Страницы

05.05.2012

“Çox şeyə fərqli yanaşdığımın fərqindəyəm”


Zümrüd Yağmur “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Yazar! İnadkar adam…

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Özüm olduğum kimi…

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Yazar- iradəli qadın!

- Dost…
- Çox dosta heç vaxt ehtiyac duymamışam…


- İlk sevginiz?
- İlk, son yoxdur, sahib olduğum var!…

- Əsas ixtisasınız?
- Ədədbiyyatçı…

- İstifadə etdiyiniz nəqliyyat növü?
- Şəxsi avtomobil…

- Sevdiyiniz maşın markası?
- Hyundai, çünki maşınımın markası budur… Ən gözəl şey sahib olduğundur…

- Sevdiyiniz brend?
- Belə şeylərə taxıntım yoxdur…

- Sevdiyiniz saç düzümü?
- Uzun və axımlı saçları sevirəm…

- Sevdiyiniz rəng?
- Qırmızı…

- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Azərbaycandan başqa  İtaliyanı sevirəm. Şəhər Roma, Ankara… Böyük və gurultulu şəhərləri sevmirəm!

- Sevdiyiniz yemək?
- Özümün bişirdiyim plov.

- Ən çox istifadə etdiyiniz söz?
- Təbii…

- Leksikologiyanıza yad olan söz?
- Qayıtmaz…

- Sizi nə həyacanlandıra bilər?
- Azərbaycanın azadlığı… Qızlarımın uğurları…

- Ən çox sevdiyiniz kitab?
- “Cinayət və şəza”… Amma bu sevgini tam birinə sığışdırmaq da mümkün deyil….

- Ən çox sevdiyiniz yazar?
- Dostayevski, Tolstoy, Viktor Hüqo.

- Ən çox bəyəndiyiniz ifaçı?
- Monserrat Kabalye…

- Ən çox bəyəndiyiniz musiqi janrı?
- Klassika... Həzin və duyğulu musiqini sevirəm.

- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
- Bəzi məqamlarda… Çox şeyə fərqli yanaşdığımın fərqindəyəm…

- Mənfi xüsusiyyətiniz?
- Bəzən sonda deyiləcək sözü əvvəldə deyirəm…

- İdeal insan necə olmalıdır?
- İdeal insan olmur, müəyyən məqamlarda bu ideallığı yaxalaya bilənlər olur…

- Özünüzü ideal insan hesab edirsizmi?
- Bəzi məqamlarda… Məsələn, çox ədalətliyəm…Yalan danışmıram və belə ola bildiyimə görə özüm də heyrətlənirəm!

- Sizi özünüzdən nə çıxarda bilər?
- Yalan və nankorluq…

- Həyat fəlsəfənizi ifadə edin.
- Ədalətsizlik etmirəm və kimsə də mənə qarşı ədalətsizlik etməsin!

- Siz xoşbəxtsinizmi?
- Xoşbəxtlik xəyali bir şeydir və zamanın deyil, anındır!

- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Məhdudluq və Düşüncəsizlik.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Kədərli…

- Ölüm niyə ölmür?
- Yaşamaq ölmür, o üzdən…

- Dinlərə münasibətiniz?
- Dindaram…

- Kimdən və nədən xilas olmaq istərdiniz?
- Ölkəm adına diktaturadan, özün adına bəzən içimdə yaranan qəzəbdən… Qəzəb kin gətirir, bu da insanı aşağı dartır.

- Falçıya inanırsızmı?
- İnanıram, amma inanıb həyatını onlara görə quranlara da acıyıram…

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- Əgər o daşlaşmaq həqiqət üçündürsə daşlamaq…

- Sevinciniz nə qədərdir?
- Çox az… Son vaxtlar demək olar ki, sevinci unutmuşam.

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- Ədalətli və doğruçu olmasına… 

- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
- Bilmirəm…

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- Susuzamsa içmək, məni incidən şeylərdəın qurtulmaq üçün qarşımdakı çayı keçmək  tələb olunarsa, keçməyi….

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- İndi deyəsən heç birini…

- Mənə sualınız.
-  Suallarınıza niyə qısa və lokanik cavablar istəyirsiniz. Müasir oxucunun tələskənliyinə uymaq üçün?

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий