Ramil Əhmədov
Ramil Bayram oğlu Əhmədov, 01.01.1994 tarixdə Bərdədə anadan olmuşam. 2000-ci ildə Şuşa rayon Malıbəyli kənd 2 saylı orta məktəbin 1-ci sinfinə getmişəm. 2011-ci ildə həmin məktəbi bitirib, BDU-nun filologiya fakültəsinə daxil olmuşam. Hazırda BDU-nun birinci kurs tələbəsiyəm.
Ümidlərin gəmisi
Öldü məhəbbətimiz,öldü sevgimiz,
Ağacdan qopan yarpaqlar kimi.
Söndü ürəyimizdəki sevgi işığı,
Bir korun gözlərində
Söndü ürəyimizdəki sevgi işığı,
Bir korun gözlərində
Leyli-Məcnun sevgisi,
Bir qaşıq suda batdı
Ümidlərin gəmisi.
Bir qaşıq suda batdı
Ümidlərin gəmisi.
Sevgilimin məktubu
Çırpır özünü pəncərə şüşəsinə,
Bir isti evə can atır yağış.
Bir kimsə də yoxdur ki,
açıb pəncərəni deyə:
Xoş gəlmisən,yağış.
Evdəki adamlar
bağlayır qapını,pəncərəni,
Küçədəki adamlar
açır çətirlərini -
Bir isti evə can atır yağış.
Bir kimsə də yoxdur ki,
açıb pəncərəni deyə:
Xoş gəlmisən,yağış.
Evdəki adamlar
bağlayır qapını,pəncərəni,
Küçədəki adamlar
açır çətirlərini -
yağışdan qorunur hamı.
Siz bilməzsiniz bu yağışın dilini,
Bu yağış deyil ee...
sevgilimin göndərdiyi məktubdur -
Bu yağış deyil ee...
sevgilimin göndərdiyi məktubdur -
yenə görüşə çağırır məni.
Sənə deyiləsi sözüm var axı
Bir dayan,əzizim!
Yorma özünü!
Sənə deyiləsi
Yorma özünü!
Sənə deyiləsi
sözüm var axı:
dünya kürə şəklindədir,
Haraya qaçsan da,
fırlanıb,fırlanıb
başladğın yerə qaytaracaq səni...
Haraya qaçsan da,
fırlanıb,fırlanıb
başladğın yerə qaytaracaq səni...
Комментариев нет:
Отправить комментарий