Zaur Qəriboğlu
Hissini duymağa can atıram,
İçimdən söyləyir bir səs mənə
– Ay adam, dəlisov ağıllı adam,
İnsanlar bir az ağıllıdırlarsa,
Bir az da dəlidirlər.
Sənin kimi ağıllı dəli!
İnsanlar biri dəlicəsinə sevir,
Digəri ağıllı...
Demək adamlar, həm dəli,
Həm də ağıllıdırlar.
Sən də ətdən olan qadın heykəlindən
Hiss, duyğu umursan...
Fərqi nədir,
Daşdan ola, ətdən ola,
Heykəl elə heykəldir,
Daşdır, susar danışmaz.
Heykəldir.
Gözü ətdən,
Ağzı, burnu, bədəni ətdən!
Sümüyü ilikdən,
Qəlbi qara mərmərdən olan heykəl!
Qadın heykəli!
Комментариев нет:
Отправить комментарий