Страницы

08.05.2012

“Bütöv Biz”ə doğru

Habil Yaşar

Bəlkə də bizdən başqa bir paralel dünyada da var və ya biz bu dünyaya paralel dünyadan müəyyən bir missiya üçün göndərilmiş biriyik. Bu bir olan biz hansısa bir “bütöv bizin” hissəciklərindən yalnız biriyik. Ətrafa yayılmış “bütöv bizin” hissəcikləri kamil olacaqları zaman bütöv bizdə birləşəcək və o zaman biz sözün əsl mənasında “biz” olacağıq. İndi bu “biz” in hissəcikləri öz təkamül dövrünün müəyyən bir zamanında yaşamağa məhkum edilmiş “N” sayda hissəciklərdən ibarətdir.

Hər biri öz həyatını özü kimi yaşamaqla “bütöv bizin” müxtəlif xarakterlərini yaratmaqla görəvlidir. Xarakterlərin müxtəlifliyi “bütöv bzin” daha da canlanmasına, daha da rəngarəngləşməsinə xidmət etməklə böyük bir missiyanın tələblərini yerinə yetirməkdədir. Hər şeyin başlanğıcı “bütöv biz” dən olduğu üçün heç bir hissəcik heç zaman ondan ayrı düşməyəcəkdir. Hər hissəcik öz başlanğıcına hər an bir addım daha yaxınlaşır və bu yaxınlaşma müvəqqəti bir sonun gözəl bir başlanğıcı olacaqdır . Bunun üçün biz , yəni yaşamağa məhkum edilmiş hissəciklər bizə verilən sayılı günləri elə yaşamalıyıq ki, “bütöv biz” də birləşəcəyimiz zaman peşman olub bir daha “bütöv biz” dən ayrılıb yenidən hissəciklərə bölünməyimiz üçün and-aman etməyək. Bunun üçün hər şeyin ən gözəli kifayət qədər səmimi olub, yetərincə xeyrli əməllərlə məşğul olmaq və qısa zamanımızı böyük işlərə sərf etməliyik. Yalnız bu zaman “ bütöv biz” hissəciklərindən razı qalar və bir daha biz hissəcikləri öz dərgahından uzaqlaşdırmaz. Unutmayaq ki, biz hissəciklər əsl dünyamızdan öz əməllərimizin nöqsanlı olması ilə əlaqədar uzaqlaşdırılmışıq və o əsl dünyamıza “bütöv biz” ə doğru uzun bir yolun yolçularıyıq.

Комментариев нет:

Отправить комментарий