Страницы

01.01.2023

Süleyman Nemətov Naxçıvanda ilk sürprizilə qarşılaşdı – Rüşvət siyahısı

Naxçıvan MR DİN-in yeni rəhbəri Süleyman Nemətov işə başlayar-başlamaz ilk sürprizlə qarşılaşıb.
Ovqat com-un əldə etdiyi məlumata görə, Süleyman Nemətova ilk şikayət sabiq nazirdən əvvəlki nazir Fazil Ələkbərovun yaxınlarından gəlib.
Rəşad İsmayılovun nazir postundan uzaqlaşdırılıb yerinə Süleyman Nemətovun gətirilməsini eşidib başılovlu MR DİN-nə qaçan şikayətçilərin ərzi-gileyindən belə anlaşılıb ki, onlardan polis orqanlarında işdə saxlamaq adıyla külli miqdarda rüşvət alınıb, amma vəd yerinə yetirilməyib.
İddialara inansaq, rüşvət Şərur polis idarəsinin rəisi Nəsib İsmayılov, Naxçıvan MR Baş Prokurorluğu və MR DİN-in yüksək rütbəli digər rəsmiləri tərəfindən alınıb, nazir Rəşad İsmayılova verilib.
Naxçıvan polis orqanlarının “aldadılmış kəvakiblər”in siyahısı.
1. Ayaz Nəzərov (Fazil Ələkbərovun bacısı oğlu) – 25 min manat. 7-ci idarənin əli ilə alınıb. 40 minlik Toyota Prado markalı maşını 25 minə satdırıb pulunu əlindən alıblar. Qaynağımızın bildirdiyinə görə, Ayaz Nəzərovdan 25 min manat rüşvət cəmi 2 ay 27 gün polis orqanlarında işləmək üçün alınıb. Belə ki, onun pensiyaya çıxmasına bu qədər zaman qalırmış. Təqaüdə çıxacaq qədər möhlət müqabilində öz maşınını dəyər-dəyməzinə satan polis zabitinin bu son arzusu belə yerinə yetirilməyib. 
2. Cəbrayıl Nəzərov (Fazil Ələkbərovun bacısı oğlu) - 78 min manat. Rüşvət nazirlikdə alınıb.
3. Elnur İsmayılov (F.Ələkbərovun bacısı oğlu) - 3 evini, 1 maşınını, hətta axırıncı çörək puluna qədər hər şeyini əlindən alıblar. Evlərdən biri hələ də satımadığından nazir Rəşad İsmayılovun tapşırığı ilə Babək rayon polis idarəsinin əməkdaşları onun qıfılını dəyişdiriblər. Elnur İsmayılov Naxçıvanda yaşamağa yer tapa bilmədiyindən Bakıya köçüb, hazırda kirayədə qalır. Məlumata görə, Elnur İsmayılov sabiq Rəşad İsmayılovu məhkəməyə verməyə hazırlaşır.
4. Şərif Hüseynəliyev (F.Ələkbərovun bacısı oğlunun dostu) 150 min manat. Rüşvət “Yaşat” Fonduna yardım adıyla alınıb.
5. Teymur Quliyev (F.Ələkbərovun bacısı oğlunun dostu) - Naxçıvan şəhərində "Beko" dükanın yerləşdiyi binadakı 4-otaqlı evi, "Hyundai Sonata" markalı maşını, qardaşının Bakıdakı mənzili, gəlinlərinin qızıl əşyaları dəyər-dəyməzə satılaraq 350-400 min dolları mənimsənilib. Elnur İsmayılov, Teymur Quliyev və Şərif Hüseynəliyevdən rüşvəti Naxçıvan MR Prokurorluğu vasitəsilə alıblar.
6. Şahin Abdullayev (Fazil Ələkbərovun sürücüsü) - 55 min. Rüşvəti 7-ci idarə alıb.
7. Elçin İsmayılov (Fazil Ələkbərovun uzaq qohumu) - 40 min manat. Şərur rayon polis idarəsinin rəisi Nəsib İsmayılov hətta onu polis formasında bir həftə içəridə saxlayıb.
Qaynağımız Naxçıvan MR DİN-də baş alıb gedən bu rüşvətxorluğa təəccüblənməməyi tövsiyə edir. Onun sözlərinə görə, nazirlikdə rüşvətxorluq o həddədir ki, hətta nazirlər belə onun cazibə qüvvəsindən kənarda çıxa bilməyiblər. Hətta Fazil Ələkbərovun özü nazir işlədiyi vaxtda DYP rəisi Ayaz Quliyev ondan maşın nömrəsi üçün 5 min rüşvət alıbmış.

Комментариев нет:

Отправить комментарий