“Günəşin qabağını kəsən binanı partlatdım”
-Mən Ernestoyam. Sadəcə, Ernesto. Siz də sadəcə, bir şey olaraq mövcudsunuz. Çe olmağı mən özüm istədim, siz də inansanız, olacaqsınız. İnansanız.
-Arxamca danışmağa davam et. Çünki qarşıma çıxacaq qədər böyük deyilsən.
-Bəlkə heç nə yolunda getmədi, amma heç nə də məni yolumdan etmədi.
-Həyatda elə seçimlər et ki, qazandıqların itirdiklərinə dəysin.
-Bir gün mənim başımı əyilmiş görsən, bil ki başım yerə düşmüş birini qaldırmaq üçün əyilib.
-Arxasınca getməyə cəsarətin varsa, bütün xəyalların gerçəkləşə bilər.
-Mənə güc verən zəfərlərim deyil, yaşadığım məğlubiyyətlərimdir.
-Həyatda həmişə həqiqətləri müdafiə et! Heç kim tərifləməsə belə, vicdanına hesab verməkdən qurtularsan.
-Gizlədəsi heç nəyin yoxdursa, qorxacaq bir şeyin də yoxdur demək.
-Nə qədər fərqli olursa- olsun, sənə aid olmayana müdaxilə etmə. Nə qədər bəsit olursa -olsun, sənin olandan heç vaxt əl çəkmə.
-İnsanın ən böyük səhvi: qarşısındakına lazımından artıq dəyər vermək deyil, özünə layiq olduğundan daha az dəyər verməsidir.
-Aslanların səssiz olduğu yerlərdə quşlar, qartallar at oynadar, amma bilmirlər ki, aslanlar o səssizliyi pozsa, qiyamət qopar.
-Ayaqqabılarımın altı deşik idi, üstü həmişə boyalı idi.
-Bir şeyi etmək üçün onu çox sevməlisiniz. Bir şeyi sevmək üçün ona dəlicəsinə inanmalısınız.
-Yaxşılıq etməyə davam et. Qarşındakı o yaxşılığa layiq olmasa belə, sən o yaxşılığa layiqsən.
-Məğlub olduğun tək döyüş, uğrunda döyüşməkdən imtina etdiyindir.
-Yoxsula gülmədim, varlıya etina etmədim, faşisti sevmədim, əziləni döymədim, mən inqilabçı doğuldum, inqilabçı da öləcəm.
-Döyüşmədən əsir düşməkdənsə, döyüşərək ölmək şərəflidir.
-İki şeyə haqqım var: azadlıq və ölüm. Birinə sahib olmasam, o birini istəyərəm, çünki heç kim məni sağ ikən dustaq edə bilməz.
-Sevgili dediyin gözəlliyi ilə səni özünə aşiq edən deyil, sənə özün olma şansı verəndir.
-Ac insanların qarnını doyuranda mənə qəhrəman, bunların niyə ac olduğunu soruşanda isə kommunist deyirlər.
-Həyat qorxaqları əfv etməz.
-Yağış kommunistdir – hamıya eyni cür yağır. Külək isə kapitalistdir – zəif olanı yıxar.
Jurnalist Liza Hovardın Çe ilə müsahibəsindən:
- Bir inqilabçının sahib olduğu ən vacib xüsusiyyəti nədir?
- Sevgi.
- Sevgi?
- İnsanlıq sevgisi, doğruluq və ədalət eşqi. Bunlar yoxdursa, demək, həqiqi bir inqilabçı deyil.
Çenin məhkəməsindən:
Hakim: El Salvadorda nə edirdin?
Çe: Günəşdə qaralırdım.
Hakim: Yaxşı, bəs binanı niyə partlatdın?
Çe: Günəşimin qarşısını kəsirdi.
Dizlərim üstündə yaşamaqdansa, ayaqlarımın üstündə ölməyi üstün tuturam.
Bir çiçəyi öldürə bilərsiniz, amma baharı əsla.
Yalan hansı məqsədlə deyilirsiə-deyilsin, ən acı həqiqətdən daha pisdir.
Günel ƏSGƏRZADƏ kulis.az

Комментариев нет:
Отправить комментарий