Страницы

02.06.2012

Azərbaycanda ziyalı qadınlar: Sara Xatun

Dilrubə Vaqifzadə

Tarix boyu hər kəs türk qadınlarının necə ziyalı, müdrik, ıllı, cəsaratli, ən əsası namuslu olduğunu, tarixə qızıl hərflərlə ad salmış oğullar yetiştirdiyinin şahididir. Azərbaycanda ziyalı, vətənin adıni daima ucaldan qadınlarımız da coxdur. Biz bunlarla fəxr və qürur hissi keçirdirik. Azərbaycan öz ziyalı qadinları ilə seçilir. Bunlardan, da ilk qadın jurnalı olan "İsiq"in redaktoru Əlibəyova Xədicə xanım, ilk maarifçi qadınlarından biri, qizlar üçün məktəb açmış Məmmədquluzadə Cavanşir Həmidə xanım, ilk Azərbaycan qadın professoru, tibb elmlər doktoru, əməkdar elm xadimi Sona xanım Vəlixan, ilk qadin Xarici işlər naziri Tahirova Tahirə, ilk azərbaycanlı qadın gəmi kapitanı, 1994-cü ildə "Qirmizi ulduz" ordeni ilə təltif olunmuş Səlimova Şövkət da vardır.
Daha sonra, Azərbaycanın ilk bəstəkar qadını Rzayeva Ağabaci, ilk qadın Səhiyyə nazirimiz Fərəcova Kübra xanım, şərqdə "Gəlin qaya" əsəriylə ilk opera yazmış qadın Şəfiqə xanım Axundova, Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü, Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçisi Aida İmanquliyeva, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, ilk dəfə olaraq sənaye istehsalının müxtəlif sahələri şəraitində göz xəstəlikləri proflaktikası üzrə geniş tədqiqat işləri aparmış, eyni zamanda oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara,1981-ci ildə oftalmologiya aləmində ən yüksək mükafata- SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüş professor Zərifə xanim Əliyeva kimi ziyalı qadınlarımızı sizlərə təqdim etməkdən məmnunluq hissi duyuram.Sizlərə adı Azərbaycan dövlətçilik tarixinə ilk xanım diplomat kimi daxil olan, Sara Xatunun adını fəxrlə çəkə biləcəyimiz ziyali bir qadını təqdim etmek istəyirəm. Ağqoyunlu hökmdarı Uzun Həsənin anası, demək olar ki, bütün Şərqdə dövrünün yeganə istedadlı diplomat qadını kimi tanınan Sara Xatun böyük ağıl və mətanət, müdriklik və cəsarət sahibi idi.Osmanlı mənbələrinin yazdığına görə, onun əsl adı Gövhərşah xatundur. Sara Xatun Ağqoyunlu dövlətinin möhkəmləndirilməsində, onun xarici siyasətinin müəyyənləşdirilməsində və həyata keçirilməsində mühüm rol oynayıb. O,oğlu, Ağqoyunlu hokümdari Uzun Həsənin ən məsul diplomatik tapşırıqlarını böyük səylə və müvəffəqiyyətlə həyata keçirirdi. Elə buna görə, həmin dövrdə kiçik Ağqoyunlu dövləti, Osmanlı Türkiyəsi və Qaraqoyunlu kimi iki qüvvətli rəqib arasında müstəqilliyini saxlaya bilmişdi. Avropa ölkələri də bu Azərbaycanlı xanımı çox yaxşı tanıyır, ona böyük ehtiramla yanaşırlar. Azərbaycana göndərilən Avropa, xüsusilə də, Venesiya elçilərinə verilən məxfi məlumatlarda mütləq Sara xatunla görüşmək və öz məqsədləri üçün onun saraydakı nüfuzundan istifadə etmək tapşırılırdı. Sara xatun diplomat və dövlət xadimi olamqla bərabər, böyük hərbi sərkərdəlik bacarığına və hərbi intuisiyxaya malik qadın olmuşdur. Onun əqli çevikliyi dar məqamlarda tez qərar çıxarmağa imkan vermişdir. Sara xatun qeyrətli qadın, diplomat və hərbi istedada qadir bir xanim kimi tarixə adını yazdırıb.Qardaş ölke Türkiyənin Elaziq bölgəsində bu ziyalı xanımın adına "Sara Xatun" məscidi inşaa edilmişdir. Sara Xatun uzaq tarixi keçmişimizdə yaşasada onun siyasi mədəniyyəti, diplomatik fəaliyyəti və şəxsi şücaəti gələcək nəsillər üçün də örnəkdir.

Комментариев нет:

Отправить комментарий