Страницы

29.12.2022

Talıbovların müğənnilərə xərclədiyi milyonlar... — Çirkli pullardan Damlaya, Nəfəsə, Türkana nə qədər “pay” düşüb?

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefasından sonra onun və övladlarının gələcək taleyinin necə olacağı ilə bağlı ortaya çıxmış suallar hələlik konkret cavablarını tapmayıb. Lakin mətbuata ayaq açan məlumatlar Talıbovların qara günlərinin hələ qarşıda olduğunu ehtimal etməyə əsas yaradır.
Naxçıvandan gələn xəbərlər, Talıbovların malik olduğu səltənətin ayrı-ayrı elementləri barədə yazılar, fotolar və videomateriallardan görünən odur ki, “cənab sədr” və onun övladlarının bu illər ərzində topladığı sərvətin miqdarı milyardlarla ölçülür. “Seymur Talıbov ölkədən çıxışına imkan verilmədi”, “Talıbovların İsveçrə bankında hesabları aşkarlandı”, “Vasif Talıbovun övladlarının müğənnilərə bağışladığı malikanələrin fotosu yayıldı”, “Naxçıvanda taksi sürücülərinə 17 minlik avtomobillər 35 min manata satılıb”, “Talıbovlara məxsus şirkətlər vasitəsi ilə külli miqdarda qara pullar “yuyulub”, “Vasif Talıbovun şirkətlərində maliyyə yoxlamaları aparılır” və sairə kimi başlıqlı xəbərlər hər halda Ali Məclisin sabiq sədrinin təkcə istefa ilə canını qurtara bilməyəcəyindən xəbər verir.
Məlumatlı şəxslərin iddiasına görə, hələ ictimaiyyətə açıqlanmayan tükürpədici faktlar var ki, onlar da tədricən gün üzünə çıxarılacaq və nəticədə Talıbovların dövlətə vurduğu zərərin miqdarı barədə daha aydın təsəvvürlər yaranacaq. Eyni zamanda, Naxçıvan əhalisinin dövlətdən narazı salınmasına xidmət edən davranışlar, eləcə də ağlasığmaz qadağalar barədə daha dəqiq və ətraflı məlumatların da çeşidlənəcəyi gözlənilir.
Hazırda dolaşan məlumatlardan bir də Talıbovlara məxsus daşınan və daşınmaz əmlakın, şirkət və obyektlərin, eləcə də avtomobillərin dəqiq siyahısının müəyyənləşdiririlməsi ilə bağlıdır. Bu isə Talıbovların qanunsuz yolla formalaşdırılımış varidatının dövlətin nəfinə veriləcəyini göstərir.
Məlumatlara görə, Vasif Talıbovun övladları Azərbaycan müğənnilərinin bir çoxuna bahalı hədiyyələr verib, böyük ölçüdə “qonorarlar” ayırıblar. Onların sırasında Aygün Kazımova, Röya Ayxan, Damla, Nəfəs, Vəfa Şərifova və digərlərinin adı çəkilir. Talıbovların “səxavətindən” yararlanan türkiyəli müğənnilər də var. Demet Akalın, Hande Yener konkret olaraq Seymur Talıbov tərəfindən böyük məbləğdə pul və bahalı hədiyyələrlə mükafatlandırılıblar.
Məlumatlarda qeyd olunur ki, Talıbovların xərcləmələri ən xırda detala qədər araşdırılır. Çox güman ki, müğənnilər də sorğu-suala çəkilərək, “Nə qədər alımsız, harada və hansı şəkildə” kimi suallara cavab verməli olacaqlar. /missiya.az/

Комментариев нет:

Отправить комментарий