Страницы

19.11.2022

İrana necə keçdim?

Qalib Seyfiyev

Sizə ilk dəfə 1990-cı ildə Cəlilabad rayonundan İranla aramızdakı sərhədin açılmasından danışım.
Mənim o vaxt 11 yaşım var idi. Hay düşdü ki, İran açılıb, gördüm hamı sərhədə doğru gedir. Mən də heyvan otarırdım.
Nə isə, heyvanları başdı başına qoyub düşdüm yola ki, mən də gedim İrana.
Ayağımda böyük nömrə qaloş, yolda palçıq olduğundan ayağımdan tez-tez çıxdıqından yolda tullayıb ayaqyalın getməli oldum.
Yerdə az qar var idi, amma hava soyuq idi.
Gəldik qonşu kəndin yanına. Zastavada rus hərbiçiləri görünürdü. İnsanlar da o taydan bu taya, bu taydan o taya axın edir.
Bir də gördüm 15-20 cavan saqqallı adam üstümə qaça-qaça gəlib mənim üzümdən, gözümdən öpüb dedilər ki, qoxmayın biz burdayıq, sizi qoruyacayıq.
Düzü o vaxt anlamamışdım nə üçün bu sözü dedilər.
Gəldim, aradan Balharı çayı axır, hamı soyunub keçir, eləsi söyüd ağacından körpü kimi istifadə edərək keçir.
Mən də çaydan keçdim, çayın kənarı palçıq olduğundan, yıxıldım.
Özümü itirdiyimdən əllərimlə bərabər ayaqlarımın palçığını da yudum.
1-2 metr aralanmışdım təzədən yıxıldım.
Və eyni qayda qayıdıb əl-ayağımı yumalı oldum.
Təkrar yenə yıxıldım, daha bu dəfə elə də keçdim İran tərəfə.
Bir neçə iranlı gəldi gəl gedək ayaqqabı verim, biri dedi gedək bizə, biri əlimdən tutub apardı başladı ayaqlarımı yumağa. Elə bu vaxt kənd uşaqları məni görüb uca səslə soruşdular ki, Qalib, dur gəl bura, orda nə gəzirsən?!
Ayağımın birini yumuşdular, ikincini yuyanda durub qaçdım kənd uşaqlarının yanına.
Qayıdanda gördüm ki, İran tərəf göy cadır qurub insanlara lavaş arasında şor paylayır.
Mənə də təklif etdilər, düzü istəmədim, çünki şoru heç xoşlamazdım, ona görə ki, bizim 10 süd verən inəyimiz var idi, heç nehrə yağını da xoşlamırdım.
Baxmayaraq ki,i ndi kənd şoruna, yağına həsrətəm.
Açığı o tayda yaşayan doğmaların bizi belə qarşılamaqlarını sonradan anladım ki, sən demə bunlar elə bilib, rus-erməni bizi qırır deyə, biz sərhədi qırıb İrana qaçırıq.
Elə üzümdən öpüb demələri ki, qoxmayın biz burdayıq və çadır qurub şor paylamağı da buna sübut idi.
Və sonradan ki, onlar bir müddət bu taya sərbəst gəldilər, özləri bunu etiraf edirdilər və sual edirdilər ki, siz ki belə yaşayırdınızsa, bəs Şura hökumətini nə üçün dağıtdınız?
Və sonradan ki, iranlılar biz tərəfə sərbəst keçirdilər, kəndin heyvanlarını göstərib soruşurdular ki, bunlar sizn özünüzündür? Deyirdik hə. Təəccüb edirdilər ki, bəs bizə sizin heyvanları göstərib deyirdilər o heyvanlar hamısı rusundur, onu otaranlar da rusun çobanı))).
Qonşu kəntdə iki mərtəbə məktəb var idi, onu Sovet vaxtı İran tərəfdə çaxır zavodu kimi təblığ edirmişlər. Çünki o kənd İran tərəfdən aydın görünür)))
Onu da qeyd edim ki, İran tərəf öz ərazisinə tikanlı məftillə sərhəd çəkməmişdi. Amma Sovet öz sərhətdini çox güçlü mühafizə edirdi: 5-6 cərgə tikanlı məftil, siqnalzasiya, tor.

Комментариев нет:

Отправить комментарий