“Dil
Qurumu” onlarla müəssisə və obyekt sahibini məhkəməyə verməyə hazırlaşır
“Azərbaycan Dil Qurumu” İctimai Birliyi “Dövlət dili haqqında”
Qanunun tələblərini pozan dövlət və özəl müəssisələrin hüquqi qaydada cəzalandırılması
üçün məhkəməyə müraciət edib. Məhkəməyə çəkilən
ilk şirkətlər isə “AGA Center” və “Bazar Store” oldu.Modern.az saytına
açıqlamasında “Azərbaycan Dil Qurumu” İctimai Birliynin sədri Sabir Rüstəmxanlı
prosesin davam etdiriləcəyini dilə gətirib.
“İndi onlarla
restoran, dükan və digər kommarsiya-iaşə obyektinə qarşı iddia sənədlərini
hazırlayıb məhkəməyə verəcəyik. Çünki təkcə Bakıda onlarla müəssisə var ki,
“Dövlət dili haqqında” Qanuna hörmətsizlik edir.
Təkcə reklam yazıları və lövhələrində deyil, eləcə də obyetlərlərin adlarının yazılışında da bu müşahidə olunur. Məsələn, yaxın günlərə qədər Azadlıq prospektində olan bəzi obyektlərin adları Azərbaycan dilində idi, indi nədənsə hamısı xarici dildədir. Şadlıq evlərinin və digər xidmət müəssisələrinin adlarını da qüsurlu sayıram. Ümumiyyətlə, Azərbaycana aidiyyatı olmayan adların yazılmasını düzgün saymıram. Baxın, neçə yerdə “divar kağızı” yerinə “oboy” yazılıb. Biz “Dil Qurumu” olaraq ardıcıl şəkildə bu məsələləri müzakirə edirik və televiziya kanalların ilə birgə layihələrimiz olur”.

S.Rüstəmxanlının
sözlərinə görə, Azərbaycan dilinə qarşı hörmətsizliyin bir sıra səbəbləri var və
onların da hamısını saymaq mümkün deyil. “Amma bunu bəzi adamların bunu milli təəssübkeşliyin
aşağı olmasından, ya da qəsdən eləməsi də bəlli olmur. Təşkilatımız ardıcıl
olaraq Bakıda küçə, restoran, dükan və s. obyektlərin adları ilə bağlı məhkəmə
davaları qaldırmaq fikrindədir. Çünki dəfələrlə xəbərdarlıq edilsə də, qanunun
tələblərinə əməl edən yoxdur“, – deyə millət vəkili bildirib.
Könül
Səid
Комментариев нет:
Отправить комментарий