Страницы

07.09.2011

SƏRBƏST : Urmiyadan Kürə qədər

Arzu ABDULLA        


Bizdə hər şey dəblə olur. Məsələn, vaxtilə "Qvadelupa" serialı gedirdi. O zaman hamı saçını "refley" edirdi. Axı Qvadelupanın saçları belə idi. Hə, bizdə hər şey modda olur, it saxlamaqdan tutmuş, rusca danışmağa qədər. Hələ bura daha dəhşətliləri də aiddir. Məsələn, mübarizə aparmaq, "üsyankar" olmaq və sair.
Vaxtilə Nemət adlı brisinin barmağıyla oynayan zavallı xalqımın taleyinə həmişə acımışam. Bəli, Nemət adlı birisi barmağıyla "otur!", "qalx!" əmiri verirdi. Minlərlə insan da oturub-qalxırdı. İndi bütün bunları düşünəndə ürəyim göynəyir. Axı niyə, nə üçün sualı göynədir ürəyimi, insanların ÖZÜ olmaması, ÖZÜNÜ dərk etməməsi yandırır məni. Sonralar "Azadlıq" qəzetində işlədiyim vaxtlarda həmin o barmaqla kütləni idarə edən Nemətlə üz-üzə gəldim. Qəribə adam idi, karidorda öz-özünə şeir oxuyurdu. Deyəsən, öz şeiri idi. Sonralar onun şeirlərini də oxudum. Amma Zəlimxan Yaqubdan çox fərqlənirdi. Görünür, xalqın isterikası ona da keçmişdi və yaxasından əl çəkmirdi. Hə, həyat belədir, heç nə itmir, heç nə unudulmur. Bütün etdiklərin düşüb çəkisizlikdə qalır və zaman-məkan çevrəsində müxtəlif şəkillərdə özünə dəyir, hədəfinə çatmayan bumeranq kimi.
İndi də Güney mübarizəsi dəb düşüb. İndi də icazəli qəhrəmanlar Urmiya gölü uğrunda "döyüşürlər". Söhbət bu taydan gedir, yəni paytaxtımız Bakıda baş verənlərdən danışıram. Orta məktəbdə oxuyan uşağından alınan rüşvətə, arvadı doğanda həkimə verdiyi pullara, almağa məhkum olduğu keyfiyyətsiz qidalara etiraz edə bilməyənlər İran İslam Respublikasının ölkəmizdəki səfirliyi qarşısında etiraz aksiyası keçirib. Guya İran hansısa gölünü qurudanda gəlib bunlardan icazə almalıydı və ya bütün dünyaya anket kağızları paylamalıydı. Məgər sovet dönəmində Mingəçevir Su Elektrik Stansiyasını tikəndə yer üzündən silinən bir-neçə kəndə görə kimsə səsini çıxara bildimi? Və ya sovet Azərbaycanı bu layihəyə görə kimlərdənsə icazə aldımı? Amma çox illər aradan keçəndən sonra, yazıçı Anar "Təhminə və Zaur" əsərində bu məqama toxunmşdu. Xatırladım ki, adıçəkilən roman elə sovet dönəmində nəşr olunmuşdu.
Ötənlərdə Ekologiya və təbii sərvətlər naziri tədbirlərdən birində xeyli gileyləndi. Bəlli oldu ki, bizim egologiya nazirimizin hətta bəzi restoran sahiblərinə də sözü keçmir. Bax ha, ölkənin gününə bax. Amma bu gündə olan ölkənin sakinləri burdan üzlərini tutub İrana qışqırırlar ki, bəs filan gölü niyə qurudursuz? Burdan bura paytaxtda kəsilən ağaclara, məhv edilən yaşıllıqlara görə bu adamlar niyə etiraz aksiyası təşkil etmir görən? Yəqin ki, hələ belə tapşırıq almayıblar...
Görəsən, bu gün "Urmiya" deyə qışqıranlar Kür daşanda niyə səslərini çıxarmırdılar? Cavbını da verə bilərəm.



mia.az

Комментариев нет:

Отправить комментарий