Страницы

15.02.2023

İNTERNET SƏRHƏDLƏRİ AŞIR


Valeri Korovin

Niyə internet şəbəkəsi ABŞ-ın yaratdığı şəbəkələrə və şəbəkə müharibələrinin inkişafına imkan yaradan həlledici faktor olmuşdur? Ona görə ki internet milli dövlətlərin sərhədlərini aşdı, tam real beynəlmiləl amilə çevrildi ki, buna, məsələn, proletariat sinfi industrial dövrdə heç cür nail ola bilmədi. İndustrial müharibələr dövründə, məsələn, hər hansı bir informasiyanı Vaşinqtona ötürmək üçün əvvəlcə həmin informasiyanın şifrovkasını ratsiya ilə ötürmək gərəkirdi, sonra həmin şifrovkanı kimsə sərhəddən keçirərək Avropaya gətirirdi, orda kimsə rezidentlə əlaqəyə çıxırdı, o da şifrovkanı okeanın o üzünə aparırdı – buna böyük əmək və çoxlu vaxt gedirdi. Özü də informasiya gedib Vaşinqtona çatana kimi vəziyyət kardinal şəkildə dəyişə bilirdi və o vaxta kimi infortmasiya öz aktuallığını itirirdi.
İnternetin meydana çıxması aydındır ki, informasiyanın sürətli ötürülməsinə, o cümlədən dünyanın hansı nöqtəsində olur olsun ona girişə üstünlük yaratdı. Lakin internetə heç də şəbəkə müharibələrinin əsas elemenki kimi baxmaq lazım deyil. Düzdür o həlledici komponentdir, bu səbəbə ki məhz internetin meydana çıxmasından və qlobal internetləşmənin həyata keçirilməsindən sonra ABŞ hərbi strategiyasının transformasiyanın vacibliyi ortalığa çıxdı. Sibrovski yazır ki, bu istiqamətdə tədqiqatların başlanmasına ümumdünya internetləşməsi səbəb oldu.
Qeyd etmək lazımdır ki, internet ilk əvvəl Pentaqon tərəfindən nazirliyin və hərbi birləşmələrin kompüterləri arasında daxili əlaqə şəbəkəsi kimi nəzərdə tutulmuşdu. “İnterneti məhz ABŞ Müdafiə nazirliyi icad etmişdir, onun hərbi məqsədlər üçün istifadəsi ilk gündən diqqət mərkəzində olmuşdur” – amerikan kibermüharibə tədqiqatçıları Riçard Klark və Robert Neyk iddia edirlər. Lakin onlar əlbəttə əlavə edirlər ki, Pentaqon sadəcə həmin sahədə tədqiqatları və icadları maliyyələşdirmişdir. “Çoxları interneti hərbçilərin icadı sayırlar, əslində isə onu Massaçusets texnoloji institutunun, Stenford və Berkli universitetlərinin kampuslarından olan xippilər ərsəyə gətirmişlər. Onları isə Müdafiə elmi-tədqiqat işlərinin perspektiv planlaşdırılması idarəsi maliyyələşdirmişdir” – Klark və Neyk bildirərək gizlətmirlər ki, sözügedən idarə həmin şəbəkəni “Müdafiə nazirliyinin kommunikasiyasını təmin etmək üçün” yaratmışdır.
Nə üçün Pentaqon bu texnologiyanın sirrinin açılmasına və ona hamının girişinin olmasına imkan verdi? Ona görə ki internet planetin istənilən nöqtəsinə girişi əlçatan edirdi ki, bu ABŞ-ın Avrasiya kontunentinə strateji yürüşü məsələsində həlledici moment idi.
Şəbəkələrin yayılması prosesində ortalığa “şəbəkəçi” anlayışı çıxdı. Şəbəkəçi – modern dövründə klassik elmdə diletant sayılır, amma şəbəkə müharibələri kontekstində baş operatora çevrilir. Şəbəkəçi – səthi mütəxəssisdir, lakin çox sahələri bilir, istənilən fəaliyyət sferasını tez qavrayır, eyni zamanda həmin sahələrin detallı şəkildə dərindən öyrənilməsinə də qatılmır. Bu onu, məsələn, klassik fizikdən fərqləndirir; fizik fizika ilə məşğul olur, onu dərindən öyrənir və hərtərəfli bilir, lakin kimyanı yaxşı bilmir, sosioloji qanunlardan isə ümumiyyətlə heç nə anlamır. Şəbəkəçi – tez öyrənmək qabiliyyətinə malik və sənətini dəyişə bilən istedadlı adamdır. Ən əsası isə şəbəkəçi – müəyyən baxışların paradiqmal sisteminə sahibdir ki, bu vacib momentdir.
Belə şəbəkəçinin arxitepini jurnalisti saymaq olar. Məhz jurnalist camiəsi müasir dünyada həmişə siyasi kadrların başlıca mənbəyi olmuşdur, publik siyasətçilərinin çoxu məhz jurnalistikadan çıxmışdır. Jurnalist – bütün sahələrdən yaxşı baş çıxaran mobil intellektualdır. Bu gün o silahlardan yazır, sabah sosial narazılıqlardan, birisigün parlament müxbiri olaraq qanunların qəbulundan yazır, sonra prezident ətrafının jurnalistinə çevrilir, daha sonra prezidentin mətbuat katibi işləyir, ardınca isə öz siyasi karyerasına da başlaya bilər.
Məhz şəbəkəçi şəbəkə müharibələrində şəbəkə kodu adlandırılan şeyin daşıyıcısıdır. Şəbəkə kodu – müəyyən dünyagörüş paradiqmasıdır ki, onun köməyilə insan informasiyanı filtr edir, informasiyanın sonsuz axınından bölüb özünə lazım olan elementləri götürür, yalnız həmin anda bu və ya digər əməliyyatın, əməlin realizasiyası üçün vacib olanları istifadə edir.
Postmodern, yəni postindustrial dövrdə formalaşmış informasiya çəmiyyətinin xüsusiyyəti odur ki, informasiyanın həcmi o həddə çatıb ki, heç bir sağlam adam bu həcmi qavramaq, özü də az-çox orientasiya olmaq qabiliyyətində deyil. Lakin məhz insan şüurunun qavraya bilmədiyi informasiyanın həcmi şəbəkə müharibələrinin aparılmasında başlıca üstünlüyü verir. Düzdür, hazırlanan və çatdırılan informasiyaların belə axın çoxluğu informasiyanı zibilə çevirir. Modern dövranın oturuşmuş ştampı belədir: “Kim informasiyaya sahibdir, o dünyanı idarə edir”. Adi insan bunu hərfi mənada belə başa düşə bilər: “Hə də, hər şey yaxşıdır, indi televizoru, radionu, interneti açacam, çoxlu informasiya alacam və dünyanı idarə edəcəm”. Lakin cəmi 10 dəqiqədən sonra onun şüuru informasiyanın həcmi ilə o dərəcədə dolur ki, informasiyadan onun qusmağı gəlir. Ardınca insan hamısını söndürür, evdən ayrılır, tayqaya çəkilir, dərviş həyat tərzi keçirir. Onda informasiya zəhərlənməsi yaranır.
Bununla yanaşı informasiya yaradılmaqda və yayılmaqda davam edir. Bu nə deməkdir? Belə hal şəbəkə strategiyalarının həyata keçirilməsində onunla üstünlük yaradır ki, şəbəkə müharibəsinin döyüş əməliyyatlarının aparılmasında vacib olan açar informasiya açıq kanallarla ötürülür. Əvvəllər alman kəşfiyyatının 4-cü idarəsində oturan Ştirlisə informasiyanı çatdırmaq üçün şifrələmək və bu şifrovkanı gizli cizaha ötürmək lazım gəlirdi. Həm də çalışmalıydı ki, radist qızı tutmasınlar, gizli agent informasiyanı Kremlə kimi apara bilsin, hər şey həddən artıq ehtiyatla görülməliydi, axı bu informasiya qulaqasıcı cihazlarla müəyyənləşdirilə bilərdi, düşmən onun şifrələnməsini açıb baş verənlərdən xəbər tutardı. İndi baş açmağın və anlamağın mümkün olmadığı nəhəng informasiya axınları şəraitində elə gizli informasiya da adi informasiya kimi açıq kanallarla ötürülür. Bunun niyə belə edildiyini dərk etmək üçün isə şəbəkə müharibəsinin bir neçə əsas anlayışını öyrənmək lazımdır.

Valeri Korovin, “Şəbəkə müharibəsi”

Комментариев нет:

Отправить комментарий