Страницы

07.06.2012

AZƏRBAYCANDA QƏDDAFININ 70 ILLIK YUBILEYI QEYD EDILIR

Bu gün Liviyanın öldürülmüş sabiq rəhbəri, diktator, Müəmmar Qəddafinin anadan olmasının 70 illiyidir. Gundeminfo.az- a daxil olan məlumatlara görə, hətta 70 illik yubileylə bağlı olaraq bu gün axşam saatlarında Bakının Nizami rayonunda tədbir də təşkil olunacaq.
Bu gün səhər saatlarından etibarənsə, internetdə, sosial şəbəkələrdə Qəddafinin xeyrinə olan təbliğat aparılır və onun ad günü qeyd edilir.
Həmin təbliğat materiallarından birini təqdim edirik:


Əziz dostlar! 7 iyun 2012-ci il dövrümüzün ən dahi şəxsiyyətlərindən biri Müəmmər bin Məhəmməd əbu Mənyar əl-Qəzzafinin anadan olmasından 70 il təmam olur.Hamınızdan xahiş edirəm ki, bu gündə Qəddafiyə aid status, şəkil, video və s. paylaşarsız. Paylaşmaq üçün mətn:


QƏDDAFİ HAQQINDA BİLMƏDİYİNİZ FAKTLAR:


Qəzzafinin vaxtında Liviyada iri vergi və rüsumlar sadəsə qadağan idi. İşsizlik müavinəti ayda 730 $ olub, hər bir yeni doğulmuş körpəyə isə dövlət 7000 $ verirdi.

Qəzzafi BMT-də çıxış edərkən Qərb rəhbərlərinə xitabən belə demişdir: "Somali piratları pirat deyillər. Piratlar sizsiz. Siz Somali sularında qanunsuz balıq ovu aparırsız. Somali "piratları" isə öz uşaqları üçün ölkənin sərvətlərini qoruyurlar. Mən onlarnan görüşmüşəm və söhbət eləmişəm".
Qəzzafini öldürdükdən və Liviyanı viran qoyduqdan sonra Qərb etiraf edib ki, Qəzzafi hərbi cinayətlər törətməyib. İnsan haqlarının qorunması üzrə Qərbin ən nüfuzlu təşkilatlarından olan Amnesty International bildirib ki, Müəmmər Qəzzafinin əsgərləri dinc insanlara qarşı isgəncə və zorlamalarda iştirak etməyiblər. Təşkilatın rəsmi nümayəndəsi Donatella Rovera deyib: "Biz Qəzzafi əsgərləri tərəfindən isgəncə və zorlama hallarına rastlaşmadık". Xanım Rovera sonra belə əlavə edib: "Biz nəinki işgəncə və zorlama qurbanlarına, heç bu "qurbanları" görmüş insanlara belə rastlaşmadık".

Комментариев нет:

Отправить комментарий