Страницы

23.06.2023

“ŞƏRQ TƏRƏFDAŞLIĞI” – “İNKİŞAFDAN GERİ QALMIŞLAR” ÜÇÜN TƏLƏ


Tanınmış rusiyalı politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovin ilə müsahibə

—29-30 sentyabr 2011-ci ildə Varşavada keçən “Şərq əməkdaşlığı” sammitinin nəticələrinə görə birgə Deklarasiya qəbul olunub ki, bu deklarasiyanı Ermənistan və Azərbaycan rəhbərləri də imzalayıblar. Bu Ermənistanın və Azərbaycanın Rusiyadan uzaqlaşmasına gətirib çıxarmayacaqmı?
—Düşünürəm ki, tam mümkündür. Bu elə SSRİ-nin keçmiş respublikalarını Rusiyanın təsiri altından çıxarmaq üçün yaradılmış amerikan meydançasıdır. Əsas tələ də “Avropaya qəbuldur”, halbuki belə şey yoxdur, Avropanın hansısa virtual obrazını yaradıblar ki reallıqdan çox-çox uzaqdır. Arzulardakı Avropadır ki bütün postsovet respublikalarını ora yönəldirlər.
Belə baxanda amerikanlar üçün keçmiş Sovet müttəfiqlərini nə ilə aldatmağın fərqi yoxdur, əsas məsələ öz məqsədlərinə çatmaq – onları Rusiya ilə strateji birlikdən çıxarmaqdır. Əsas odur ki bax bu işləsin, hamı ayrı-ayrılıqda “Avropaya” doğru hərəkət etsin. Bununçün gərginlik yaratmaq lazımdır, ilk növbədə həmin “Şərq əməkdaşlığına” daxil olan MDB ölkələri ilə Rusiya arasında. Əsas hədəf də budur.

—Azərbaycan və Ermənistan nə vaxt Avropa strukturlarına daxil olmağa ümid edə bilərlər?
—Onları həmin Avropa ilə vaxtın bitməsinə kimi şirnikləndirəcəklər. Təbii ki son nəticədə onların heç birini Avropaya-zada götürməyəcəklər. Hər belə sammitdə Avropa həvəskarlarına onların çatışmazlıqlarını göstərirlər, bəs sizdə “demokratiya”, “azadlıq”, “insan haqları” yoxdur. Hansı ki bütün bunlar tamamilə subyektiv kateqoriyalardır ki, hər yerdə bir cür qəbul olunur. Postsovet ölkələrinin bunlar barədə təsəvvürü avropalıların təsəvvürü ilə üst-üstə düşmür. Yüksək təkəbbürlü avropalılar üçün postsovet ölkələri bu mənada daim “inkişafdan geri qalmış” kimi olacaqlar. Amma hər halda tapşırıq yerinə yetiriləcək. Bu isə ondan ibarətdir ki, Rusiya ilə istənilən inteqrasion inisiativlər kəsilməlidir.

—Həm Azərbaycan, həm də Ermənistan nümayəndə heyətini dəvət edən “Şərq əməkdaşlığının” təşəbbüskarları Qarabağ məsələsində kimi dəstəkləyəcəklər? Axı bu iki dövlət arasında konflikt davam edir. Belə ziddiyyət şəraitində onlar Avropaya birgə necə hərəkət edə bilərlər?
—Məhz buna görə mən nə Ermənistan, nə də Azərbaycan üçün Avrointeqrasiya prosesinin real yekunlaşacağının faktiki mümkün olmayacağını bildirirəm, necə ki hətta Türkiyə üçün də real Avropa perspektivi mümkün deyil. Bütün bunlar sadəcə tələdir, Rusiya ilə Avrasiya əlaqələrinin qarşısını almaq üçün fürsətdir, hansı ki həmin əlaqələr sadəcə mexaniki olaraq “Avropa kursu” adlanan kursa qarşı qoyulur və bu zəmində sərt şəkildə sual edilir: “Siz bizimləsiz, ya onlarla?”
O ki qaldı Qarabağ probleminə, amerikanlar özlərinə Zaqafqaziyedə qeyri-stabillik fazasını aktiv şəkildə başlamaq lazım gələndə asanca Qarabağ kartı ilə oynayırlar – birbaşa, ya da Türkiyə vasitəsilə. Bununla yanaşı nə Ermənistanın, nə də Azərbacanın taleyi onların veclərinə də deyil. Onlar ümumiyyətlə nə orda yaşayan adamları, nə xalqları, nə siyasətçiləri, nə bu dövlətlərin özlərini saya salmırlar və onları asanca hətta xırda siyasi effektə belə dəyişirlər.

“SPUTNİK” RADİOSU ÜÇÜN MÜSAHİBƏ, 30.09.2011

Valeri Korovinin “Qarabağ haqqında imperiya söhbəti: Rusiya, Azərbaycan, Ermənistan, İran və Türkiyə Cənubi Qafqazın regional geopilitikasında” kitabından

Комментариев нет:

Отправить комментарий