Страницы

07.06.2012

Nobel mükafatçısı Harold Pinter İraqa hücumu pislədi

İraqa hücum banditizam aktıdır. Açıq-aşkar dövləti terrordur. İraqa hücum ardıcıl yalanlara əsaslanan, itimai rəyi biabırçı manipuliyasıya edən istibdad, hərbi əməliyyatdır. Burada məqsəd yaxın Şərqə hərbi və iqtisadi nəzarəti gücləndurmək idi. Neçə nəfəri öldürmək lazımdır ki, sizin cinayətiniz "kütləvi qırğın" kimi təsnifatlandırılsın? Və siz hərbi cinayəkar adlandırılasınız? Yüz min? Mənə belə gəlir ki, bu kifayətdir. Bu kontekstdə ölüm məzmun kəsb etmir. Buş və Bleyer bunu arxa plana çəkirlər. Amerika generalı Tommi Frenksin dediyi kimi "biz ölüləri saymaqla məşğul olmuruq.
Ədalət tələb edir ki, Buş və Bleyer BMT-nin Beynəlxalq məhkəməsi qarşısında dayansınlar. Lakin Buş axmaq deyil, o, BMT-nin Beynəlxalq məhkəməsini ratifikasiya etməyib. O, hətta xəbərdarləq edib ki, hansısa Amerika əsgəri, yaxud siyasətçisi məhkəmə qarşısında dayanmalı olsa, oraya dəniz - piyada qoşunu göndərəcək. Lakin mənim ölkəmin rəhbəri BMT-nin Beynəlxalq məhkəməsini ratifikasiya edib. Buna görə də onun məhkəmə təqibi əlverişlidir. Əgər hakimlər üçün maraqlıdırsa, mən onun ünvanını deyə bilərəm: London, Dauninq-strit, ev 10.


Harold Pinterin Nobel nitqindən

Комментариев нет:

Отправить комментарий