Страницы

12.08.2011

“Qaraqanın cipinin təkəri mən boydadı”



  Oqtay Hacımusalı: “AYB xoşlayır qarışqanı fil etsin”


60-70-ci illərin ədəbi gəncliyi ilə, müasir dövrün ədəbi gəncliyi arasında nə kimi fərqlər var? Bunu araşdırmaq üçün yazarlarımız arasında sorğu keçirdik.
Oktay Hacımusalı, ədəbiyyatşünas: “Gəncliyin hər dövründə canlanma müşahidə olunur. Düzdü 60-70-ci illərdə sovet düşüncəyə malik gənclər traktora, neftçiyə, kolxoza və kalxozçuya və s əsər qoşsalarda onlar indi də bizim müasir ədəbiyyatımız da sözünü demiş ədəbçilərdi. Bizim dövr, yəni 2000-cilər, bu ədəbi meydanda savaşdıq. Mən, Aqşin Yenisey, Zahir Əzəmət, Rasim Qaraca, Sevinc Pərvanə, Sevinc Çılğın və.s bizlər modernizmi ədəbiyyata gətirərək, yeni ruh vermişik. Amma bizim dövrdən sonra gələn gənclər bir hekayə yazmamış roman yazmağa can atırlar. Yazılar da, amma bu kimə lazımdır- söz yığını? Seymur Baycanın bir sözü var:  “Qaraqanın cipinin təkəri mənim boydadı”. AYB xoşlayır qarışqanı fil etsin. Cümləni  cüt-cütə düzə bilməyənlər roman yazır”.
İbrahim Sel, yazar: “Düşünürəm ki, 60-70-ci illər ədəbi gəncliyi normal mətnlər ortaya qoya bilmədi. Səbəb də budur ki, həmin illər ədəbiyyatı öz monopoliyasına salan yerliçilik klanları bütün gözəl ənənələri məhv etdilər. Mikayıl Müşfiq, Hüseyn Cavid, Cəfər Cabbarlı ənənələri ortadan qaldırıldı, Süleyman Rəhimovun apoçuluğu saxlanıldı. Fikir verin, başdan ayağa yas, ağlaşma, qəbir daşları… İndiki gənclər nə də olmasa, normal publisistika ortaya qoydular. Bir şey var ki, 60-70-ci illər ziyalılığı daha intellektualdır, çünki sovet təhsili görüb. İndiki gəncliyin isə mason şousu qanına işləyib”.
Ədalət Əsgəroğlu, şair: “Mən belə düşünürəm ki, dövrləri fərqləndirmək doğru deyil. Amma 2000-ci illərin gəncləri daha aktivdi. İçlərində azadlıq eşqi var. Gənclər bizim sabahımızdır”.
Tural BALABƏYLİ            merkez.az

Комментариев нет:

Отправить комментарий