Страницы

16.07.2023

Ruslar – Qafqazda barışdırıcı gücdürlər


Tanınmış rusiyalı politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovin

—Qərbin əsas yanaşması özünün regiona girməsinə imkan qazanması üçün vəziyyəti destabilizasiya etməkdir ki, burda möhkəmlənsin və baş verən proseslərə öz maraqlarına uyğun təsir göstərsin. Yeri gəlmişkən, belə yanaşma Qərb strateqləri tərəfindən praktiki olaraq bütün dünyada, anqlosakslar tərəfindən isə yüzillərdir tətbiq olunur. Həmin fəaliyyət Qərbin yanaşmalarında da dəyişməz qalır: ifrat təkəbbürlülük, dövlətlərin, xalqların, mədəniyyətlərin və Qərbə aid olmayan sivilizasiyaların maraqlarına etinasızlıq ki, onlara Qərb siyasətçiləri bütün zamanlarda öz maraqlarına nail olmaq yolunda istifadə ediləsi məsrəf materialı kimi baxmışlar.
***
—Qərb daim yalan danışır, hiyləgər iblis kimi aldadır, çünki onun mahiyyəti belədir. Və əgər Qərbin bədniyyətliliyini nəzərə almasan, asanca onun tələsinə düşmək, onun böyük oyununda xırda-xuruşa çevrilmək, itirə-itirə gedib Qərb siyasətçilərinin yaratdığı intriqaların qurbanı olmaq olar. SSRİ dağılandan bəri Zaqafqazyenin bütün yeni tarixi bunun bariz mənzərəsidir. Elə bir epizod yoxdur ki, kimsə nə vaxtsa Qərbə bel bağlayaraq bundan nəsə udsun və ya heç olmasa hansısa üstünlük qazansın. Nəticəsi həmişə dağıntı, fəlakət, böyük itkilər olur. Gələcəkdə də belə olacaq. Nə qədər ki tarixin bütün bu dərslərindən yeganə düzgün nəticə çıxarılmayıb, belə də olacaq: bilmək vacibdir ki, Qərb tam şərdir, və biz Avrasiya xalqları, eləcə də dünyanın digər xalqları Qərb ilə bir yolun yolçusu ola bilmərik.
***
—Suriyada ABŞ-ın öz müttəfiqləri Britaniya və Fransa ilə birgə çıxardığı oyunlardan sonra istənilən sağlam düşüncəli siyasətçi başa düşür ki, belə dövlətlərdən, ümumiyyətlə sivil Qərbdən bacardıqca uzaq durmaq lazımdır – qeyri-adekvatlığına, dəyişkənliyinə, ağlına gələni etdiyinə, nəinki beynəlxalq hüququ, hətta elementar məntiqi və sağlam təfəkkürü belə qulaqardına vurduğuna görə. Qərbin bu üç ölkəsi heç kimin rəyini nəzərə almadan özlərini Qərb sivilizasiyasının başına qoyublar. Onlar ağına-bozuna baxmadan, yollarının üstündəkiləri söküb dağıdaraq dünya hegemonluğuna cumublar, bu məcrada dövlətləri, xalqları, bütöv dünya regionalarını məsrəfə buraxıblar.
***
—Bu gün Qərbin müttəfiqi olmaq ağır fəsadlara gətirib çıxarır. Bu dövlətçiliyin özünə birbaşa təhlükə kəsb edir, belə ki Qərb təkcə öz düşmənləri ilə və neytral qüvvələrlə deyil, həm də öz müttəfiqləri ilə də hesablaşmır, onları da sərt şəkildə diz çökdürür və öz iradəsinə tabe olmağa məcbur edir. Bu gün Almaniya və İtaliya kimi ölkələr belə yalvarırlar ki, onları Rusiyaya qarşı sanksiyalara qoşulmağa qatmasınlar. Belə bir vəziyyətdə Azərbaycandan nə danışaq ki, Qərb onu gözünü belə qırpmadan həzmi-rabedən keçirə bilər! Bu mənada Azərbaycanın özünü qoruması üçün Qərbdən uzaq durması, onunla əməkdaşlıq etməməsi, öz ölkəsində onun fəaliyyətini həm iqtisadi, həm mədəni, həm də ümumilikdə sivilizasion sahələrdə bacardıqca qısaltması gərəkdir. İkincisi, Azərbaycan bu gün formalaşan çoxqütblü dünya modeli çərçivəsində özünə yenə müttəfiqlər axtarmalıdır. Aydındır ki, heç bir ölkə təkbaşına yaşayıb sağ çıxa bilməz. Qərb sadəcə təhlükədir – dəlinin təhlükəli olduğu kimi: amma bu dəli yaxşıca silahlanmışdır, heç də adi dəli kimi stula otuzdurulub hər tərəfdən  iplə bağlanmamışdır, əli-qolu açıqdır.
***
—Azərbaycan yeni müttəfiqlərini Qərbdə axtarmamalıdır. Öz sivilizasion blokunu tapmaq lazımdır ki, Azərbaycana orda komfortlu və təhlükəsiz olsun, onun daxilində uzunmüddətli strateji inkişaf imkanı yaransın. Azərbaycan üçün belə blok Avrasiya blokudur. Odur ki hətta indilərdə Rusiya rəhbərliyinin Avrasiya inteqrasiyasının inkişafı sahəsində tələsməməsinə baxmayaraq, xarici faktorların təsirlərinə görə Azərbaycanın regionda Rusiya ilə əməkdaşlıqdan başqa yolu yoxdur. Eyni zamanda Türkiyə və İranla münasibətləri saxlamalıdır, yeni çoxqütblü dünyanın əsas mərkəzlərindən biri olacaq Avrasiya sivilizasion blokunun yaradılması çərçivəsində özünün strateji perspektivini nəzərə almalıdır.
***
—Qafqaz təkcə Qərb paradiqmasında qarşıdurmalar məkanıdır. Əgər Qərbin sivilizasion rasizmi, unifikasiya cəhdi, öz Qərbi Avropa sosial-siyasi şablonu altına hər şeyi yönəltməyə can atması nəzəri ilə Qafqaza baxsaq, onda bəli, Qafqazın mədəni, dil və etnik rəngarəngliyi problem kəsb edir ki, bu da eyni zamanda Qərbin öz maraqları çərçivəsində çoxsaylı konfliktlər yaratması üçün vasitədir. Konfliktogenlik, hamını hamı ilə toqquşdurmaq, hamını öz sivilizasion standartı altına qovub salmaq – Qərbin siyasəti bax budur. Qərb məsələlərə belə yanaşır. Parçalama, siyasi təzyiq Qərbin öz strateji nəzarətini və iştirakını qurması üçün yoludur. Rus təfəkkürü isə Qazqazı əksinə, inteqrasiya, birləşmə zonası kimi qəbul edir. Rusiya Qafqazı tam başqa şəkildə görür: Avrasiya məkanı qismində ki, türklərin, müsəlmanların, rus xristanlarının, pravoslavların qarşılıqlı anlaşmasına və zənginləşməsinə əsaslanmışdır. Bu mənada Qafqaz tam əksinə, Avrasiyanın çiçəklənən camiəsidir, mədəni-sivil inkişaf və qarşılıqlı anlaşma nöqtəsidir. Bu tam başqa baxışdır, burda heç bir konfliktogenlik yoxdur. Ruslar Qafqazda heç bir müharibə istəmirlər, əksinə istənilən didişmələrdə, etnik konfliktlərdə və ya hansısa digər anlaşılmazlıqlarda həmişə stabillik faktoru kimi çıxış edirlər. Ruslar – Qafqazda barışdırıcı gücdürlər. Ruslar Qafqaza rəngarəngliyin strateji birliyi prizmasından baxırlar. Rəngarənglik ruslar üçün normativ sayılır, çünki Rusiya dövlətçiliyinin özü polietnikdir, multikulturaldır, polikonfessionaldır. Rusiya üçün rəngarənglik normadır ki, özü özlüyündə təbii haldır. Qərb üçün isə belə deyil. Qərb yalnız öz sivilizasion standartlarını yeridir. Qafqaza bax bu cür iki müxtəlif yanaşma var.
***
—Qarabağda vəziyyətin gərginləşməsində o adamlar maraqlıdır ki, yaranmış status-kvo onları qane etmir. Bu gün 30 illik konfliktin dayandırılması ortalıqdadır, Azərbaycan və Ermənistan liderlərinin də yorulmadan bəyan etdilkləri kimi tərəflərin bir-birinə ərazi iddiaları yoxdur. Azərbaycan prezidenti dəfələrlə bildirmişdir ki, konflikt bitmişdir, bununla Ermənistan baş naziri də razıdır. Rusiya sülhməramlılarının olması regionda sülhün qarantıdır. Belə baxanda hamını hər şey qane edir. Bircə hər iki tərəfdən radikallar, həmişə olduğu kimi revanş yanğısında olan milliyyətçilər və... Qərb, ilk növbədə ABŞ narazıdır. Bəs necə, axı sülh Qərbin birbaşa iştirakı olmadan yaradıldı, demək onların maraqları nəzərə alınmadı. Qərb strateqləri bildirirlər: “Belə olmaz, ABŞ və Fransanın da iştirakını nəzərdə tutan Minsk formatına qayıtmaq lazımdır”. Məntiqli sual ortalığa çıxır: “Niyə? Nə səbəbə?” Axı konflikt dayanıb, sülh yaranıb. Qərb strateqləri isə etiraz edirlər: “Konflikt dayanıb? Bizsiz? Onda biz sizə sülhü göstərərik!” Məhz bu yanaşma bütün provokasiyaların və istənilən gərginliyin başlıca müqəddiməsidir. Çalışırlar göstərsinlər ki, heç bir sülh-zad yoxdur, Rusiya sülhməramlıları öz işlərinin öhdəsindən gələ bilmirlər. Qərb, ABŞ və onların tərəfdarları özlərinin iştirakı olmadan yaranmış sülhlə razılaşmırlar. Axı belə olan halda onlar öz şərtlərini diqtə edə bilmirlər, onların maraqları nəzərə alınmır, onlardan heç kəs asılı olmur! Buna isə onlar öyrəşməyiblər, axı “dünya ağalarıdır”, Barak Obamanın dediyi kimi, “xüsusi millətdirlər”.
***
—Regionda istənilən eskalasiyanın arxasında Qərb və onun agenturası durur. Belə ki Qərb, xüsusən də ABŞ istənilən regiona məhz destabilizasiya yolu ilə, öz tələblərini diqtə etməklə, öz maraqlarını sırımaqla girir. Baxaq görək eskalasiya kimə sərfəlidir. Azərbaycana sərfəli deyil, o öz rayonlarnı qaytarıb. Rayonları qaytaran Ermənistana da sərfəli deyil, o bu rayonları əvvəl-axır qaytarmalıydı, sadəcə müqavimətsiz qaytarmalıydı. Rusiyaya da eskalasiya lazım deyil, çünki ona öz böyründə konflikt gərək deyil... Nə qədər ki bizim ölkələrimizin ali rəhbərliyi səviyyəsində iradəli qərarlar qəbul olunmayıb və Qərb agenturası sərt və kompromissiz şəkildə aradan götürülməyib, heç bir transport və infrastruktur layihəsi açılmayacaq və işə düşməyəcək.
***
—Türkiyə bu gün birmənalı anlayış deyil. Geopolitik nöqteyi-nəzərdən iki Türkiyə var. Biri atlantist Türkiyədir: NATO-ya üzv olan Türkiyə, elitaların Qərbyönümlü hissəsi, Vaşinqtonun maraqları yolunda çarpışan gülənçi islamçı şəbəkələr, demokratiya, vətəndaş cəmiyyəti və insan hüquqlarını ehtiva edən Avropa dəyərləri – dünyanın bütöv regionlarını qul etmək, təkqütblü dünya konseptini otuzdurmaq, “vəhşi” və “varvar” adlandırdığı xalqları istismar və idarə etmək üçün Qərbin ixrac etdiyi cəfəngiyyatlar Türkiyəsi. Bir də var avrasiyaçı Türkiyə. Bu Türkiyə ənənəçidir, antiqərbdir, antiamerikandır, ənənəvi islam dəyərləri üzərində bərqərar olmuşdur (təhrif olunmuş siyasi islam üzərində deyil), mədəniyyətlərin, xalqların və etnosların rəngarəngliyini qiymətləndirəndir (Qərbin qaynar vətəndaş cəmiyyəti qazanından fərqli olaraq). Bu təbii Türkiyədir ki, Avrasiya sivilizasiyasının, gələcək çoxqütblü dünyanın ayrılmaz hissəsidir. Belə avrasiyaçı Türkiyəyə eynən Rusiyaya lazım olduğu kimi Qafqazda sülh lazımdır. Məhz belə ənənəvi, avrasiyaçı, Qərb tərəfindən tutulmamış, Qərb dəyərlərinə yoluxmamış, xaricdən Qərb və ya islamçı şəbəkələr tərəfindən idarə olunmayan Türkiyənin Rusiya ilə çoxlu ümumi cəhətləri var, necə ki regionun öz avrasiyaçı identikliyini saxlamış digər dövlətləri və xalqları ilə də var. Belə ənənəvi Türkiyə ilə Rusiyanın ümumi maraqları var ki, məhz bu maraqlara yönələrək Xəzəryanı regionun dövlətlərinə və xalqlarına xeyirli olan sahələri inkişaf etdirmək lazımdır. Okeanın o üzündən təşrif buyurmuş, özünü harda aş orda baş aparan, öz “seçilmişlərindən” başqa heç kəsin maraqları ilə hesablaşmayan xain “müttəfiqdən” isə uzaq durmaq lazımdır. Burda qeyd etmək yerinə düşərdi ki, Türkiyədə olan yad şəbəkələrdən, yəni liberal, qərbyönümlü, islamçı şəbəkələrdən regionun digər ölkələrində – Azərbaycanda, Ermənistanda, hətta İranda və Rusiyada da var. Nə qədər ki onlar bizi içəridən məhv etməyiblər, bir-birimizlə vuruşdurmayıblar, saysız-hesabsız konfliktlər yaratmayıblar, onların onurğasını sındırıb məhv etmək lazımdır.
***
—Qafqazda bu gün kommunikasiyaların açılması Qərbyönümlü şəbəkələrin – Amerikanın birbaşa agenturasının həyata keçirdiyi sabotaja görə uzanır. Kommunikasiyalar, onların fasiləsiz işi – bütün regionun iqtisadi inkişafının və çiçəklənməsinin qarantıdır. Bu isə amerikan maraqlılarına sərf eləmir. Amerikanlar iqtisadiyyatların normal fəaliyyətini iflic etmək istəyirlər ki, hamını özlərinin dilənçi paylarından asılı qoysunlar, Beynəlxalq Valyuta Fondundan və Ümumdünya Bankından kredit götürməyə məcbur eləsinlər, borc içində, ağır sələm içində boğsunlar və əvəzini suverenlikdən məhrum etməklə ödətdirsinlər. Burdan sadə və aydın nəticə çıxır: istənilən inteqrasiya proyektlərini pozmaq, region ölkələri arasında transport koridorlarını, ümumiyyətlə normal kommunikasiyanı qapamaq onlara hava və su kimi lazımdır. İyirmi ildir ki, Rusiya, İran və Azərbaycan Şimal-Cənub transport koridorunun qurulması üçün əlləşirlər. Hər üç tərəfdə tam razılıq və anlaşma var, onlarla müvafiq qanun, sənəd, reqlament qəbul olunub, koridorun real işi isə hamının təəccübünə rəğmən hələ də ölü nöqtədən tərpənmək bilmir. Belə misallar saysız-hesabsızdır. Harda ki elitaların, rəsmi hakimiyyətlərin iradəsi ortaya qoyulur, orda sabotaj aşağı səviyyədə həyata keçirilir – məsələn, Azərbaycana, Ermənistana, Rusiyaya mal daşıyan İranın fura maşınlarından alınan gömrük rüsumlarını çoxaldırlar, elə edirlər ki, sərfəli olmasın. Antiiran, antierməni, antirus isterikanı qızışdırırlar ki, sahibkarlara həmin ölkələrlə ticarət əməliyyatları aparmaq mənəvi cəhətdən çətin olsun. Nəhayət, regionda provokasiyalar yolu ilə ümumi vəziyyəti destabilizasiya edirlər; birini bu tərəfdən atəş açıb vururlar, digərini o tərəfdən – amerikanların tipik fəndidir ki, bu yolla onlarla, yüzlərlə konflikt alovlandırmağa nail olmuşlar. Ukrayna maydanını və onun “səma yüzlüyü” silahlı dəstəsini xatırlamaq kifayətdir. Axı orda da hər şey atəş açılaraq hər iki tərəfdən bir-bir öldürülən “sakral qurbanlardan” başlamışdı.
***
— Ermənistan ilə Azərbaycan arasında yekun sülh müqaviləsi o zaman imzalanacaq ki, regiondan müharibə faktorları və konfliktogenlik səbəbləri tam yığışdırılsın. Əsas faktor – Qərbin müdaxiləsi və amerikan maraqlarıdır. Sülhə qarşı hər iki tərəfdən milliyyətçi qüvvələr çıxış edirlər, özü də həm erməni, həm də azərbaycanlı milliyyətçilər konfliktin qızışdırılması üçün eyni instansiya – Qərb tərəfindən, konkret olaraq Qərb xüsusi xidmət orqanları tərəfindən istifadə olunurlar. Yalnız bütün belə konfliktogen faktorları aradan qaldırmaqla yekun sülh müqaviləsi imzalana bilər. Özü də hökmən Rusiya sülhməramlılarının olması və Rusiyanın vasitəçiliyi ilə imzalana bilər, hansı ki o birilər kimi gizli niyyəti-zadı yoxdur, gündəmi açıq şəkildə ortalığa qoyur, real olaraq sülhün yaradılmasına çalışır. Və əgər sülh nə qədər möhkəm olsa, Ermənistan və Azərbaycan Rusiyanın başlatdığı Avrasiya inteqrasiyası proseslərində daha aktiv şəkildə iştirak edəcəklər, Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Gömrük İttifaqı və digər birliklərə qatılacaqlar. Rusiya – sülhün qarantıdır.
***
—Son zamanlar İsrail regionun aktiv oyunçusuna çevrilib ki, özünün İranla qaçılmaz konfliktinə görə regional oyunçuları da İrana qarşı yönəltməyə çalışır. İlk növbədə Azərbaycanı yönəldir ki, onun əli ilə İranı məhv edə bilməsə də, heç olmasa bir qədər zəiflətsin. İsrail Azərbaycanı özündən başqa heç kəsə lazım olmayan Azərbaycan-İran konfliktinə çəkmək istəyir. Aydındır ki, İsrailin özündə bu məsələ ilə bağlı elitaların birgə razılaşması və tam anlaşması yoxdur. Lakin siyasi qüvvələrin bir qismi güc strukturlarının dəstəyi ilə bu ssenarini həyata keçirmək üçün aktiv şəkildə işləyir. Əlbəttə aydındır ki, elə onların da amerikanlar kimi Azərbaycanın bu halda nə günə düşəcəyi heç veclərinə də deyil. Antiiran isterikası tam sürətlə qızışdırılır, özü də bu çox kobud və primitiv şəkildə edilir. Hərdən antiiran təbliğatının necə kobud yolla aparıldığını, necə axmaq və ağlasızmaz feyklərin Azərbaycan informasion məkanına, ilk növbədə bloqosferasına atıldığını görərkən, istər-istəməz sual yaranır: Buna kim aldana bilər? Axı kim belə cəfəngiyyata və axmaqlığa inanır? Doğrudanmı Azərbaycanda belələri var?
***
—Rusiya sülhməramlıları olmasa regionu bir saatın içində partladarlar. Baxın görün sülh yox, məhz müharibə istəyən tərəflər nə qədərdir! Rusiya bütün tarixi boyu müharibələri başlatmır, məhz dayandırır. Aqressorları durdurur və xalqlara sülhü qaytarır. Rus missiyası belədir. Odur ki kim doğrudan da sülh tərəfdarıdır, həmişə sülhün məhz Rusiya sülhməramlıları tərəfindən təmin olunmasında maraqlı olacaq.
***
—Rusiya mübaribələri dayandırır. Rusiya həmişə müharibələri saxlayır, artıq bir neçə əsrdir ki, neçə-neçə müharibəni saxlayıb və qan-qadanın qarşısını alıb. Qarabağda da eynən belə oldu. Aydındır ki, Rusiyanın müdaxiləsi olmasaydı, rus hərbçiləri regiona gəlməsəydi, müharibənin yaralarını tez bir zamanda sağaltmaq mümkün olmazdı və konflikt daha çox uzanardı. Rus ordusu gəldi, döyüşü saxladı, tərəfləri barışdırdı və sülh bağlamağa təşviq etdi. Hal-hazırda da regionda sülhün və əmin-amanlığın qarantı kimi çıxış edir. Aydındır ki, Rusiya olmasaydı, bütün bu hadisələr hər iki xalqı fəlakətli nəticələrə aparıb çıxaracaqdı.
***
—Rusiya müharibələri dayandırır. O gəlir və saxlayır. O sadəcə qoşun yeridir. Ruslar işğal etmirlər, xalqları azad edirlər. Ruslar Avropanı azad etmişlər. Ruslar Avropanı dəfələrlə azad etmişlər. Çar Aleksandrın vaxtında da, Stalinin vaxtında da... Ruslar Parisə girəndə fransızların Moskvanı çapıb taladıqları kimi Parisi soyub dağıtmadılar. Ruslar Parisdə sakit şəkildə kafelərdə otururdular, yeyib içirdilər, sonra isə Çar öz qusar və zabitlərinin yeyib-içməklərinin pulunu büdcədən ödəyirdi, hətta onların kart borclarını da verirdi. Rus əsgərləri Parisdə borclu qalmadılar, hamısı büdcədən ödəndi. Ruslar mədəni şəkildə, ədəblə, təmiz fransız dilində fransızlarla xudafizləşərək Parisdən getdilər, səliqə ilə çıxdılar. Heç nəyə toxunmadılar, çıxanda hər şeyi olduğu kimi, hətta ondan da yaxşı saxladılar. Bu ruslardır! Bu sizə Qərb deyil ki, hər şeyi çapıb talasınlar! Odur ki rusları işğalçı saymayın. Ruslar işğal etmirlər, xalqları azad edirlər, onları müharibədən, qan-qadadan qurtarırlar. Ruslar xalqları bir-birlərini qırıb çatmağa qoymurlar, qarşılıqlı ədavəti dayandırırlar, nifrəti və kin-küdurəti aradan götürürlər. Ruslar sizi zülm və əziyyətdən qurtarırlar. Müqəddəs kitabda deyilir: “O gələcək və sakitcə hər şeyi yoluna qoyacaq”. Bu ruslar haqqındadır.
***
—Rusiya tərəfinin gözləntiləri Zaqafqazyedə sabit sülhün bərqərar olmasıdır. Qərb isə sülhdə maraqlı deyil. Planetin bütün regionlarında Qərb, xüsusən də amerikan hegemonluğu müharibələr yolu ilə qurulur. Müharibə – ABŞ-ın hərbi müdaxiləsi üçün əsas səbəbdir. Amerikan polittexnoloqlarının müharibə törətmək cəhdləri, Qərb siyasətçilərinin onların iştirakı olmadan sülh yaradılmasından narazılıqları da bununla əlaqədardır. Baxın, Qarabağla bağlı imzalanmış üçtərəfli razılaşma Qərbi və regiondakı amerikan şəbəkələrini qane etmir. Onlar həmişə olduğu kimi hər iki tərəfdən eyni vaxtda hərəkət etməklə aranı qarışdırmaq istəyirlər. Nəticədə həm Ermənistan, həm Azərbaycan, həm də Türkiyə tərəfdə antirus təbliğatı sel kimi axır. Və əgər rəsmi KİV-lər müəyyən korrekt mövqe gözləyirlərsə də, bloqosfera nifrətlə aşıb daşır. Əsas təsir obyekti Rusiya sülhməramlılarıdır ki, regionda real sülhün yeganə qarantıdılar. Bu isə dediyimiz kimi Qərbi və amerikan polittexnoloqlarını qane etmir. Onların məqsədi həm erməni, həm də azərbaycanlı tərəfini rusofob ritorika ilə qızışdırmaqdır ki, sülhməramlılar hər iki tərəfdən yağan nifrətin məngənəsi arasında qalsınlar, regionda sülh pozulsun. Hər bir tərəf üçün ayrıca səbəblər seçilib. Ermənilərə yeridirlər ki, Rusiya onlara lazımi dəstəyi vermədi, azərbaycanlılara yeridirlər ki, ruslar ancaq ermənilərə kömək edir. Həm bu tərəf, həm də o tərəf revanşist çağırışlarla qızışdırılır. Bu işdə əsas xeyirgötürən isə ABŞ-dır. Axı heç kəs o fikirdə deyil ki, müharibənin onun ölkəsi üçün hansısa xeyri ola bilər!
***
—Bu gün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin vəzifəsi regionda sülhü möhkəmləndirməkdir, destabilizasiyaya səbəb olan bütün faktorları – ilk növbədə Qərb şəbəkələrinin müdaxiləsini aradan qaldırmaqdır. Bu həmin lderlərin birbaşa məsuliyyət zonasıdır: amerikan şəbəkələrini aradan götürmək, kökündə antirusiyaçılığı yaymaq dayanan amerikan təbliğatının mənbələrini qapamaq, Avrasiya inteqrasiya proyektlərinin realizasiyası üçün möhkəm özül yaratmaq. Bunlar müharibə vəziyyətində, hətta daim uzanan konflikt şəraitində mümkün deyil və bunu Vaşinqtonda gözəl başa düşürlər. ABŞ üçün avrasiyaçı proyektlər, bu proyektlərin uğurla həyata keçirilməsi ümumilikdə postsovet məkanında, xüsusən də Zaqafqazyedə həyata keçirilən atlantist geopolitika üçün birbaşa təhdiddir.
***
—Regionda iqtisadi və transport kommunikasiyalarının açılması bütün avrasiyaçı inteqrasiya proyektlərinin əsasıdır. Lakin Qərbin atlantik geopolitikası avrasiyaçı modeli özünə təhdid sayır. Avrasiyaçı proyektlər Qərbin Zaqafqazyedə iştirakına təhlükə törədir – geopolitik qanunauyğunluq belədir. Regionda avrasiyaçı inisiativlərdən biri olan transport kommunkasiyalarının açılması işini pozmaq cəhdləri də bununla əlaqədardır. Burda nəzərə almaq lazımdır ki, Avrasiya inteqrasiyasının əsas motoru Rusiyadır. Rusiya Avrasiya hartlendidir, tarixin coğrafi məhvəridir. Rusiyanın regionda aktiv iştirakı, onun güclü mövqeyi, Moskvanın həyata keçirdiyi aydın və ölçülü-biçili avrasiyaçı geopolitik model vacibdir. Bunsuz region yenidən amerikan geopolitik nəzarəti altına düşər, onda isə bütün inteqrasiya, o cümlədən transport inisiativləri əks effekt verər, Qərbin atlantik maraqlarına uyğun işləməyə başlayar.
***
—Ermənistan ümumiyyətlə 44 günlük müharibədə məğlub olandan sonra çox riskli vəziyyətə düşüb. Erməni dövlətçiliyi mahiyyətcə yox olma ərəfəsindədir. Bunun səbəbi isə onun tutduğu ikimənalı geopolitik mövqedir. Ermənistan qəti qərara gəlməlidir: Rusiyanın yanındadır, ya Qərbin? Nə qədər ki bunu özü üçün müəyyənləşdirməyib, Ermənistanı sadəcə parçalayarlar, tikə-tikə edərlər. Əgər müəyyənləşdirsə, həmin tərəfə aydın addımlar atacaq. Rusiyanın 1990-cı illərdə, anabiozda, qarışıqlıq və geopolitik qərarsızlıq vəziyyətində olduğu vaxtlarda ikimənalılıq müəyyən qədər keçərli idi. Amma indi Rusiya həmin geopolitik yuxudan ayılıb, güclər nisbətini aydınlaşdırıb, dispozisiyanı müəyyənləşdirib. Geopolitik məntiq qayıdıb; o isə belədir ki, Avrasiyanın hartlendi olan Rusiya var, bir də ona qarşı olan atlantik Qərb var. Hamı bunlara münasibətdə öz seçimini ortalığa qoymalıdır. Əgər Ermənistan doğrudan da dövlət kimi qalmaq istəyirsə, Qərb ilə oynamağa son qoymalıdır. Qərb Ermənistana məsrəf materialı kimi, onun sakinlərinə isə –sivilizasion Qərbin hüdudlarından kənardakı planetin digər sakinlərinə baxdığı kimi– vəhşi və varvar kimi baxır.
***
—Paşinyan aydın və dəqiq bəyanatlar səsləndirməlidir. Avrasiya inteqrasiyası proyektlərini aydın və birmənalı dəstəkləməlidir. Qərbin Ermənistanın işlərinə qarışmasının qarşısını almalıdır: xarici agentlər haqda qanun qəbul etməlidir, yaradılmış minlərlə amerikan QHT-sini Belorusiyada olduğu kimi bağlamalıdır, Qərbdən maliyyələşən KİV-ləri qapamalıdır, ölkədəki saysız-hesabsız amerikan “diplomatlarının” sayını normal həddə azaltmalıdır ki, reallıqda kəşfiyyat işləri ilə məşğuldurlar. Nəhayət, bütün rusofob elementləri susdurmalıdır. Belə aydın və birmənalı addımlar olmadan erməni dövlətinin saxlanması qarantiyasını vermək Rusiya üçün çətin olacaq. Öz növbəsində Ermənistan da Qarabağ üzrə üçtərəfli razılaşmanın punktlarını yerinə yetirməyə qadir olmayacaq. Axı erməni tərəfinin öz öhdəliklərini yerinə yetirməsi üçün gərək Ermənistan ola. Ermənistan isə ya Avrasiya proyektləri çərçivəsində Rusiyanın himayəsi altında ola bilər, ya da... başqa alternativ də var: amerikan geopolitik maraqları tonqalında yanıb kül olacaq.
***
—Rusiya bu gün Qafqazda hər şeyi bacarır. Çünki Rusiya Avrasiyanın geopolitik mərkəzi, sülh, əmin-amanlıq və inkişaf mənbəyi, gözümüzün önündə formalaşan çoxqütblü dünyanın Avrasiya sivilizasion qütbünün cazibə mərkəzidir. Nəinki Azərbaycan və Ermənistan arasında, bütün Avrasiyada sülh mümkündür. Bununçün Qərb özünün destruktiv modelləri ilə Avrasiyadan rədd olub getməlidir. Qərb müharibə mənbəyidir, digər xalqlara qarşı təkəbbürlüdür, sivilizasion rasizm yeridir, dünya ağalığı iddiasındadır, əslində yerdə qalan bəşəriyyəti öz maraqları üçün köhnə Qərb kolonializmi ruhunda istismar etmək istəyir, bu yolda isə “demokratiya” və “insan hüquqları” kimi gəlişigözəl cəfəngiyyatlarla pərdələnib. Amerikanın mərkəzində durduğu dünyada yalnız Qərb insanı (postinsan) hüquqlara malik olur. Yerdə qalanlar isə Amerikanın istismar obyektləridir ki, Qərbin maraqlarına görə lazımdırlar. Bu məcrada kolonial dövründən üzü bəri heç nə dəyişməmişdir və dəyişməyəcək də. Və əgər biz sülh və əmin-amanlıq istəyiriksə, özümüzün ümumi Avrasiya evimizdən Qərbi qovmalıyıq. Əgər könüllü getmək istəmirsə, bu yolda ona kömək etməliyik. Yoxsa sülh olmayacaq. Heç yerdə olmayacaq.
***
—Bu sətirlərin müəllifi tədqiqatçı kimi, heç bir tərəfin mövqeyini qəbul etmədən Qarabağda olmuşdur. Ora həm erməni, həm də azərbaycanlı tərəfdən getmişdir, hər iki tərəfin mövqeyini dinləmişdir. Belə hallarda praktika göstərir ki, hər bir tərəf adamı qarşı tərəfə üstünlük verməkdə və simpatiyada günahlandırır. Lakin bizim mövqeyimiz dəyişməz olaraq qalır: Bizi – Avrasiya xalqlarını yaxın mədəniyyətlər birləşdirir, Zaqafqazyedə isə həm də ümumi tariximizə görə birləşirik. Unikal identikliyə, öz xüsusiyyətlərimizə malikik, lakin bununla yanaşı mental və strateji cəhətdən yaxınıq. Deməli heç bir Qərb bizim aramıza nifaq salmağa və əsrlərlə davam edən birliyimizi pozmağa nail ola bilməz. Qalan şeylərin isə – öhdəsindən gələcəyik.

Комментариев нет:

Отправить комментарий