Veb ünvanı http://www.gariboglu.net/ olan
saytda yazarın esseləri, şeirləri və ədəbi yazıları yer alır. Zaur Qəriboğlunun
sözlərinə görə həmçinin bloqda işıq üzü görmüş, nüsxələri satılıb bitmiş
kitablarının elektron versiyaları da yerləşdiriləcək. Bununla yanaşı,
yaradıcılığı ilə bağlı yazılan digər müəlliflərin məqalələri da saytda yer
alacaq: “Düşünürəm ki, bu gün bütün yazılarımın bir yerdə yığılması məni oxuyan
və oxumaq istəyənlər üçün maraqlı olacaq. ”—deyə, Zaur Qəriboğlu əlavə edib.
Bloqun iki gündür ki, yayımlandığına baxmayaraq, artıq kifayət qədər oxucu
marağına səbəb olub. Son iki gündə 800 - ə yaxın oxucu bloqa daxil olub. Biz də
yazara yaradıcılığında uğurlar arzu edirik.
Комментариев нет:
Отправить комментарий