Страницы

05.06.2012

Laçın Məmişov Şah qəbrini ziyarət etdi


Şirvanşahlar Sarayı ilə fəxr edirik, İçəri şəhərlə fəxr edirik, amma sarayı və İçəri şəhəri tikən Şirvanşahların davamçısı Şirvanşah Fərrux Yasərin qəbrinin harada olmasını unuduruq. Leyli və Məcnun şərqin ilk operası deyə ağız dolusu qoltuğumuza qarpız qoyuruq, amma Leyli və Məcnunu Nizami Gəncəviyə sifariş edən I-ci Axistanın davamçısının məzarını tarixdən silməyə çalışırıq. Bu gün Şamaxının Cabanı kəndində Şah məzarını bu gündə görüb çox məyus oldum, "Qanlı bulaq" deyilən yerdə də oldum, o bulaq ki, aylarla oradan qanlı su axıb. O qədər Şəhid məzarları var ki, o torpaqlarda haranı qazırsansa insan qalıqları çıxır. Bu haqda ətraflı reportajım olacaq yaxın günlərdə.

Lachin Memishov

Комментариев нет:

Отправить комментарий