Страницы

01.06.2012

Dünya uşaqlar gününü qeyd etdi, amma Fələstin...


Dünya uşaqlar günü ərəfəsi Fələstinin İnformasiya Nazirliyi, Fələstində qətlə yetirilən müsəlman körpələr haqda statistika açıqlayıb. Statistikaya əsasən təkcə 2000-ci ildə qətl edilən Fələstin balalarının sayı 1456 nəfərdir. Uşaqlar Fələstin xalqının 52%-ini təşkil etdiyindən, onların sionist İsrail rejimi tərəfindən bilərəkdən qətliamı və həbsləri əfsuslar olsun ki, Demokratiyadan danışan ölkələrin yadına belə düşmür. 2000-ci ildən ciddi xarakter daşıyan və Həmas, İslami Cihadın müqavimət hərəkatı dönəmində Fələstin İsrail münaqişəsi zamanı qətlə yetirilənlərdən savayı 5 minə yaxın uşaq ağır yaralanmışdır. 215 nəfər körpə isə İsrail həbsxanalarındadır. Onların arasında az yaşlılarda vardır. İndi sözsüz ki, böyüyərək həddi bulluğa çatıblar.

2012-ci ilin əvvəlindən indiyə qədər 175 fələstinli az yaşlı İsrail həbsxanalarına göndərilib. Middle East Monitorun verdiyi xəbərə görə isə, Qəzzada və Qərb sahilində 65 minə yaxın 5 yaşından 15 yaşına qədər Fələstinli gənc pullu və pulsuz iş görmək məcburiyyətindədirlər. Dünya isə susur. Azərbaycan xalqı 1 dəfə acılı Xocalı soyqırımını yaşadı. Və bu acı hələ də qeyrtəli Azərilərin qəlbində dərin yara izi buraxıb. Amma məzlum Fələstin xalqı artıq 60 ilə yaxındır ki, hər il bu acını yaşamaqda davam edir. Xocalı soyqırımını yaşayan bir Azərbaycanlı üçün işğalçı, vəhşi, qondarma İsrail rejimi ilə dostluq əlaqəsi qurması utanc verici bir haldır. Xocalı soyqırımını dərk edən Azərbaycanlı gərək İsrail ilə deyil Fələstin xalqı ilə yan-yana olsun. Dildə yox əməldə. Necə ki, bunu Türk qardaşlarımız əmələn icra edir.


Azadxeber.az                Natiq Əhmədov

 
 
 

Комментариев нет:

Отправить комментарий