Страницы

12.04.2023

KEÇMİŞ SOVET RESPUBLİKALARINDA DESTABİLİZASİYA ABŞ-A NƏ ÜÇÜN LAZIMDIR


Valeri Korovin

Gürcüstan ABŞ-ın Qafqazda möhkəmlənməsi üçün vacib geopolitoloji plasdarmdır. Qafqaz keçidinin elementi kimi Gürcüstandan Rusiya hipotetik olaraq İrana birbaşa strateji çıxış alır və İranla birbaşa strateji münasibətlər qurur. İran isə öz növbəsində Hind okeanına birbaşa çıxışa malikdir. Rusiyanın isti dənizlərə çıxış cəhdi geopolitik terminologiyada ABŞ-ın əsas geopolitoloji təhlükəsi sayılır. İsti dənizlərə ən qısa yol isə Rusiyadan İrana cənublu-şimallı Qafqaz vasitəsilədir. Məhz buna görə Gürcüstan Avrasiya kontinentində amerikan imperiyası ocağı qurmağa yollanmış ABŞ-ın Qafqazdakı şəbəkə müharibəsinin əsas hədəfinə çevrilmişdir.
Amerikan geopolitikasının əsas məqsədi Rusiyanı Cənubi Qafqaz vasitəsilə İrana çıxmağa qoymamaqdır. ABŞ öz məqsədini həyata keçirərkən ya Gürcüstandan başqa Azərbaycan və Ermənistanın da olduğu bu çox da böyük olmayan məkanda maksimum dərəcədə qeyri-stabillik yaratmağa çalışır, ya da ideal variantda burda özünün birbaşa hərbi-strateji nəzarətini qurmaq istəyir ki, fiziki olaraq Rusiyanın Hind okeanına çıxışının qarşısını alsın. Gürcüstanda “rəngli inqilab” ssenarisi həyata keçirilərkən məqsəd də elə bu idi. Və bu məqsəd baş tutdu: Gürcüstan Rusiyanın hələ SSRİ-nin dağılması dövründən, hətta keçmiş Sovet siyasi funksioneri Şevardnadzenin vaxtından qoruyub saxladığı geopolitik nəzarətindən çıxarıldı və tam ABŞ-ın geopolitoloji nəzarəti altına düşdü. Gürcüstana amerikan hərbi bazaları yerləşdirildi, orda amerikan instruktorları fəaliyyət göstərir və bu gün əminliklə demək olar ki, Gürcüstan suverenliyini tam itirərək atlantik inkişaf xətti götürüb. Təsəvvür etmək olar ki, bu plasdarmı hərbi güc yolu ilə götürmək istəsəydilər neçəyə başa gələrdi – məsələn, əgər Gürcüstan KTMT hərbi blokuna üzv olsaydı, ya da heç olmasa sadəcə hərbi təcavüzə müqavimət göstərən real suveren dövlət olsaydı. Cənubi Osetiyanı 2008-ci ildə güc yolu ilə tutmaq cəhdindən qat-qat baha başa gələrdi. Lakin amerikanlar Gürcüstanı boş əllə tutdular, hətta əhalinin müəyyən hissəsi və demək olar elitanın hamısı bu faktı alqışladı, hesab etdi ki, nəhayət rus təsirindən qurtardıq, amerikan quluna çevrilmələrinin isə fərqinə varmadılar.
O ki qaldı Ukraynaya, burda da məqsəd oxşar idi. Ukrayna Rusiya üçün bir növ Avropaya körpü rolunu oynayır. Zbiqnev Bjezinskinin yazdığı kimi, Ukraynasız Rusiya Avrasiya məmləkəti olmaqdan çıxır və Asiya məmləkətinə çevrilir. Bundan başqa Ukrayna Amerikanın qurduğu sanitar kordonun vacib elementi sayılır – bu kordon Rusiyanı Avropa İttifaqı ölkələrindən, yəni Mərkəzi Avropadan ayırır və Rusiyaya Avropa İttifaqı ilə tammənalı strateji əməkdaşlıq qurmağa imkan vermir. Məhz bu əməkdaşlıq yolunda, ilk növbədə Almaniya ilə əməkdaşlıq yolunun üstündə amerikan sanitar kordonu formalaşdırılır ki, bu kordon soyuq şimal dənizləri sahillərdən başlayaraq Baltika ölkələrini ötməklə Ukraynanı, Moldaviyanı keçərək aşağıda Gürctüstana kimi uzanır. Belorusiyadan isə yan keçir, belə ki bu ölkə həmin sanitar kordonun qərb istiqamətində yarıq sayılır, lakin Belorusiyanın əvəzinə çəpər funksiyasını Polşa yerinə yetirir. Ardınca Ukrayna, Moldaviya və aşağıda Gürcüstan gəlir ki, bu zolaq qeyri-stabillik zonası olaraq Rusiyanı Avropadan ayırır. Amerikanlar burdakı ölkələrdə bircə fit çalmaqla “rəngli inqilablar” həyata keçirərək özlərinin vacib strateji, geopolitoloji hədəflərini yerinə yetirirlər. Bu məkanın Rusiya ilə müttəfiqlik münasibətləri zonasında yerləşməsinin amerikan iqtisadiyyatına necə zərərli olmasını təsəvvür edin.
Tarixdən bildiyimiz kimi, Avropada böyük müharibə həddən artıq qanlı-qadalı və baha tədbirdir. Lakin belə müharibə olmasa dünya nəzarətini heç cür qurmaq olmaz. Bu başqa məsələdir ki, Avropadakı siyasi rejimləri “məxməri inqilablar” ssenarisi ilə dəyişdirəsən. Əvvəl Şərqi Avropada, Qarşılıqlı İqtisadi Yardım Soveti və keçmiş sosialist bloku ölkələrində bu prosesləri başladılar. Sonra isə NATO-da müttəfiq olan ölkələrə də keçdilər; axı bildiyimiz kimi şəbəkə müharibəsi həm düşmənlərə, həm neytral qüvvələrə, həm də dostlara qarşı aparılır. Xərclər müqayisəolunmazdır, amma nəticələr olduqca yüksəkdir. Axı heç vaxt bitməyən, daim davam edən şəbəkə müharibəsinin nəticələrindən fərqli olaraq hərbi qələbə heç də zəbt olunmuş ərazi üzərində nəzarət və idarəçilik qarantiyası vermir. Rusiyanı Avropadan ayıran zolağı amerikanlar məhz Rusiyaya qarşı aparılan şəbəkə müharibəsi çərçivəsində bu dövlətlərdə ardıcıl olaraq “məxməri inqilablara” təşviq etmə yolu ilə özlərinin vacib strateji, geopolitoloji niyyətlərini yerinə yetirmək etmək üçün yaratmışlar.
ABŞ-ın Şimali Qafqaz regionunda əsas hədəfi özünün strateji plasdarmını genişləndirməkdir ki, gələcəkdə Avrasiya kontinentinin içərisinə, Rusiyanın cənubuna geopolitik hücum edə bilsin. Və Çeçenistan da bu cəhddə müəyyən dağıntı triggeri rolu oynayırdı. Əgər Rusiyanın subyektlərindən birinin onun tərkibindən çıxması ilə bağlı həmin tarixi presedent baş tutsaydı, bu digər regionların da uçqun sürüşkənliyi effekti ilə ayrılmasına şərait yaradacaqdı; əvvəlcə Şimali Qafqazın “milli respublikalar” adlandırılan respublikaları, ardınca isə qalanları – Volqaboyunun, Sibirin “milli respublikaları” ayrılacaqdılar. Amerikanlara ayrılmaq presedentini yaratmaq nəyin bahasına olursa olsun lazım idi. Mahiyyətcə ABŞ bu hədəfinə nail olmasının yarım addımlığında idi. Rusiya, onun bütövlüyü, onun subyektivliyi həmin iki Çeçen kampaniyasında tükdən asılı qalmışdı. Ona görə də böyük Rusiyanın dağılmasına gətirib çıxaracaq həmin prosesə ciddi resurslar ayrılmışdı. Çeçen alovlanmasının qarşısının alınması həqiqətən tarixi hadisə oldu. Təkcə bu jesti ilə Putin öz tarixi missiyasını realizasiya etdi, tarixə hər şeydən əlavə Rusiyanın dağılmasının qarşısını real alan şəxs kimi düşdü. Və bununla hesablaşmamaq olmaz.
Ardınca həmin qeyri-stabillik zonası şimala doğru, Şimali Qafqaza, Qafqaz aşırımının o biri tərəfinə hərəkət etməliydi. Qərb strateqlərinin niyyətlərinə görə Qafqaz alışmalıdır, daim hərəkətdə olaraq, sonsuz sosial transformasiyalara uğrayaraq daim yanmalıdır, burda qaynar mərhələyə yönələn permanent lokal konfliktlər baş verməlidir. Yəni bu zonanı adlayıb İranla birbaşa strateji əlaqə yaratmaq heç xəyala da gəlməsin. Hazırki amerikan təsiri, hətta az-çox iştirakı saxlanılarsa, Qafqaz daim qeyri-stabillik təhlükəsi ilə üz-üzə qalacaq, talançılığa və dağıntıya məhkum olacaq, amerikan qlobal maraqları yolunda qurbanlıq qoyun olacaq. Və nə qədər ki bu ərazi Rusiyanın birbaşa strateji nəzarətinə qayıtmayıb, bundan sonra da konfliktlərlə, qarşıdurmalarla, separat təmayüllərlə didilərək parçalanacaq, hansını ki biz Azərbaycanla da, Gürcüstanla da bağlı müşahidə edirik.
ABŞ bu ərazini sonsuz amerikan xaosuna mübtəla edib və tam, birmənalı və dönməz şəkildə Rusiyanın strateji orientasiyasına yönəlməyincə xaosa get-gedə daha dərindən oturacaq.
Yalnız belə geopolitik perspektivsizliklə üzləşsələr atlantistlər geri çəkilməyə məcbur qalacaqlar.
Məhz onda burda xaos dayanacaq, normal, stabil həyat və əmin-amanlıq başlanacaq.

Valeri Korovin, “Şəbəkə müharibəsi”

Комментариев нет:

Отправить комментарий