Страницы

20.06.2023

Valeri Korovin: Rusiya Qərbə nüvə zərbəsi endirəcək və bu cavab zərbəsi sayılacaq


Tanınmış rusiyalı politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovin oxu az saytına qalmaqallı müsahibə verib. Həmin müsahibədən vacib yerləri sizin də nəzərinizə çatdırırıq.

—Rusiya bütün mümkün vasitələrlə öz maraqlarını qoruyacaq. Və əgər indiki Qərb siyasətçiləri, qocalıb əldən düşmüş və kəmağıl Co Bayden, yaxud onun həmsirdaşı Entoni Blinken kimilər və digər Qərb azlıqları hesab edirlərsə ki, Rusiyanı nüvə silahı ilə qorxuda bilərlər, buna Rusiya prezidsenti Vladimir Putin yığcam, obrazlı və tezçatan şəkildə cavab vermişdir. O demişdir ki, biz pravoslav xristianlar ölümdən qorxmuruq. Biz Allahın kəramətinə və xilasına sığınmışıq. Onlar isə - Qərbin satanistləri sadəcə gəbərəcəklər. Odur ki nüvə zərbəsi mübadiləsi Rusiya tərəfinin diqqətdə saxladığı məsələdir. Biz buna hazırıq. Bəs Qərb buna hazırdırmı? Qoy bunu onlar özləri fikirləşsinlər, onda başa düşəcəklər ki, bu zarafat deyil, tam ciddidir. Qərbin atdığı nüvə başlıqları vurulacaq, Avropanın ərazisinə düşəcək. Qərb anicə səpələnən döyüş başlıqlarına malik qarşılayıcı cavab zərbəsi alacaq ki, bu raketləri onlar 100% vura bilmirlər və bunlar qərarların qəbulu mərkəzlərinə kimi uçub çatacaqlar. Biz isə başa düşürük ki, bunlar Vaşinqton olacaq, amerikan hərbi bazaları olacaq ki, Rusiya raketləri də ora tuşlanmışlar. Əgər Qərb Rusiyaya təzyiq etmək və onu öz boyunduruğuna salmaq cəhdində dayanmasa, bunun qarşısını almaq mümkün olmayacaq.

—Şərqi Avropanın neytral məkanını Qərbin tutması, NATO-nun sərhədlərini ora çəkməsi Rusiyaya qarşı aqressiyadır və bu 90-cı illərin əvvəllərində başlanmışdır. Qərb neytral, nüvə silahı olmayan Ukraynaya soxuldu və 2014-cü ildə silahlı qiyam törətdi – bu Rusiyaya qarşı aqressiyadır. Qərbin Ukraynada NATO infrastrukturu yaratması – Rusiyaya qarşı aqressiyadır. Prinsipcə mənim sadaladığım hər əməldən sonra Qərbə cavab zərbəsi endirmək olardı, o cümlədən nüvə silahından istifadə etməklə... Əgər Qərb tərəfindən Rusiyaya təhdid ciddi şəkil alarsa mən qarşılayıcı cavab zərbəsi endirməyin tərəfdarıyam və belə zərbə haqlı şəkildə olacaq. Və qoy heç kəs ümid etməsin ki, bunu edəndə bizdə kiminsə əli əsəcək.

—Rusiya ABŞ-a hücum etməyib, orda müstəqil Texas yaratmayıb, onu KTMT-nin tərkibinə salmayıb, texaslıların nifrətinə şiddət verməyib, onları ABŞ-ın yerdə qalan digər əhalisi ilə müqayisədə “xüsusi xalq” saymayıb. Biz ümumiyyətlə nə ABŞ-a, nə də onun NATO üzrə müttəfiqlərinə toxunmamışıq, öz həyatımızı yaşamışıq, öz sivilizasiyamızı, mədəniyyətimizi, identikliyimizi inkişaf etdirmişik. Bəs əvəzində nə almışıq? Qərb bunu zəiflik və təcavüz üçün səbəb kimi qəbul etdi. Odur ki bir daha bildirirəm, biz tərəfdən istənilən hərəkət, o cümlədən nüvə zərbəsinin endirilməsi artıq cavab zərbəsi sayılacaq.

Комментариев нет:

Отправить комментарий