Страницы

21.10.2022

Səxavət Əlisoydan Qubad İbadoğluna ağır ittihamlar: Bəs deyirdin İngiltərə sənə “stavka” edir?


Azərbaycan Demokratiya və Rifah Partiyasının sədr müavini Səxavət Əlisoy yenidən Qubad İbadoğlu haqqında kəskin ifadələr işlədib.
Qaynarinfo xəbər verir ki, Səxavət Əlisoy partiya sədrini xəyanətdə ittiham edib.
"2019-cu il dekabr ayının 22-də ADR Məclisinin 10-cu sessiyasında 6 dəqiqəlik çıxışım var, axtar arxivini bax. 4 ildir ADR-lə əlaqəsini kəsən şəxs 3 il əvvəl Məclisdə necə iştirak edib, hansı statusla çıxış edib? Görünən odur ki, sən utanc hissindən məhrumsan. Cəsarətin çatmadı ki, səhvini etiraf edəsən. Səndən partiya sədri olmaz. Bunu çox yaxşı bilirsən. Sən bir peşəkar "QHT-şniksən”, bunu bacardığını etiraf edirəm, "qrant məsələsi"ndə Azərbaycanda öndə gedən 3-5 nəfərdən birisən. 20 ildən artıqdır Azərbaycanı istismar edənlərin guya demokratiya üçün mücadilə verən sevimli kadrısan", deyə Səxavət Əlisoy bildirib.
S.Əlisoy qeyd edir ki, Qubad İbadoğlu "bu ilin axırında ölkədə vəziyyət dəyişəcək və İngiltərənin yeni baş naziri mənə "stavka" etdiyi üçün Bakıya dönəcəyəm" deyən bir avanturistdir.
"Ağır durumuna rəğmən səndən 200 manat borc istəyən hərəkat üzvünə, 7 ildir dayanmadan səni təbliğ edən birinə "yoxumdur" deyə bilən bir nankorsan" - deyən Səxavət Əlisoy bir ay öncə həkim Rüfət Əliyevin İdarə Heyətindən istefa verdiyini xatırladıb: "Adil Qeybulla da sənin yanından çəkilər yəqin".

Комментариев нет:

Отправить комментарий