Страницы

26.10.2022

İranı və Türkiyəni Qafqaza Rusiya gətirib

Zöhrə İsmayılova

Türkiyənin Azərbaycanda olması məhz Rusiyaya lazımdır.
Hər hansı Qərb, NATO ölkəsinin olmasındansa Türkiyənin olması ona görə yaxşıdır ki, lazım olan anda özləri rahat gedə biləcəklər.
Hər hansı ciddi müqavimətlə qarşılaşmayacaqlar ruslar.
Çünki orda ruslar hazırda bir neçə zavod tikir, qaz qovşağı yaradır, bir neçə mərkəz yaradıb.
Bir sözlə, indi Türkiyə formal olaraq Avropa, Qərb, NATO ölkəsidir. Əslində isə Rusiyanın tərəfdaşıdır.
Çinə qədər uzanan, Azərbaycandan keçən böyük yolun təhlükəsizliyini təmin etmək üçün Türkiyə faktoru çox önəmlidir. Onları da neytrallaşdırmaq bu yolun təhlükəsizliyini təmin etmək üçün çox vacib idi. Həmin yoldan dünyanın böyük hissəsinə yüklər daşınacaq. Məhz ölkələrin təhlükəsizliyinin təmin edilməsi əsas plandır. Bu yolda da Qərb Türkiyə tərəfdən, Ermənistan tərəfdən problem yarada bilərdi.
Ona görə də Rusiya İranın Ermənistana daxil olmağını, bizə də Türkiyənin gəlməsini "təmin" edib hər iki ölkəni prosesə cəlb edib və bununla bir növ təhlükəsizlik məsələsində onların da boyununa məsuliyyət qoyub. Çünki bu təhlükəsizlik həm İrana həm Türkiyəyə (yolun bir hissəsi onun payına düşür, amma əsas tranzit xətti bizik) lazımdır.
Qərbin Ermənistana dəstək və daxil olmaq bəyanatlarını, fikirlərini eşidən Rusiya ora tezbazar iranı otuzdurur ki, onlar gəlsə, sülh olmayacaq, toqquşma artacaq, böyüyə də bilər. Səni də ordan vurmaq istəyirlər, yaxşısı budur ki, sən gir otur orda, qoy onlar gəlməsin. Türkiyə də bizdə. Türkiyə isə heç vaxt iranla toqquşmaya getməz deyə (hazırda maraqlar tamamilə üst üstə düşür deyə) - bizdə də Türkiyə.
Və beləliklə, hər iki ölkə də təhlükəsizlik haqqında bəyanatlarla çıxış edir.
Bu sadəcə toqquşmanın qarşısını almaq üçündür.
Bir sözlə, bizdə Türkiyənin, Ermənistanda İranın olması sülh prosesini sürətləndirmək üçün, prosesdə qarşıya çıxa biləcək Qərb maneəsini maksimum neytrallaşdırmaq üçün planlaşdırılıb.

P.S.: Avrasiyada Türkiyə və İranın rolu çox böyükdür.

Комментариев нет:

Отправить комментарий