Страницы

09.12.2022

Laçınlı həbsxana rəisi keçmiş siyasi məhbus İlkin Rüstəmzadəyə cavab verdi: "Ay vicdansız, səni prezident əfv edib ki, çıxıb müəssisələrdən danışasan?”

Siyasi fəal İlkin Rüstəmzadə Penitensiar Xidmətin ünvanına olduqca sərt ittiham səsləndirib. Mühacirət həyatı yaşayan Jamal Alinin canlı yayımda qonaq olan İlkin Rüstəmzadə söhbət əsnasında cəzaçəklmə müəssisəsinin rəhbərliyinə tabe olmayanda məhbusların çarmıxa çəkildiyini deyib və bu cəzanın "Tubzon” adlanan vərəmli məhbusların 3 saylı ixtisaslaşdırılmış cəzaçəkmə müəssisəsində həyata keçirildiyindən danışıb: "Həbsxanada şiddətli cəza vermək istədikləri, sındırmaq istədikləri adamları xüsusi yerdə yerləşən "Tubzon”a aparırdılar. Ora elə bir yerdiki, ora gedən məhkumların əksəriyyəti sağ qayıtmırdı. Yəni ölürdülər, daha doğrusu öldürürdülər. Ora ən ağır cəzaçəkmə yeridir. Ordan çox nadir hallarda sağ qayıdan olurdu. Sağ qayıdanların danışdıqlarından bir neçə cümlə bildirə bilərəm. Orda insanların bir neçəsini 1 yatağda yatızdırıb əl-qollarını bağlayırdılar. Onları yataqdan ayırmırdılar. Hətta, təbii ehtiyaclarını belə bir-birinin üstünə edirdilər. Və onları beləcə çox pis sındırırdılar. Onları demək olar ki, ac saxlayırdılar. Hərdən alma şirəsi və su verirlər ki, ölməsinlər. Tubzonun rəisi Nizami fəxrlə deyir ki, 200 meyidim var..."
İttihamlarına cavab verən müəssisənin rəisi, ədliyyə polkovniki Nizami Quliyev criminal az saytına müsahibəsində bildirdi ki, yaxın zamanda təqaüdə çıxacaq və onun haqda yazan medianı 100 min "yükləyəcək”:
"Biz dünyada vərəmin müalicəsində birinci yerdəyik. 1995-ci ildə əgər respublikada vərəmdən 400 nəfər vəfat etmişdisə, ötən il bu 8 nəfər olub. Ay vicdansız, səni prezident əfv edib ki, çıxıb müəssisələrdən danışasan?Ay bala, sən törətdiyin cinayətdən niyə danışmırsan? Niyə demirsən ki, 300 manata görə taksi sürücüsün soymuşam, camaatın evinə girib ana-bacısın zorlamışam? İndi oldun siyasi məhkum? İndi tulalıq edirlər ki, xaricə sığınsınlar. Orda da onlara qab yudurdurlar, ya küçə süpürtdürürlər, ya da tualet yudurdurlar. Heç bir dövlət qucaq açıb demir ki, əmioğlu gəl puldan, dollardan verim kef elə, sən nizami müəllimi tənqid etmisən. Hamısı it günündə yaşayırlar”. 
N.Quliyev hesab edir ki, Azərbaycanda siyasi məhbus yoxdur: "Ay bədbəxtlər, sizi xarici dövlətlər əllərində oynadır. Mən özüm qaçqınam, Laçının dilbər guşəsində, cənnətdə anadan olmuşam. Kaş ölüb o torpaqda qalardım. Heyf o torpaqlardan. Erməni kimi düşmənimiz var. Ay vicdansız get ondan danış. Çıx youtuba, necə ki kəlbəcərli oğlanlar var, gecə-gündüz erməniyə döşüyürlər. Biz bu dünyadan heç nə aparmayacağıq. Amma nəslimiz-kökümüz bu torpaqda yaşayacaq. O adamlara deyin ki, ay vicdansız, sən Azərbaycan üçün nə etmisən? Sən kimə siyasi məhkumsan? Nə istəyirsiniz cənab prezidentdən? Hər şey verir də. Pensiya qalxdı, sosial təminat qalxdı, hansı dövlətdə var? Ancaq özünə siyasi məhbus deyən vicdansızlar Almaniyada, İsveçdə əllərini açıb dilənçilik edirlər. Mən Sultan bəyin nəslindənəm. 5 min ermənini bir gecənin içərisində Samux dərəsində qırıb-töküb. Mən belə vətənpərvər kişinin övladlarındanam. Babam 20 il Laçın dağlarında ermənilərlə mübarizə aparıb. Laçın yeganə rayonlardan biridir ki, heç bir erməni deyə bilməz ki, bir laçınlıya sillə vurmuşam. Düzdü 1992-ci ildən bəri bəzi satqınlar hakimiyyət davası etdilər, Laçının başına oyun gətirdilər. Erməni ilə sərhəd olsaq da, qorxublar ki, bunlar Sultan bəyin nəvələri, nəticələridir. 1992-ci il mayın 17-də Laçını işğal edəndə Qaladərəsinin kolxoz sədri Qrişa deyib ki, siz laçınlıları tanımırsınız, evdə pusqu qurub sizi qıracaqlar. Ona görə 3 gün Laçına girə bilməyiblər. Biz belə bir nəsildənik. Ona görə də torpağımız, dövlətimiz, prezidentimiz uğrunda gözümü yumub ölümə getməsəm kişi deyiləm. Göstəriş verilsə, gedib şəhid olmasam vicdansızam, bu torpağın çörəyi mənə haram olsun".

Комментариев нет:

Отправить комментарий