırdı. Müharibə qaçılmazdırsa böyük qurbanlara hazır olmalıyıq. 
Valideynlərimizi, irqimizi, etnik kimliyimizi, milliyətimizi, genetik xüsusiyyətlərimizi seçmək kimi hüquqlarımız olmadığı kimi dövlətin yerləşdiyi coğrafiyanı, qonşularını seçmək kimi səlahiyyətimiz də yoxdu. Əhatələndiyimiz qonşuların heç biri mələk deyil, hətta "qardaş Türkiyə"nin belə şəxsi maraqları var. Əmin olun ki, Türkiyənin şəxsi qazancı, dövlətçiliyə xeyr gətirəcəyi təqdirdə Azərbaycanı işğal edərək öz əyalətinə də çevirər, hətta bizi imperialist dövlətlərin ət maşının ağzına da atar. Benito Mussolini yalan yerə demir: "Dövlətlər arasında, dostluq-qardaşlıq yoxdu, maraqlar var. Bütün danışıqlar zamanla yenilənir".
Rusiya qonşu, özü də qüdrətli qonşudu. Qüdrətli qonşu ilə mehriban və ya qərəzli düşmənə çevirmək bizdən asılıdı. Eyniylə rus xalqı ilə Azərbaycan xalqı da bir-birinə düşmən deyil. Yeri gələndə azərbaycanlıların ən rahat gəzib dolandığı, işlədiyi, yaşadığı, yurd saldığı ölkədə Rusiyadı. Bu gün rəsmi olaraq Şimal qonşumuzda 3 milyon azərbaycalı yaşayır. Bu o deməkdir ki, məmləkətdəki əhalinin ən azı 3 milyonunu da Rusiyada yaşayanların hesabına güzəranını keçirir.
Bizdə dövlətçilik düşüncəmiz, mentalitetimiz, ənənələrimiz hələ də formalaşmayıb. Ona görə də Rusiya dövlətçiliyini ilk sıraya qoyanda onu ya faşist, ya şovinist, ya da imperialist adlandırırıq. Hansı ki Rusiya qədər biz və ya başqa xalqlarda geniş coğrafiyaya sahib olub tarixdən nəticələr çıxarsaydıq dövlətçiliyi hər şeydən önə çəkərdik. Bu gün nə qədər sülh, əmin-amanlıq siyasəti yürütsək də, yeri gələndə qürrələnirik ki, Qafqazın ən zəngin ölkəsi bizik, əhalisinin sayına görə çoxuq. Amma kaş ki Qafqazın yalnız iqtisadi yox, siyasi, ideoloji hegemonu iddiasında olaydıq. İndi Rusiya da Avrasiya qitəsində hegemon və dünyaya bir qütblü ağalıq iddiasında olan Qərbə qarşı mübarizə aparır.
Son 5 ildə Rusiya ilə Azərbaycan arasında münasibət olduqca yaxşılaşıb. Təbii ki, bu səviyyəyə çıxmaqda çox cabalar, məhdudiyyətlər dəf edildi, nələr qurban verildi. Amma qarşılığında çox şey qazandıq. Ən əsası 44 günlük savaş zamanı Rusiya çəkildi durdu kənarda. Hamı Şimaldan təhlükələr, müdaxilələr gözlədiyi halda informasiya müharibəsi zamanı Azərbaycan əlehinə çağırışlar, erməni ekstremist qruplaşmalarının Avropada və ABŞ-da azərbaycanlı fəallara hücumlar etməsi, onları döyməsi və bunun müqabilisndə köhnə-yeni qitənin hüquq-mühafizə orqanlarının ağızlarına su alıb oturması, müharibədən sonra da bizim güya Qarabağı işğal etməyimiz, dığalara qarşı qətliam törətmək kimi haqqımızda təbliğat-təşviqatlar aparan ABŞ, Fransa, Almaniya və digər NATO bloku dövlətlərindən gəldi. Bəli, bunları edən demokratiyadan, insan hüquqlarının aliliyindən dəm vuran və Azərbaycanı anti-demokratik hesab edən Qərb-Avropa idi. Rusiya yox!
Bu gün bir yaralı barmağa məlhəm olmayan, özünün təsis etdiyi komanda az saytından başqa heç bir ictimai-siyasi qəzetdə imzası olmayan, savad əvəzinə çürümüş populizmdən dəm vuran, iki beçənin arpasını bölə bilməyən, baş əvəzi boş, beyin əvəzi peyin daşıyan, bilməm hansı Avropa emissarlarının gündəyməzini öpən Rəşad Ergün bir neçə ildi ağacdibi göbələyi kimi baş qaldırıb. Adam o qədər rusafob, qanmaz, Qərb-Avropa ajanıdı ki, təbiət hadisəsi olan yağış, çovğun və s. baş verəndə, hətta kiminsə dalından qaz da çıxanda da deyir burda Rusiyanın əli var!
30 ilə yaxın "Mink qrupu"nun üzvləri ABŞ, Fransa, Almaniya Qarabağ münaqişənin həllində maraqlı olmadıqları ilə yanaşı 44 günlük müharibədə daim bizə badalaq gələndə, eləcə də son 4 gündə ABŞ Dövlət Departamentinin və mətbuat orqanları Azərbaycanın Ermənistanana hücum etməsindən, Fransa və bir sıra Avropa dövlətləri ordumuzun guya Ermənistan şəhərlərini bombardıman etdiyini tirajlayanda, Rusiyanın pəncəsi altında qapazaltı olan Ukraynanın focus ua xəbər portalı "Azərbaycan Ermənistana hücum etdi" başlığı ilə xəbər paylaşanda Rəşad Ergün hansı kanalizasiya dəliyinə girmişdi?!
Necə olur ki, Qərb-Avropa kontingentindən bizlərə qarşı basqılar, qara piar kampaniyaları, informasiya hücumları və s. fəaliyyətlər həyata keçirildiyi halda özünü "jurnalist" hesab edən ünsür susur, amma Rusiyaya qarşı hər gün hədyanlar söyləyir?! 
Cavab sadədi. Bu tip təxribatçılar hər vasitə ilə Azərbaycan-Rusiya münaqişəsi yaratmaqla Azərbaycanda Qazaxıstan ssenarisi təkrarlamaq, hətta bundan da irəli gedərək məmləkəti Suriya, Yəmən, Əfqanıstan gününə qoymaq eşqi ilə yanırlar.
Ölkədə kimlər ki Rusiya ilə mehriban münasibətlər qurmağa, ehtiyatlı siyasi xətt yürütməyə, mədəni-iqtisadi-sosial əlaqələr qurmağa, azərbaycanlıların öz kimliyini qorumaq şərtiylə Rusiyaya inteqrasiya edərək onların ictimai-siyasi-sosial həyatında fəal iştirak etmək və s. fikirlər bildirirsə belə tör-töküntülər insanlara "5-ci kolon", "Rusa satılmışlar" və s. bu kimi yarlıqlar yapışdırmaqla ulayırlar.
Bəs özlərini "demokratiya" aşiqləri kimi təqdim edərək ölkəni, dövləti Sem dayıya, rəsmi Parisə, Brüsseldə oturanlara satanlara hansı adla çağıraq?!
Mən Rəşad Ergün başda olmaqla bu mövqedə olanları təxribatçı ünsürlər adlandırıram və xalqımızı belə ünsürlərlə mübarizəyə çağırıram.


Комментариев нет:

Отправить комментарий