Страницы

22.03.2023

ABŞ SOSİAL ŞƏBƏKƏLƏRDƏN ÖLKƏLƏRDƏ İNQİLAB ETMƏK ÜÇÜN YARARLANIR


Valeri Korovin

Əgər müəyyən aralıq hesablaması aparsaq, aydın olar ki, şəbəkə müharibəsi heç də həmişə internetlə bağlı olan nəsnə deyil, amma sırf şəbəkə ilə bağlı anlayışdır. Şəbəkənin iştirakçıları – subyektlər, aktorlar, obyektlər, qovşaqlar – ənənəvi cəmilləylərdə olduğu kimi vertikal yox, horizontal qurulurlar. Şəbəkə düzxətli deyil və mürəkkəbdir, onun bütün qovşaqları bir-biri ilə sonsuz sayda əlaqələr vasitəsilə bağlıdır. Fransız filosof-postmodernisti Jil Delöz bunu rizoma və ya ticərti sistemi deyilən konseptin köməyilə təsvir edir. Əgər şəbəkənin elementlərindən biri düşüb ortalıqdan çıxırsa əlaqə itmir, başqa qovşaqlar vasitəsilə davam edir. Bitki ticərtilərindən birinin düşməsi ilə fəaliyyət dayanmır, inkişaf gedir – şəbəkənin işi davam edir. Halbuki ənənəvi cəmiyyətlərin vertikal quruluşlarında elementlərdən birinin düşüb ortalıqdan çıxması ilə əlaqə qırılır, fəaliyyət dayanır, belə ki verilən siqnal artıq ard-arda bir-birinə ötürülmür, nəticədə həmin vertikallıq dağıdılmağa həssas olur. Şəbəkə isə bu sarıdan praktiki olaraq möhkəmdir, dağıdılmağa qarşı davamlıdır və şəbəkə müharibəsinin də əsasında bu durur.
Şəbəkə müharibələri – məhz hərbi texnologiyadır ki, Pentaqon tərəfindən rəsmi olaraq istifadəyə götürülmüşdür. Şəbəkə müharibələrinin əsasında “effects-based operations” – effektlər bazasında əməliyyatlar (EBƏ) deyilən texnoloji yanaşma durur. Açıq mənbələrdə bunu müəyyən qədər geniş şəkildə amerikan eksperti Edvard Alan Smit özünün eyniadlı kitabında izah etmişdir. Həmin texnologiya amerikan şəbəkə imperiyası tərəfindən onunçün silahlandırmaya götürülmüşdür ki, əraziləri az məsrəflərlə tutmaq mümkün olsun. Söhbət ilk növbədə Avrasiya kontinentindəki dövlətlərin tutulmasından və parçalanmasından gedir ki, bəzi hadisələrdə bu proseslər hərbi güc işə salınmadan aparılır. Bu gün həmin texnologiya daha çevikdir, müasirdir, incədir, eyni zamanda effektivdir və həssadır. Belə vəziyyətdə adi silahlardan ancaq ifrat hallarda, yekun mərhələsində istifadə olunur. Amma çox vaxt məkanlar üzərində nəzarətə ümumiyyətlə hərbi güc sərf etmədən nail olunur – “rəndli inqilablar” yolu ilə. Uğurlu nümunələr kifayət qədərdir; Ukraynada 2014-cü ilin fevral silahlı qiyamına zəmin yaratmış məxməri “narıncı inqilab”, Gürcüstanda “qızılgül inqilabı” da bunların sırasındadır. Buna kimi bənzər hadisələr Şərqi Avropada, xüsusən Yuqoslaviyada baş verirdi, daha sonra postsovet məkanına adladı. Daha əvvəl isə Sovet İttifaqı birbaşa hərbi təcavüz olmadan məhv edilmişdi. Elə Pribaltika respublikaları da həmin qeyri-zorakı müqavimət texnologiyası işə salınmaqla Sovet İttifaqından qoparılmışdır – amerikan polittexnoloqu Cin Şarpın hazırladığı yanaşma yolu ilə.
Belə proseslərin əsasında həmişə şəbəkə durur.
Şəbəkə texnologiyasının köməyi ilə bu və ya digər ərazini qopararaq üzərində ABŞ-ın strateji nəzarətinin qurulması üçün həmin ərazini ilk əvvəl şəbəkələşdirmək, yəni şəbəkə ilə örtmək lazımdır. Necə olması vacib deyil, amma şəbəkə olmalıdır ki, onun vasitəsilə sosial məkanla işə başlamaq mümkün olsun. Şəbəkə hər cür aşağı və ya yuxarı keyfiyyətdə ola bilər, lakin söhbət ictimai transformasiyalardan, sosiumdan gedirsə, bu şübhəsiz ki sosial şəbəkədir. Əksər hallarda belə şəbəkənin əsasında ictimai-siyasi strukturlar və ya qeyri-hökumət təşkilatları (QHT) durur. Şəbəkələşdirmək üçün qeyri-hökumət təşkilatlarını ya konkret tapşırıqlara uyğun olaraq sırıfdan yaradırlar, ya da hazır şəbəkələrdən istifadə olunur. Bir qayda olaraq yaradılmış QHT öz əsas məqsədi kimi hanısısa humanitar, sosial əhəmiyyətli və ya mədəni niyyətləri realizasiya edəcəyini bəyan edir. Görünüşdə bu tamamilə heç bir ziyanı olmayan fəaliyyət də ola bilər, məsələn, mədəni obyektlərin tədqiqi, humanitar yardım, kimisi nədəsə konsultasiya etmək üzrə layihələrin realizasiyası və ya hansısa dövlətçilik fəaliyyəti üzərində vətəndaş nəzarəti. QHT nadir hallarda hansısa siyasi, özü də pozucu məqsədlərini açıq bəyan edir.
ABŞ-ın öz maraqları çərçivəsində düşmən ərazisində yaratdığı və inkişaf etdirdiyi şəbəkənin tipik nümunəsi Soros Fondudur. Postovet məkanına daxil olmaqla bu fond sırf humanitar işlərlə məşğul olacağını bəyan etmişdi: kitab, dərslik nəşri, alimlərə kömək və humanitar proqramların realizasiyası. Lakin Soros Fondunun irəli çəkdiyi qeyri-hökumət təşkilatlarının hamısı son nəticədə amerikan maraqlarına işləməyə başladılar, onların çoxu mövcud rejimlərin devrilməsində birbaşa iştirak etdilər.
Əksər hallarda “humanitar” fondlar tərəfindən hazır, fəaliyyətdə olan şəbəkələr pulla alınır. Bu o zaman baş verir ki, həmfikirlər və entuziastlar ictimai əhəmiyyətli məqsədlərin realizasiyası üçün hansısa cəmiyyətlər, hərəkatlar və ya şəbəkə komünitiləri yaradırlar. Lakin onların fəaliyyəti ciddi səviyyəyə qalxan zaman onlar genişlənmələri və inkişafları üçün lazım olan maliyyənin çağışmadığını hiss edirlər. Elə həmin vaxt da Qərb fondlarının nümayəndələri peyda olurlar ki, onlara böyük olmayan məbləğlər verirlər. Nəticədə məbləğlər alan təşkilatlar özlərini onları dəstəkləyənlərə borclu hesab edirlər və lazım olan saatda, yəni bu və ya digər ərazidə hansısa amerikan proyekti işə salınanda onlar ya birbaşa həmin proyektin realizasiyasına qatılırlar, ya da imkan dairəsində həmin proyektin iştirakçısına çevrilirlər.
Lazım olan anlarda QHT-yə onun “xeyirverənləri” müraciət edirlər: zəhmət olmasa filan yerə gəlin, dəstək verin, belə və belə deyin, çıxın, bunu edin, onu edin... Lakin birbaşa müraciət etməyə də bilərlər – axı bu sifarişçinin maskasını açıb ifşa edər – sadəcə hüdudlar şəraitini elə formalaşdırırlar ki, təşkilat özü lazım olan yerə çıxır və dəstək verir. Bax bu şəbəkə effektivliyinin yüksək səviyyəsidir. Ukraynada amerikanlar çoxlu sayda şəbəkəni böyük olmayan məbləğlərə aldılar, sonra isə onlardan xahiş etdilər ki, Maydana çıxsınlar, sadəcə orda dayansınlar. Burda çətin nə va ki? Onlar sadəcə çıxırlar və kütləvilik görüntüsü yaradırlar ki, bunun köməyilə mövcud siyasi rejim dəyişdirilir və hakimiyyətə amerikanyönlü rejim gətirilir. Doğrudan da çətin heç nə yoxdur: hətta əgər Maydandakı bu kütləvilik qanuni siyasi rejimi silahlı yolla devirən ekstremistlərin fəaliyyəti üçün lazım olan fon rolunu oynayırsa da. Necə ki 2014-cü ilin fevralında baş verdi.
Bununla yanaşı ictimai təşkilatlara sırf Maydana çıxdıqlarına görə pul vermirlər – pulu statistlərə, siyasi strukturlara verirlər. QHT-lər pulu ona görə alırlar ki, özlərinə maraqlı olan işlə məşğul olsunlar, diyarın xüsusiyyətlərini öyrənsinlər, KİV yaratsınlar, pensionerləri konsultasiya etsinlər. Onlara pulu sosial əhəmiyyətli fəaliyyətə görə verirlər və heç nə soruşmurlar. Lakin hansısa momentdə onlara deyirlər: biz sizə pul veririk, siz yenə öz diyarşünaslıq araşdırmalarınızı davam etdirə bilərsiz, lakin indi bizim sizin dəstəyinizə ehtiyacımız var, sadəcə Maydana gəlib əliinizdə plakatları tutmağınız gərəkdir, alınar, eləmi? Əlbəttə alınar, burda çətin heç nə yoxdur.
Məxsusi olaraq bu və ya digər maliyyələşmədə amerikan izi həmişə aydın görünmür. Amerikan fondları – ABŞ dövlətinin pullarıdır, mahiyyətcə amerikan vergiödəyicilərinin pullarıdır. Lakin Avrasiya kontinentinə bu pullar əsasən Avropanın pulayıran fondları vasitəsilə daxil olur ki, qrant operatorları adlanırlar. Məsələn, trotskistlər vasitəsilə, antifaşistlər vasitəsilə, antiqlobalistlər vasitəsilə, ekoloqlar vasitəsilə, insan hüquqları və demokratiya carçıları vasitəsilə. Bu pulları alan adamlar onu tam ziyansız strukturlardan alırlar, məsələn, ekoloqlardan, hansılar ki deyir bu pullar xeyirxah məqsədlərçün, təmiz mühit uğrunda mübarizə üçün, tullantısız texnologiyaların inkişafı və dəstəyi üçün ayrılıb. Lakin vaxtı çatanda həmin şəbəkə siyasi formada istifadə olunur, hətta əgər o başlanğıcda ümumiyyətlə siyasətə istiqamətlənməmişdisə də. Bəzən məqsədlərçün istifadə olunan QHT-nin aktivistlərinin hətta belə niyyəti də olmur, onları qarasına istifadə edirlər. Onlara demirlər ki, küçələrə çıxmaqla onlar amerikan maraqlarına işləməli olacaqlar. Bu barədə ümumiyyətlə susurlar. Lakin elələri də var buna şüurlu şəkildə gedirlər ki, bunlar siyasi aktivistlərdir.

Valeri Korovin, “Şəbəkə müharibəsi”

Комментариев нет:

Отправить комментарий