Страницы

18.02.2023

“Şagird məktəbə “Lexus”da, müəllim cırıq şalvarda gəlir...” - Xalq artisi əsəbləşdi

Xalq artisti, rejissor, aktyor Şeyx Əbdül Mahmudbəyov bildirib:
“Azyaşlı uşaqların narkomaniyaya qurşanması müəllim, məktəb məsələsini də gündəmə gətirir. Məktəb haqqında yeni qanun qəbul edilməlidir, təhsil naziri, məktəblər əməlli-başlı ələnməlidir. Müəllimlərə səlahiyyət verilməlidir. Bu gün məktəbdə müəllim şagirdə söz deyə bilmir. Belə şəraitdə hansı qayda-qanun, hörmət ola bilər? Müəllim toxunulmaz şəxs elan edilməlidir. Məktəbə, müəllimə müdaxilə edən vəzifəli adamlar da ifşa olunmalı, rüsvay edilməlidir. Dövlət səviyyəsində narkomaniyaya qarşı həm daxildə, həm xaricdə mübarizə aparmaq lazımdır. Müəllimlər məktəbdə söz sahibi olmalıdır”. 
Rejissorun sözlərinə görə məktəbli uşaqların narkomaniyaya qurşanmaması üçün hər kəs, xüsusilə valideynlər məsuliyyətli və diqqətli olmalıdırlar: 
“Niyə valideynlər ildə bir dəfə də olsun məktəbə gəlmirlər, övladları ilə maraqlanmırlar? Əvvəllər bizim valideynlərimiz hər ay məktəbə iclasa çağırılırdı, hesabat verilirdi. Məktəbin həyətində qışqırsaq, səsimizi qaldırsaq səhər valideynimiz məktəbə çağırılırdı. İndi isə nə valideyn, nə şagird müəllimi adam yerinə qoymur. Şagird sinfə “Lexus”da, mühafizəçi ilə gəlir, müəllim də cırıq paltarı, şalvarı ilə metroda, avtobusda sürtünə-sürtünə işə gəlir”.

Комментариев нет:

Отправить комментарий