Страницы

21.06.2012

İncə qar yağır ruhumun dərinliklərinə

Nigar Duyğu


bu gün hava soyuq... üşüyürəm...
pəncərəm açıq, ümidlərim yarımçıq...
sən yanımda olsaydın pəncərəmi örtüb yanağıma büsə qondurar,
gülümsəyərək məni izlər ürəyimi ovundurar...
bəlkə, saatlarca mənə baxardın.....
İndi gözlərimi açıb, sənsizliyi yalnızlığıma soruram,
soyuq otağımda, yalnızlığımı qoynuma alıb, gecəyə sarılıram,
ürəyimdə hıçqıraraq bağırıb...
səni yuxularıma çağırıram..
Bir zaman nə gözəl başlamışdı nağılımız...
hər şeydə sən....

yağış damlasında, sakin bir ovuc dəniz ləpəsində, isti günəş işığında, bir də ki göydəki ulduzda,
bu gecə dənizlərim gəmisiz, misralarım çarəsiz, əllərim hissiz, səsim dilsiz...daha nələr nələr......
səhifələrcə yazılar yazıb duyğularımı hayqırsam fayda vermez,
yuxularım senden küsüb, çağırsam da gelmez...
incə qar yağır ruhumun dərinliklərinə, sakin səssizcə üşüyürəm....
yolda xoşbəxt sevgililər görəndə,
səni anıb keçmişdəki günlərimə dönürəm...

Комментариев нет:

Отправить комментарий