Страницы

01.06.2012

Köynəkliklər

 Aliya Əsədova


1.2
Beşiyi yırğalamağa qolların bəs edərdi, saxlayardın yuxuları, qolların kimi geyərdin köynəyə. Bir köynəkdə böyütdün ac-yalavac yuxuları, orda dolandırdın milyonlarla yoxsulları, varlıları, əsirləri, ta kimləri.
Beşik köynəkdə qaldı....


2.3
İsti boğanaqlar evlərin hisli-tozlu bacası kimi utandırdı səni, əl atıb qovlaya bildin, boğub-boğmaladın istiləri. Tutub qapadı kimlərsə bacanın ağzını, bağrı yarılmış bacalardan kimsə parçaladı boğanağı köynəkli.
Baca köynəkdə qaldı....

3.4
İmtahan həyəcanına tutulan şagird qorxusundan əlləri üzündə qaldı, geyəmmədi qollarını, onun kimi biri qalxıb hündürlükdən atdı özünü...dəhşət...5 dəqiqə sonra üzündə köynək vardı.Bu şagird də geyinmişdi dəhşətin bir tayını, bir qolunu.İntihar saatı idi.
Ölüm köynəkdə qaldı...


4.5
Bu suların yarısında batmışdı Ay əlaməti, ulduzu qapmışdı, ayı udmuşdu, buludu yarmışdı əfsanələr. Şirin-duzlu sözləri bu sulara danışmışdı, su da hər yanda hər yerdə yarılmışdı.Bir tərəfdə köynəkdə yanğılı qalan quru səhra çölləri qollarından quruyurdu, qupquru qurumuşdu dərisi solğun, əzgin dodaqlar , üzlər kimi.Bir yanda isə sular aşıb-daşdı, kanallar qovuşdu, göllər səpələndi. Quruyan səhralar Lena , Dünay qollarına həsrətlə baxır indi.
Qollar köynəkdə qaldı....


5.6
Üşümələrə dözə bilmədi, çat verdi odunsuz kənd sobaları, meşədən tapılmış ceyran köynəkdə balaladı, bir şüşə ilıq su ilə qarşıladı sabahı. Hava isinən kimi tərk elədi oraları.
Köynək təpikdə qaldı....


6.7
Beşik köynəkdə qaldı
Baca köynəkdə qaldı
Ölüm köynəkdə qaldı
Qollar köynəkdə qaldı
KÖYNƏK təpikdə qaldı


7.8.9 .(1-0)
----------------

Комментариев нет:

Отправить комментарий