Страницы

24.12.2011

PKK-çı kürdlər aylarla duş qəbul etmədən donuz kimi yaşayırlar


Bu günlərdə Türkiyə ordusunun Ağrıda keçirdiyi əməliyyatlar zamanı tutularaq həbs olunan bur terrorçu (şərti adı M.A. olaraq göstərilir - red.) bu qanlı təşkilatın çirkin əməllərindən və fəaliyyətində danışıb. Türkiyə mediasının yaydığı bu sensasion etiraflar əsasında hazırlanan materialı ixtisarla oxucuların diqqətinə çatdırırıq. M.A. ifadələrində terror təşkilatı mənsublarının donuz əti yeyərək bəsləndiyini, zərdüştlük təhsili aldıqlarını və aylarla duş qəbul etmədən yaşadıqlarını bildirib. Təşkilat üzvlərinə polis və əsgərə qarşı qorxu təbliğatı edildiyini ifadə edən M.A. “Mən gözümlə gördüm ki, belə bir şey yox, dağdakı insanlar sizin belə olduğunuzu bilsə dərhal təslim olarlar, onların təslim olmaması üçün davamlı polis əsgər və dövlət qorxusu işlənməkdədir”- deyib.


PKK başçıları homoseksual imiş

Ağrının Xəmir Mahalı Yuvacıq kəndi Aladağlar ətrafında təşkil edilən əməliyyatda ələ keçirilən M.A. ifadəsində təşkilat içindəki dini inanış və əyri əlaqələr barədə bunları deyib: “Təşkilatın üst səviyyəsindəki idarəçilikdə olanlara hər şeyi etmək icazəsi verilib. Səndən kimsə hesab soruşa bilməz. Əgər bir dağda döyüşçü mövqeyində təşkilat mənsubu sənsənsə etdiyin ən kiçik səhvin hesabı soruşular. Üst səviyyə idarəçilərinin bir çoxunun təşkilatdakı qadınlarla, hətta kişilərlə cinsi əlaqəsi haqda bilgilər var. Qadınlar ilə əlaqəsi olan üst səviyyə idarəçiləri bu qadınları yüksəldərək üst mövqelərə gətirirlər. Əlaqəni rədd edənlərə isə agent damğası vurularaq cəzalandırılırlar. Bir-birlərini sevdiklərindən və sevgililərini kimsəylə paylaşmaq istəmədiklərindən təşkilatdan qaçan xeyli sayda insan olub”.

İslama inanmazlar, zərdüştlüyü yayarlar

Həbsə atılan terrorçu PKK-nın söykəndiyi dini-ideoloji məsələlərə də toxunub: “Təşkilat mənsublarına idarəçilər tərəfindən zərdüştlük təhsili verilməkdədir. Zərdüştlüyün də müqəddəs bir din və kürdlərin gerçək dini olduğu öyrədilməkdədir. Zərdüştün kürdlərin peyğəmbəri olduğunu söyləyirdilər. Təşkilata yeni qatılanlardan namaz qılanlara və oruc tutanlara dərhal reaksiya çəkməsin deyə ilk başda qarışmırlar, sonra yavaş-yavaş imkanları məhdudlaşdırılaraq namaz qılmalarına maneə törədilir, dəstəmaz almaları üçün su tapmalarına imkan verilmir. Mən təşkilata ilk qatıldığımda oruc tuturdum. İftar və sahur saatında yemək vermirdilər. Müəyyən bir müddət sonra gücün tükənir, oruc tuta bilmirsən. Zərdüştlük ilə əlaqədar düşərgələrdə bol-bol kitablar oxunmaqdadır”.

Ermənilər və yəhudilər qardaş sayılır

M.A. kimi tanıdılan şəxs PKK düşərgələrində ermənilərə və yəhudilərə xüsusi simpatiya aşılandığını bildirib: “Təşkilat düşərgələrində ayrıca bizləri yığdıqlarında ermənilərin də yaxşı insan olduğunu və onların da kürd olduğunu söyləyirdilər. Hətta yəhudilərlə kürdlərin qardaş olduqları təbliğ edilir. Təşkilatı idarə edənlər Allaha, Peyğəmbərə, Qurana inanmırlar”.

Qaçmağa çalışanlar öldürülür

Terror düşərgələrində xüsusilə sivil dünyadan təcrid olunmağa önəm verildiyini bildirən M.A. Türkiyə dövləti əleyhinə yanlış təbliğat aparıldığını deyib: “Hər kəs terror təşkilatından ayrılacağı təqdirdə dövlətin işgəncəsi və ömür boyu həbsdə qalacağı qorxusu altındadır. Təşkilat düşərgələrində daimi olaraq Türkiyə polisinin, əsgərinin qəddarlığı barədə xüsusi hazırlanmış video görüntülər nümayiş etdirilir. Bununla da hörgütçülərin dövlətə, əsgərə və polisə nifrət etməsi təmin edilir. Düşərgələrdə ailə həyatını göstərən təmizliyi göstərən evlilik kimi gözəl şeylərin olduğu filmlər göstərilmir. Hörgütdən qaçanlar birinci dəfə ələ keçdikdə silahı alınaraq qazıntı işlərinə göndərilir. İkinci dəfə isə onun agent olduğu, dövlətlə əməkdaşlıq etdiyi haqda hökm çıxarılaraq öldürülür”.

İldə bir dəfə çimərlər, bədənlərinə bit düşüb

Tutulan terrorçu dağdakı həyatda yemək, içki və təmizlik ehtiyaclarının necə qarşılandığı haqda da danışıb: «Bizim ehtiyaclarımızı Suriyalı «Şehə» kod adlı şəxs təmin etməkdə idi. Təşkilatdakılar zaman-zaman da donuz əti yeyirdilər, dini inancıma görə donuz ətini haram bildiyimdən mən yemirdim. Donuz əti yemədiyim zaman mənə reaksiya verirdilər. Mən də bu reaksiyadan xilas olmaq üçün mədəmin narahat olduğunu, bu üzdən ətdən imtina etdiyimi söyləyirdim. Donuzu silahla ovlayıb başını kəsib yeyirdilər. Donuzun bütün ətlərini yeyirdilər. Zaman-zaman da ilan, ayı əti yediklərini gördüm. Dağdakı terrorçulara kürd kəndlərindən vaxtaşırı yemək gəlir. Bu gələn yeməklər komandirlərə çatır. Sıravilər səsini çıxara bilmirlər. Dağda yaşayan qeyri-qanuni təşkilat mənsublarının hər hansı bir təmizlik anlayışları yoxdur. Mən dağda olduğum 2,5 il içərisində cəmi 2-3 dəfə yuyuna bilmişdim. Əksərinin paltarında və bədənində bit var. Kürəyimizi qayalara sürtərək qaşınmadan canımızı qurtara bilirdik”.

İdarəçilərin bir əli yağda, bir əli balda

Həbs edilən PKK-çı sıravilərdən fərqli olaraq təşkilatın üst səviyyə idarəçilərinin ciddi bir çətinliklər yaşamadığını bildirib: “Bu, aldadılmış, ağılları alınmış fağır gəncləri istifadə edən üst səviyyə idarəçilərin bir əli yağda, bir əli baldadır. Biz zülm-zillət içindəykən təşkilatın üst səviyyə idarəçilərindən olan Abbas Qalxan isə ciplərdə gəzirdi. Başımızın altına qoymağa yastıq tapmırdıq, hər gün ölüm, vəhşi heyvanların yemi olmaq qorxusu ilə yatırdıq. Üstümüzə örtməyə yalnız bir örtük olurdu. Bir çox təşkilat mənsubu soyuqdan xəstəlik tapıb. Çoxunun böyrəkləri sıradan çıxıb. Ağlımda daim təşkilatdan qaçma düşüncəsi vardı. Mən təşkilata zorla aparıldım. Qaçmaq üçün davamlı fürsət gözlədim. Təşkilatdan getmək istədiyimi söylədiyimdən məni davamlı sığınacaq və tunel qazma işlərində işlətdilər. Kəndə təkrar getmək istəmirəm. Mən bu ana qədərki etdiyim hərəkətlərdən yana çox peşmanam”.
Yazıda göstərilən şəxsin etiraflarını bu linkə girməklə izləyə bilərsiniz.http://gundem.milliyet.com.tr/yakalanan-terorist-yasam-kosullarini-anlatti/gundem/gundemdetay/18.12.2011/1477279/default.htm

Комментариев нет:

Отправить комментарий