Страницы

05.11.2022

Xürrəmilər kim idi?


Nə Afşin ərəb deyildi, nə də Babəkin vuruşduğu ordu Məhəmməd peyğəmbərin ordusu deyildi. Xürrəmiləri qıranlar elə indiki farsların ulu babaları germanlar idi. Babəkə qarşı vuruşan Afşinin əsl adı Kheyzar ebn-e Kavus kimi göstərilir, yəni Kavus oğlu Xazar. Özü də Ərəbistandan deyildi, Hindistana bitişik Soqdiana (Soqd) ölkəsindən idi. Kayzer almanlarda indi də hökmdara deyilir. Soqdlular özlərinə şvab deyirdilər ki, bu almanların qədim adlarından biridir. Almaniyanın tarixi bölgələrindən biri indi də belə adlanır: Şvaben. Afşinlə uyğun gəlirmi? Tarixçilər göstərir ki, Afşin adam adı deyil, titul idi; əslində isə xalqın adı - germen etnoslarından biri idi. Hitlerin Antarktidada yaratmaq istədiyi dövlətin adı da belə idi: Yeni Şvaben.
Soqd skaut sözündəndir. German xalqlarının beşiyi sayılan Skandinaviya (Scadinauia) da bu sözdəndir: Soqdiana elə Scadinauia – indiki Skandinaviya deməkdir. İsveç və Norveç ərazisinin də tarixi adı Skandadır (digər adı Götland, Qərb mənbələrində Östergötland). “Avesta”da Soqd arilərin 5 ölkəsindən – Airyaşayanı kimi göstərilir. Soqd adı indiki anqlosaksonların skaut hərbiləşdirilmiş gənclər hərəkatında qalıb. Skaut həm də ingilis ordusunda səhra kəşfiyyatı ilə məşğul olan əsgərə deyilir.
Beləliklə Afşinin ordusu Məhəmmədin qüreyşi ordusu yox, qara iudeya ordusu idi. Dediyimiz kimi, tarixi qaliblər yazır. Babək qalib gəlsəydi biz mənbələrdə Afşini allahsız, dinə-imana qarşı çıxan kimi görəcəkdik, Afşin qalib gəldi, Babək allahsız, xürrəmilər dinə-imana qarşı vuruşanlar kimi tarixə düşdülər. Bu qədər bəsit!
Hindistanın vilayətinin çarının oğlu Ərəbistan xəlifəsinin əmri ilə İranın şümalına hücum etdi – bu nağıldır. O vaxt məsafələrin belə konfiqurasiyası yox idi, əsas təmas xətt Böyük İpək Yolu idi.
O vaxt təyyarə və ya maşın yox idi ki, Hindistanın yanındakı Soqdiana şahının oğlu başqa qitəyə - Ərəbistana uçub ordan təlimat alsın, sonra avtomatik on minlik qoşunla Talış dağlarında peyda olub xürrəmilərin üzərinə yerisin. Bunlar hamısı sonrakı ərəb mənbələrinin interpretasiyasıdır. Xilafət-kalita da burdaydı, afşin-şvanlar da burdaydı, xürrəmi-slovaklar da burdaydı. Regionda almanlarla slavyanlar arasında ölüm-dirim döyüşü gedirdi. Tarixin bütün anlarında olduğu kimi!
Beləliklə, slavyanları qərbdə xristianlığı qəbul etmiş anqlosaksonlar - franklar, şərqdən isə müsəlmanlığı qəbul etmiş anqlosaksonlar – farslar əzdilər. Kürdlər və digər Şərq xalqları Roma İmperiyasının şərq hissəsini - slavyanların sağ qaldığı hissəsini Xurumistan, slavyanların qırılıb yerlərini franklar tutduğu hissəsini isə İfrəncə (Fransa, frənglər ölkəsi) adlandırırdılar. Xurumistan adına fikir verək. Roma adı da məhz burdan yaranmışdır. Xürrəmilər adı da bununla əlaqədardır. Xürrəmilər, xram adamları, və yaxud xorom oxuyanlar, xorla oxuyanlar mənasındadır. Qədim slavyanlarda dəbdəbəli bəy-zadəgan evinə, qala interyerinə xorom (horom) deyirdilər. Xram – məbəd də bu sözdəndir. Xürrəmilər – elə xram adamları, xram-məbəddə sitayiş edənlər, xram-məbəddə xor oxuyanlar (xorom) mənasındadır. Yəni qədim slavyan dinində olanlar. Slavyanlar. Xor oxuyanlar Yer üzünün ilk kollektiv oxuyanları sayılır ki, qədim Yunanıstanda (selevkilərdə) yaranıb və tragediya (yas) zamanı oxuyurdular. Xristian məbədlərində indi də xor kollektivləri var.
Xram – Roma İmperiyasının əsl adıdır. İmperiyanın paytaxtı Roma selevkilərin dövründə Xram (Horom) adlanırdı. Roma şəhərinin ilkin özülü qoyulanda adı Xram olmuşdur; çünki bu şəhər xram-məbədin – ibadət yerinin ətrafında yaranmışdır. Bu imperiyanın Şərqdəki təbəələri olan selevkilər də xürrəmilər adlanırdılar – Xram təbəələri.
Afşinin müsəlmanlığı da bağlı bir sıra şübhəli məqamlar doğrurur. Mənbələr açıq-aydın göstərir ki, o islam döyüşçüsü yox, fars nasionalisti olmuşdur. Afşini elə islam xəlifəsi özü edam etmişdir. Afşinin ərəb olmadığı aydındır, bəs o necə islamçı olmuşdur ki, xəlifə onu bütpərəstliyə ibadət etdiyinə görə öldürmüşdür? Bildirilir ki, xilafət onu İran millətçiyini təbliğ etməkdə ittiham edərək həbsə almışdı. Bəzi tarixçilər bildirirlər ki, Afşin özünü müsəlman kimi qələmə verirdi, məqsədi isə torpaqlar ələ keçirib hakimiyyətini genişləndirmək idi (bu isə o deməkdir ki, elə qədim tarixçilər onun özünü müsəlman kimi bizə təqdim ediblər). 839-923-cü illərdə yaşamış islam tarixçisi və ilahiyyatçısı Təbəri bildirir ki, Afşinin məhkəmə prosesində o İran etnik millətçilik əhval-ruhiyyəsini yaymaqda ittiham edilmişdir – yəni fars millətçisi olmuşdur. Afşin özü də İran milli ideologiyasının (əl-əcəmiyyə) aparıcısı olduğunu etiraf etmişdir. O məhkəməsində demişdir: “Məgər mən sizə öz daxilimdəki sirlərimi demədimmi? Fars milli təfəkkürü əl-əcəmiyyətinin məziyyətləri, mənim ona və daşıyıcılarına heyranlığım barədə danışmadımmı?” İttihamçı soruşmuşdur: "Üzərində qızıl, brilyant və qiymətli parça ilə işlənib içərisi Allaha qarşı küfrlə dolu olan bu kitab səndə haradandır?” Afşin belə cavab vermişdir: “Bu kitab atamdan mənə irs qalmışdır. Bu kitabda iranlıların ən hikmətli sözləri toplanmışdır. Küfr haqqında sizin qeydinizə gəldikdə, deməliyəm ki, mən kitabdakı hikmətli sözlərdən həzz alıram”.
Təbəri bildirir ki, Afşin üz-başını dindar müsəlmanlarda olduğu kimi qırxmırdı və sünnət edilməmişdi. Bundan başqa Afşin heyvanları boğub öldürərək ətini yeyirdi, halbuki islamda bıçaqla kəsilməyən heyvanın ətini yemək haramdır. Zərdüşt baş ruhanisi mobed məhkəmədə bildirmişdi ki, Afşin hər çərşənbə günü bir qoyun öldürürdü, qoyunu qılıncla iki yerə bölürdü, sonra onun ətini yeyirdi. Afşin insanları məcbur edirdi ki, ona “tanrımız” deyə müraciət etsinlər. Onda Afşinin harası müəlman oldu? Təbəri şahidlərin dilindən Afşinin dediyi bu sözləri qələmə alır: “Ərəblər it kimi həyat sürürlər, mən bu itə bir parça sümük ataram, sonra da başını toppuzla əzərəm. Onlar, yəni məğriblilər milçəkdirlər, onlar baş yeyirlər, iblis balalarına (türklərə) gəldikdə isə az vaxt lazımdır ki, onların oxları qurtarsın, sonra atlılarım onları mühasirəyə alar və hamısını qırar”. 13-cü əsrdə yaşamış İran tarixçisi İbn İsfəndiyar bildirir ki, Afşinin məqsədi islamı yox, İranın əvvəlki dinini (Xosrovun dövründə olan) yaymaq olub. 1160-1233-cü illərdə yaşamış islam tarixçi İbn Əsir bildirir ki, Afşin bütpərəst idi və evində bütlər saxlayırdı. O cümlədən, mənbələrdə göstərilir ki, Afşin xürrəmi ellərindən capıb taladığı qiymətli əşyaları və sərvəti Ərəbistana yox, Təbəristan yolu ilə karvanlarla hakimlik etdiyi Soqdianaya göndərirdi. Bəs bu necə xilafət imperiyası idi? Bildirilir ki, Afşin Soqdianada məscid tikən iki nəfərin hərəsinə min qamçı vurdurmuşdu. Bəs bu necə müsəlmanlıq idi? Sovet tarixçisi Aqafanqel Krımskinin Afşinə verdiyi xasiyyətnamədən də aydın olur ki, Afşin müsəlmanlara qarşı olanları yox, zərdüştilərə qarşı dini düşmənçilik təzahüründə canfəşanlıq göstərən müsəlmanları cəzalandırırdı.
Bu da bizə Babəki qətlə yetirənlərin, xürrəmiləri qıranların müsəlmanlığı! 980-1037-ci illərdə yaşamış ərəb tarixçisi Əbdülqahir Bağdadinin sözlərinə görə, xəlifə əmr etdi, Afşinin ərzaq payını azaldıb ona gündə təkcə çörək versinlər, buna görə Afşin çox keçmədən acından öldü. Öldükdən sonra ərəblər onu çarmıxa çəkdilər, sonra meyidini yandırıb külünü çaya atdılar.
Həmin Xazar Kabus özünün qara skaut ordusu ilə haqq əhlini qırır, işıq daşıyıcılarını əzir, adını da qoyurlar allahsızlara qarşı mübarizə apardı! Tarix belə yanlışlıqlarla doludur.
Bəli, Babək heç də kafir olmayıb – kafir Afşin olub! Bunun niyə belə olduğunu biz gözəl bilirik, amma hələ ki mövzumuz bu deyil, qalsın gələn söhbətimizə.

"Gizlədilmiş tarix"

Комментариев нет:

Отправить комментарий