Страницы

12.05.2023

Sinopsis. Karma interpretasiyasi

Səttar Məmmədov

1985-ci il. Qəndəhar. Əfqanıstan. Qüdrət Nağıyev Sovet qoşunlarının tərkibində piyada qoşun briqadasında xidməti reyd keçirir. Bu zaman terrorçuların mühasirəsinə düşür və ağır yaralanır. Bunu görən vzvod komandiri Qriqoryan döyüşə qoşulur, Nağıyevi xilas etmək üçün əlindəki hər vasitədən istifadə edir. Ağır yaralandığına baxmayaraq, Nağıyevi güllə altından çıxarır.
Kömək gəldiyini görən terrorçular dağlara çəkilirlər.
Yaralıları vertolyotla Özbəkistan sərhədində yerləşən Termez şəhərindəki hospitala aparırlar. Ağır yaralanan serjant Qriqoryan və sıravi Nağıyev bir-birinə vəsiyyət edirlər ki, hansısa biri sağ qalsa gedib ailəsinə başsağlığı versin.
Yolda Qriqoryan ölür, hospitala çatmır, Nağıyev isə sağ qalır, lakin sol ayağı amputasiya olur.
Nağıyev sağaldıqdan sonra Bakıya yollanır. O öz vədinə sadiq qalır və bir ay sonra Bakı-İrəvan qatarı ilə gedib Qriqoryanın ailəsini tapır. Qəbrini ziyarət edir, iki yaşlı Aşot adlı oğluna hədiyyələr alır. Bir gün qalaraq Bakıya qayıdır.
Bu hadisədən düz 35 il keçir. 1989-cu ildə Sovet qoşunları Əfqanıstanı tərk edir. 1991-ci ildə isə SSRİ adlı dövlət dağılır.
2020-ci il. Biz artıq dost yox, düşmən mövqeyindəyik. Qubadlı rayonu artıq işğaldan azad olunmuşdur. 33 yaşlı kapitan Abbas Nağıyevin əsgər dəstəsi Qubadlıda 35-40 yaşlarında yaralı bir erməni zabitinin zarıdığını görür. Xalqımızın böyüklüyü ondadır ki, biz hətta düşmənə belə rəhimliyik. Daxildən bir qüvvə Abbası həmin yaralı erməni zabitini xilas etməyə sövq edir.
Azərbaycan əsgəri uşaq, qadın, qocalara kömək edib. Bu xüsusiyyət xalqımızın böyüklüyünə dəlalət edir.
Yaralı erməni zabitini görən Abbas Nağıyev buna laqeyd qala bilmir. O tez kəmərini çıxarıb erməni zabitinin yarasını bağlayır ki, çox qan itirməsin. Onu maşına qoyub Füzulidəki hospitala aparır.
Erməni zabiti elə sanır ki, onu öldürəcəklər və zarıyaraq deyir:
-Yalvarıram, məni öldürməyin! Mənim ailəm, uşaqlarım var! Mənim atam Əfqanıstanda öz azərbaycanlı əsgəri xilas edərkən həlak olmuşdur. Mənim o zamanlar 2-3 yaşım olardı. Yaxşı yadımdadır, atamın dəstəsində xidmət keçmiş sağ qalan həmin azərbaycanlı əsgər bizim evə qonaq gəlmişdi, hətta mənə oyuncaqlar da almışdı...
Bəli, söhbət 35 il qabaq Əfqanistanda həlak olan serjant Qriqoryanin oqlu Asotdan gedir...
Bunu eşidən Nağıyevin sanki damarlarında qanı donur!
Bəli, söhbət Abbas Nağıyevin atası Qüdrətdən gedirdi.
Hospitala çatanda Abbas şəxsən özü onu qucağında əməliyyat otağına çatdırır. Təkidlə həkimlərə onu xilas etməyi tapşırır.
Özü isə bir siqaret yandıraraq Əfqanıstan müharibəsində əlil olan atasına zəng edib əhvalatı ona danışır. Ata bunu esidən kimi hönkür-hönkür ağlayır.
Axı nə ücün bir vaxt mehriban, dost və qonşu olan bir xalq bu gün hansısa xarici dövlətlərdəki üzdəniraq erməni diasporasının fitnəsinə gedir? Sadə xalqın nə günahı var?..
Həmin erməni zabiti sağ qalır. O Ermənistana qayıtmaqdan imtina edir və Qızıl Xac cəmiyyətinin dəstəyi ilə 3-cü ölkəyə gedir.
Sözügedən həmin zabit hal-hazırda Rusiya Federasiyasının Rostov vilayətində yaşayır.
Abbas isə ordudan təxris olaraq öz şəxsi biznesi ilə məşğuldur.
Bu, şiə Azərbaycan xalqının rəhimli və mərhəmətli olmasının bariz nümunəsidir! El arasında buna “Əli rəhmi” deyilir...
Qədim dinlərdə Karma deyilən bir nəzəriyyə var; yəni kim nə yaxşılıq etsə, bəhrəsini mütləq görəcəkdir, pislik etsə isə nə vaxtsa qarşına çıxacaqdır.
35 il əvvəlki məsələnin məntiqi sonluğu: deməli dünyada hər şey bumeranq kimi qayıdır. Bir iş görəndə mütləq nəzərə alın: bir gün o sizə qayıdacaq - istər yaxşı, istər pis...

Комментариев нет:

Отправить комментарий