Страницы

09.11.2011

QƏZƏLÜ-ZƏMZÜM


MİRZƏ SAKİT

Sənə min töhfəni Rəbb verdi - Leyk bir kərə sən,
Töhfəni lütf eləyən Rəbbə nə verdin görəsən ?

Nə salamdan xəbərin yox, nə əleyk etməyə hal,
Gedirəm ərşə tərəf, bəlkə salam göndərəsən

Bəxş edib ömrünü iblislərə əydin belini
Görmədik, bir gözələ səcdə qılıb gül dərəsən

Haqqı görcək bəbəyin çöndü nahaq zülm evinə,
Niyyəti şeytana etdin, biəti əntərə sən....

Bircə yol ağ kəfənin ölçüləcək süst bədənə,
Çox çətin, ruhsuz ölən ömrünə ömr əndərəsən

Dirilik Tanrıya məxsusdu, əcəl köynəyi gey
Əbədiyyat diləyən baxmadın İskəndərə sən

Dar otaq, altı soyuq, üstü nəmiş, sağ-solu kar,
Nə də vaqqıldamaq üçün arama gen dərə sən

Düşsə gər Mirzəyə rəhmət - Sənə min lənət ödül,
Lənətin yağlı yerin orda ötür "öndər"ə sən

Комментариев нет:

Отправить комментарий