Страницы

04.09.2011

Zaur Qəriboğlunun iki kitabı təqdim olundu - FOTOLAR


    “Ali və Nino” kitab evində müasir Azərbaycan ədəbiyyatının maraqlı imzalarından olan Zaur Qəriboğlunun iki – “Səni yaradanı sevirəm” (cizgilər) və “Qaragünün Ağgün vəkili” (roman) kitablarının təqdimatı keçirildi.  Tədbirin aparıcısı yazar Oktay Hacımusalı Zaur Qəriboğlunun yaradıcılığından danışaraq çıxış üçün sözü tədbirdə iştirak edən yazarlara verdi.  Yazıçı Rafiq Tağı, şair – tərcüməçi Səlim Babullaoğlu, şair Qəşəm Nəcəfzadə, yazıçı Eyyub Qiyas, şair Faiq Balabəyli və bir çox gənc yazarlar müəllifin ümumi yaradıcılığı və yeni çıxan kitabları haqqında öz fikirlərini bildirdilər. Tədbir müəllifin kitabları imzalamasıyla sona çatdı.

Комментариев нет:

Отправить комментарий