Страницы

07.11.2011

CredAgro sələm cinayətkarlığı ilə məşğuldur

"Yeni xəbər"in poçtundan


Azərbaycanın yarısı bunlara sələm ödəyir. Nə qədər günahsız adamın evini yıxıblar. Özümüzdən oğurladıqları pulu özümüzə sələm formasında verirlər. Azərbaycan bunlarçün təcrübə poliqonuna çevrilib. Əhalini kasıbçılığa sürükləmiş, dilənçi vəziyyətinə salmışlar. Hamı qazandığının 30-40 faizini bunlara verməlidir, sistemi belə qurublar. Bu çağırılmamış qonaqlar ölkəmizin bütün rayonlarında kök atmış, vətəndaşlarımızı çıxılmaz duruma salmışlar.

Dövlət orqanlarına

   Yazıb sizə bildirirəm ki, qardaşım ağır xəstə olduğu üçün onun müalicəsi üçün Kred-Aqro təşkilatının Cəlilabad filialından sələm pul götürmüşük. Həmin pul qardaşımın müalicəsinə gedib. Götürdüyümüz pulun üzərinə çoxlu sələm gəlib və qaytarmağa imkanımız yoxdur. Xahiş edirəm ki, dövlətimiz bizə kömək etsin.


   Bildirirəm ki, həmin bankın işçilərinin fırıldağı nəticəsində məni qardaşımın götürdüyü pula zamin yazıblar. Pulu götürərkən bankın işçisinə dedim ki, mən başqa bankdan kredit götürmüşəm, borcum çoxdur. Dedi ki heç bir problem yoxdur, həll olunacaq. Çünki bu adam krediti düzəltmək üçün qardaşımın ailəsindən 200 manat rüşvət almışdı, odur ki işlərin pozulmasını istəmirdi. Bankın məsul işçisi ortada xeyri olduğuna görə məni tələyə saldı. İndi də bu fırıldaqçılar dəstəsi mənə zamin olduğum üçün təzyiqlər edirlər.
   Bu təşkilat olduqca yüksək faizlə- 36 %-lə kredit verir. 200 manat da bank işçiləri alıb öz cibinə qoyur. Digər lazımsız xırda xərclərlə birlikdə kredit faizi 46-47 faizə gedib çıxır. Bu isə açıq soyğunçuluqdur. Qardaşım Bayramov Ələddin Ağalar oğlu ağcigər xəəngidir. Bakının müxtəlif xəstəxanalarında onun müalicəsi 8 min manatdan yuxarı pul aparıb. Bakı xəstəxanalarının heç bir xeyri olmayıb, İrana aparmışıq. Müxtəlif müalicə prosedurları keçmək üçün onu 12 dəfə İrana aparmışıq. Qapıdakı maşını və qızıllarımızı satıb onun yolunda qoymuşuq. İndi də külli-miqdarda borcun içindəyik və qardaşımın vəziyyəti ağırdır. Qardaşım uşaqları yaranmış külli-miqdarda borcu qaytarmaq üçün Rusiyaya işləməyə gediblər. Bizim respublikada xaricilərə məxsus olan banklar əhalini dilənçi vəziyyətinə salır, çörək pulu qazanmaq üçün hamı Rusiyaya üz tutur. Müstəqil olmağımıza peşman olmuşuq, kaş Rusiyanın tərkibində qalaydıq. Bu işlərin axırı necə olacaq, ömrü boyu bu xarici vətəndaşlara qul kimi işləyəcəyikmi? Xahiş edirəm ki, bu soyğunçu sələmçilərə cinayət işi açasınız. Biz azərbaycanlıyıq, onlar isə ölkəmizə okeanın o tərəfindən axışmış işğalçılar. Zənnimcə dövlətimiz bizi qoyub xarici işğalçıları dəstəkləməməlidir. Onsuz da bütün Azərbaycanın yarısı bunlara sələm ödəyir. Nə qədər günahsız adamın evini yıxıblar. Özümüzdən oğurladıqları pulu özümüzə sələm formasında verirlər. Azərbaycan bunlarçün təcrübə poliqonuna çevrilib. Əhalini kasıbçılığa sürükləmiş, dilənçi vəziyyətinə salmışlar. Hamı qazandığının 30-40 faizini bunlara verməlidir, sistemi belə qurublar. Bu çağırılmamış qonaqlar ölkəmizin bütün rayonlarında kök atmış, vətəndaşlarımızı çıxılmaz duruma salmışlar. Bəzi rayonlarda müəllimlərin 70 faizi kredit borclarına görə məhkəmə çəkişmələrinə salınıb, iş pozulub. Hüquq-mühafizə orqanları və əlaqədar təşkilatlar sələm maxinasiyaları ilə məşğul olan, çoxlu sayda Azərbaycan vətəndaşını bədbəxt edən Kred-Aqro kimi təşkilatlarla yaxından maraqlanmalıdırlar.

Bayramov Firdovsi Ağalar oğlu

Комментариев нет:

Отправить комментарий