Страницы

05.06.2012

"Vətəndaşlıq kodeksi" olmayan millət gücsüz və tənhadır -2

 Rövşən Novruzoğlu

İnsan hüquqları ilə məşğul olan Avropa Məhkəməsində bu məsələ ilə bağlı xüsusi şöbə fəaliyyət göstərir, 2005 və 2010-cü ilin yanvar - fevral  aylarında 9 eyni cinsdən olanlar (iki qız, dörd oğlan) Avropa Məhkəməsinə müraciət edib. Məlumata görə, Azərbaycandan Avropa Məhkəməsinə müraciət etmiş bu "kişi"lər iddia qaldırırlar ki, Bakıda heç bir nikah evində onları qeydə almırlar. Onlar bir az irəli gedərək, bütün bu iddiaları Azərbaycanda insan hüquqlarının pozulması kimi qeyd edirlər.
Maraqlıdır ki, məsələn, ABŞ Dövlət Departamentinin "İnsan nüquqlarının pozulması" ilə bağlı hazırlanmış hesabatlarında onlara da yer ayrılır. Və təəssüflər olsun ki, Bakıda onları himayə edənlər üçün ABŞ-dan və Hollandiyadan 25 min dollar (2005-ci il üçün) qrant da ayrılıb.  Azərbaycanda qadın alveri problemləri ilə məşğul olan (əslində bu problemi anlamayan və bu problemlə alver edən) təşkilatlardan biri isə (biz bu barədə tədqiqatlarımızı hələ davam etdiririk) qadın cinsindən olanların "xəlvəti nikah"ları ilə məşğuldur. Bunun üçün də ona da "pay" ayrılıb.
Məsələn, Dadaş Əyyub oğlu Sadıqov 1979-cu ildə Bakıda anadan olub, İnşaat Mühəndisləri İnstitunun bitirib. Sanballı bir ailənin üçüncü övladıdır. Bəlanın hansı səmtdən gəlməsi ailə üçün qaranlıqdır. Amma nə etmək ki, Dadaş Əyyub oğlu Sadıqovun Avropa Məhkəməsində hüquqlarının pozulması ilə bağlı ərizəsi var. Məlumata görə, ata da uzun müddət oğlunun dəyişən həyat tərzinə biganə olub. Nəticə isə bütöv bir nəsli girifdar qoyub... Sonda 2009-cu il dekabrın 11-də mühəndis Dadaş Əyyub oğlu Sadıqov Şəmkirdə doğulan, 1977-ci il təvəllüdlü İsmayıl Hacağa oğlu Bayramovla  Bakıda "nikah kəsdirir" (?) və bu nikahda Azərbaycanın üzdəniraq "hüquq müdafiəçi"lərindən, təhsil sistemindən "nümayəndələr" də iştirak edib. On iki nəfərlik məclisdə isə ilk "nikah badəsi" Azərbaycanın müstəqilliyi naminə qaldırdı. Tanınmış İsveçrə psixoloqu  Xarri Pore "... Oçerednoy brak" əsərində yazır: "Belələri özlərini möhtəşəm sanırlar. Çox maraqlıdır ki, bu tipli adamlar həm dövlət, həm də hökumət strukturlarında, idarəedici orqanlara daha çox meyl edirlər. Onlar özlərində yəqin edirlər ki, hətta dövləti də... ola bilsin, dövət strukturu kimi komitə və nazirliyi də idarə edə bilərlər... Kimdir bunlar? Haradan gəldilər? Kimin üçün, nə üçün doğuldular?  Biz bu axının qarşısını ala bilmirik. Bu, mənim təsəvvürümdə psixoloji pozğunluq... xəstəlik deyil. Bu sadəcə, gen kodları gecə çaqqallarının gen kodları ilə əvəz olunmuş adamlardır. Onlar ancaq gecələr görünürlər... bu adamlar insanları, regionları, millətləri məhv etmək üçün dünyanın sınaq-təcrübə institutlarından cəmiyyətə sırınmış ən böyük "virus"dur. Mən bir psixoloq kimi bunu "şeytan virusu" adlandırıram..." Araşdırmalarımıza görə, Azərbaycanda bu tipli "şeytan virusları"na himayədarlıq edənlərin sayı da artır.
Azərbaycanda nə qədər eybəcər görünsə də, ... 2010-cu ildə psixoloji mərkəzlərə (məhz bu viruslardan yaxa qurtarmaq üçün) 741 nəfər müraciət edib. Beş müxtəlif xəstəxanada aparılan sorğuya görə, (Professor O.D.Proxorovun sxemi əsasında) bunun 602 nəfəri bir və yaxud iki il öncə ailə qurub. Onların övladı yoxdur və bu məsələdən həmin ailələrdən danışmaq absurd bir məsələdir. Məlumata görə, hər ay iki eyni cinsdən (qadın və yaxud kişi) "nikah kəsdirirlər". Maraqlıdır ki, belə "nikahlarda mollalar da iştirak edir. Bütün şəriət qanunlarını və əxlaq normalarını pozaraq "Kəbin duaları" ilə iştirak edirlər. Məsələn, Tehranda belə bir fakt 2001-ci il aprelin 3-də qeydə alınıb. Onda Höccətülislam Hacı Əhmədağa məclisdə iştirak edən din xadiminin ölkədən qovulmasını tələb edib, onu "şeytan nəslinə xidmətdə..." günahlandırıb.
Dünyada bu bəla ilə mübarizə mexanizmi yoxdur. Nəticədə məsələn, MDB məkanında artıq RF-də "Ailə kodeksi"ndə dəyişiliklər aparılır. Moskva öz ailə kodeksində "kişi ilə kişi"nin, "qadınla qadının" evlənmələrinə (?) haqq qazandırmaq üçün çıxış yolu axtarır (?).
1960-cı ilə Azərbaycanda belə xəstəliyə tutulmaların sayı cəmi iki nəfər olub. Onun da biri Dövlət Universitetinin afrikalı tələbəsi olub. Nəticədə o, universitetdən qovulub və onun yaşadığı beş nömrəli yataqxananın 43-cü otağı "sökülüb, yenidən tikilib". İkinci şəxs xəstəxanaya düşərək, vəfat etmişdir... istintaqa (müstəntiq Q.Dadaşov) verdiyi ifadədə Nikoya Xoss iddia edib ki, o, Bakıda tələbə ikən Neft Kimya İnstitutunun həmcins tələbəsi ilə iki il "nikah"da olub (?).
O vaxt belə faktlar əxlaqımıza, milli dəyərlərimizə zidd hesab olunduğundan qapalı saxlanılırdı (ictimaiyyət bunu birmənalı qəbul etmirdi və lənətləyirdi). 1972-ci ildə Azərbaycanda 19 yaşlı 4 qızın (birinci kurs tələbələri) öz aralarında "nikah"ları qeydə alındı. Bu "qızlar"ın proqramında əsas məsələlərdən biri yaratdıqları "Bürc altında" tələbə təşkilatının üzvlərinin sayının çoxaldılması olub. 1971-ci il fevralın 19-da fəaliyyətə başlayan bu eybəcər təşkilata başçılıq edən Susan Muradova (Xankəndində anadan olub) təhsil aldığı Pedaqoji İnstitutdan xaric edilir. Məlumata görə, "Bürc altında" təşkilatı bir il ərzində öz ətrafına 13 nəfəri cəlb edə bilmişdi.
Hərbi ekspert R.Levi (İsrail) iddia edir ki, belə qızlar və yaxud qadınlar gələcək nəsillərdə baş verə biləcək "Genetik dəyişkənlik" nəzəriyyəsini praktik cəhətdən təsdiq edir və yaxud həyata keçirirlər. R.Levi yazır: "...Toxumlarımızı yeyən, gələcəkdə biz yəhudiləri ağılsızlar cərgəsinə qoşmağa cəhd edən... bu həşəratlara qarşı bütün İsraili ayağa qalxmağa çağırıram..." Təhlillərimizə görə, bu da terrordur. İnsanın, ailənin ...və nəhayət, cəmiyyətin... millətin mənəvi dəyərlərini məhv edən, onu sıradan çıxaran mənəvi terrordur. Mənəvi terrorda isə heç bir vaksin və yaxud preparat "yardım" etmir.

(Ardı var)

Комментариев нет:

Отправить комментарий