Страницы

21.06.2012

Təskinlik

КолодецAliq Nağıoğlu


       - Aleksandr ağlaya bilmir, - sonbeşik qardaş ortancıla dedi.
       - Ağlaya bilmir, yoxsa ağlamır?
       - İstəyir ağlasın, gəl ki gözlərindən yaş çıxmır.
       - Çadırda çox adam var?
       - Beş- altı nəfər olar. Molla Netnən danışır.
       - Netin də başı xarab olub eyy... Cəhənnəmə ki, qoy danışsınlar.
       - Gəlin çadırda oturun da, özümüz oturmasaq, özgə oturmaz axı...
       
- Soxa siqaret qoyur ki, dərd vurub içimə, yenə yaxşı bu zəhrimar varmış...
       Çadırda isə kəndin mollası keçmiş sovxoz direktoru ilə mübahisə edirdi.
       - Ən birinci kənddə mənim kompüterim olub, məktəbə girəndə böyük qıza almışdım. Ancaq düzün sözü, düymələrini tanımıram. 
       - İstəsən, öyrənərsən. Mən gör neçə yaş səndən böyüyəm. Sən dünənki uşaqsan. Orda hər şeydən öyrənmək olur. İstədiyin məlumatı bir anın içində tapa bilirsən. 
       - Onsuz da özümə aid olan şeyləri bilirəm. Qoy cavanlar öyrənsinlər.
       - Cavanların işi fırıqdır. Müharibə başlayacaq axı...
       - Deyirəm də, Balı kor eynəyini bir həftədir vurub...
       - Onu niyə deyirsən, dezertir Elnur motosikleti sürmür, yenə axsayır, bu dəfə lap pis... Arada badımcanlar yanacaq... Vəziyyət yaman gərgindir. Televizorda demirlər ki... Bu dəfə torpaqlarımızı alacayıq, inşallah... Qəbir üstə həmin vaxtı gedəcəksiz?
       - Həə... Qal ehsana, onsuz da adam azdır.
       - Yoox... Vaxtdır, dəli kimiyəm, görüm nə var, nə yox... İki saatdan sonra burdayam.
       Qalxdı, çadırın ayağına çatmamış, qayıtdı, şlyapasını unutmuşdu. 
       Kəndin mərkəzində iri marketin qabağında sahibi Vadardan başqa kimsə yox idi. Narahat, əsəbi olduğu bilinirdi. Salam verib, keçmək istədi.
        - Daha dözə bilmirəm, Net... - ağlamaqdan qalırdı. - Oğraş utanmır, alverə bura gəlir, gədə də onun xidmətini tutur. Hamısı da gözlərimin qarşısında baş verir. 
        - Səbrli ol. Deyirdin Naftalana gedəcəkdin, çıx get də... Unudarsan.
        - Nəyi? Sən nə danışırsan? Heç nə danışdığını dərk edirsən? Mütləq ölməlidir! Başqa yol yoxdur. 
        - Öz ömrünü puç edəcəksən. Bəlkə bu işi oğlun eləsin, hə? Cavandır...
        - Tsss.... Gədənin bu işdən xəbəri yoxdur. Heç arvad bilmir. İndiyə kimi toyuq başı kəsmiyib.
        - Neynək, erməni başı kəsər. Bu zonada o yekəlikdə cavan var?!
        - Elə niyə?
        - Bə bimirsən? Müharibə başlayacaq!.. Bu dəfə dığaları mütləq qovarıq, görərsən.
        - Netdə yazıllar?
        - Həəə....- birdən Vadarı gülmək tutdu. Yadına düşdü ki, bu cür qeyri- adi hərəkətlərinə görə hərdən görünəndə “ havalanıbdı” deyə arxada məzələnirdilər.
        - Nəyə gülürsən? Buna da inanmırsan? 
        - İncimə, Net, başqa şey yadıma düşdü. Sən orda axtar, bax ki belə vəziyyətdə adam öldürənə neçə il iş verirlər. Al, bu da haqqın.
        - Hər şeyi pulnan ölçmə, sənə xatir baxaram. Getdim.
*                   *                    *
Saat dördü göstərirdi, bir yarpaq da tərpənmirdi. Bu il istilər tez düşmüşdü. Hətta həyət quyularının suyu da azalmışdı. Odur ki, bağçaya su vurmaqdan vaz keçib yas yerinə yollandı.
         Çadıra girmək istəyirdi, mərhumun axırıncı oğlu qoluna girib kənara çəkdi.
         - Xətrinə dəyməsəydi, bir söz soruşardım,- çəkindiyi aşkar görünürdü.
         - Hardan xətrindi soruş, xətrimə dəysə, çay içərəm.
         - Bizim Aleksandr uzun illər Rusiyada olub. Kişi canını tapşıranda da onu görməyib. İndi ağlamaq istəyir, amma bacarmır. İnan ki qovrulur, çırpınır, ancaq gözlərindən yaş çıxmır. Bəlkə çarəsini biləsiz, bu zülümdən canı qurtarsın.
         - Keçib day, onu apar tövləyə, bir dənə taraş ver, amma bilən olmasın.
         - Həə?
         - Hə. Bunu mən demədim,- ayrılıb çadıra adladı. Molla, deməyəsən onları kənardan müşahidə edirmiş.
Старая изгородь         - Onun əlacı məndədir... Hər şeyin qiyməti var də... Kompüter bilən iş deyil... Çaylarınızı için, quran tapşıracayıq, sonra da qəbir üstə gedərik.
Tapşırma bitməyə az qalmış sonbeşik oğlan sakitcə gəlib yanında oturdu.
- Allah səndən razı olsun. Amma dayanmır, görəsən çox çəkəcək,- qulağına xısınladı.
- Qoy ürəyini boşaltsın!.- halını pozmadı.
Qəbiristanlıqdan qayıdandan sonra fatihə verildi, hamı dağılışdı.
          Böyük marketin qabağında sahibi Vadar arxası yola tənha durmuşdu. Onu görcək çevrildi.
          - Hamının möhübünü düzüb- qoşursan. Kənd danışır ki, Aleksandrı ovundura bilmirlər. Səbəbini bilən olmasa da, savabını səndə görürlər.
          - Kənddən sirr çıxmır, özün bilirsən ki... Deməyin nədir?- duruxdu.
          - Mənim işimə də əncam elə, başına dönüm, açıb- ağartmaram, dərd içimi yedi qurtardı... Yazığın gəlsin, o hadisədən bəri bir nəfər də olsa, həndəvərimdə dayanmır. 
          - Belə baxanda sənin işin lap asanmış,- elə bil nəyisə xatırladı. - Obeddə girmişdim yenə... Dünya praktikasında oxşar hadisələr çox olub...
          - Necə yəni?..
          - Ştirlisi tanıyırdın? Yəni kinosuna baxmısan...
          - Həə...
          - Onu oynayan aktyoru da ?
          - Tixonovu o vaxtı hamı tanıyırdı... 
          - O şərəfsiz də özü gəlib arvadını oynaşı ilə tutub, eynən sənin kimi, fərq burasındadır ki...- siqaret çıxarıb damağına qoydu. - Fərqi sənə başa salmaq lazım deyil...
          - İndi çıxır üzə?
          - İndi hamı hər şeyi bilir. Çoxu üzə vurmur, amma fürsət düşəndə kitab yazır. Belə- belə işlər...
          - Elə bu?
          - SSRİ- nin əvvəl-axır prezidentinin də arvadı ayağısürüşkmən imiş, babalı yazanın boynuna, guya ər özü təhvil verirmiş yiyəsinə... 
        - O xallı kişini deyirsən də...
        - Boğazını arıtla... Hmm... Arvadı çoxdan dünyasını dəyişib, kişi hələ durur, qurban olduğum bunun da mükafatını belə verir. Odur ki, çox dərinə getməyinə dəyərmi, ya yox, uje sənlikdi,- tüstünü üzü yuxarı fısqırdı. Gözləri yaraşıqlı marketin üstündəki iri hərflərə sataşdı. 
        - Bu nədir?
        - Oğlanın adıdır... Onun şərəfinə “DƏYANƏT” qoymuşam, - qımışmaq istədi.
        - İmkan olsa, dəyişərsən, oğlanın adında işin olmasın,- şlayapasını başından qaldırıb market sahibinin başına keçirdi, - heç olmazsa buna heyfin gəlsin, iyunun günəşi yandırar. Gedim görüm netdə nə var, nə yox?!  
Туман на закате

Комментариев нет:

Отправить комментарий