Страницы

21.06.2023

Azərbaycan maliyyə naziri: Dövlət borcunun çox olması yolverilməzdir, suverenliyin itirilməsinə gətirib çıxara bilər


Azərbaycan üçün dövlət borcunun çox olması nəinki iqtisadi, hətta siyasi müstəqilliyimizi də sual altına qoya bilər.
Bunu Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
“Bizim üçün dövlət borcunun çox olması yolverilməzdir. Biz xarici borclanmaları da həyata keçiririk. Bu borclanmaları götürərkən bizim konkret hədəflərimiz və strategiyamız var. Bu gün də biz bu strategiyaya uyğun tədbirlərimizi həyata keçiririk. Reytinq agentliklərinin çoxu Azərbaycana kredit verilərkən ilk olaraq bizim borc vəziyyətimizi təhlil edir”, — nazir bildirib.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın dövlət borcu 16,5 milyard manat ($ 9,7 milyard) olub.

Mənbə: EADaily informasiya agentliyi, 6.06.2023

P.S.: Bu təhlükədən sovuşmaq üçün hökmən Azərbaycanın Avrasiyaya inteqrasiyasında iştirakını çevik templərlə sürətləndirmək lazımdır. Uzunmüdətli perspektivdə məhz bu istiqamət əhəmiyyətli artım verəcək. Xüsusən də nəzərə alsaq ki, Qərb ilə istənilən iqtisadi inteqrasiya həmişə Qərb tərəfdən çoxlu miqdarda tələblərlə müşayiət olunur, amma Qərbə sədaqət andı içmiş həmin dövlətin iqtisadiyyatını sözdə deyil, reallıqda inkişaf etdirəcək heç bir maliyyə köməyi ilə və ya hansısa əhəmiyyətli investisiya ilə bağlı olmur. ABŞ daim amerikan qlobalist dəyirmanının yeminə çevrilmiş ölkə iqtisadiyyatının maksimal dərəcədə gücdən salınması ilə bağlı istismarçı, kolonial prinsip həyata keçirir. Və bu zaman heç vaxt insanların taleyi ilə maraqlanmır, kolonizasiya etdiyi, öz sivil maşını ilə qula çevirdiyi dövlətin həqiqi rifahı ilə bağlı narahat olmur.

Комментариев нет:

Отправить комментарий