AYB Güney Azərbaycan şöbəsinin rəhbəri, yazıçı, şair Sayman Aruz ilə müsahibə
-Yaxın günlərdə yeni "Yüz il inqilab" romanınız
çapdan çıxdı. Romanınız haqqında məlumat
verərdiniz.
-Cənubi
Azərbaycanda baş verən hadisələrdən bəhs edir. Şüar kimi səslənməsin deyə,
Cənubi Azərbaycanın müstəqilliyindən danışmaq istəmədim. Çalışmışam heç kimi
baxmadığı tərəfdən baxım. Hər kəs pafosla azadlıqdan danışır, amma heç kim demir
ki, bu qədər qəhrəmanımız ola-ola niyə azad olmuruq.
Deməli hardasa
problem var. Mən məhz həmin problemə toxunmuşam bu kitabda. Güney Azərbaycanda
bizə işgəncə verənlər, məhəlləmizdə bizimlə birgə böyüyən manqurtlaşmış
azərbaycanlılardır. Vətəndaşın vətəndaşa olan biganəliyi, xəyanəti. Ən əsası
isə din.
Bu kimi bir çox problemlərlə millətimizin yüz illərdi qaşı-qarşıya
qalıb. Mən din yox, dindən sui istifadə edənlər təhqir olunur. Onlar din adı
altında milləti də, dini də təhqir edirlər. Millət azadlıqdan danışanda dinin
əleyhinə söz demir, dinin özü insanları azdlığa, müstəqilliyə dəvət edir.
-Romanınızın fərqli, özəl cəhəti nədir?
-Hesab edirəm ki,
ideologiyasızlıq dövründə özü ilə yaxşı ideologiya da daşıyır. Ən azından yaxşı
oxunsa, başa düşülsə bu boşluğu doldura bilər. Baxmayaraq ki, həcmcə
balacadı-128 səhifə. Əsas əsərin daşıdığı yükdür. Bu roman da o yükü daşıya
bilib. Mən bu romanı yazarkən yalnız yazıçı kimi məsuliyyət hiss etməmişəm, həm
də yaşadığım mühitdən yazmaq istədim. Mən Sulduzda anadan olmuşam. Hadisələr də
orada baş verir. Neçə illərdir Sulduzda yaşayanların haqqı tapdalanır.
Ermənilər dəfələrlə orada soyqırımlar törədiblər, kürdlər o şəhərə göz
dikiblər. Hətta indi də orada müharibə gedir. Unutmayaq ki, əgər Sulduz əldən
getsə, Urmiya, Xoy, Maku da əldən gedəcək. Sərhəddimiz bağlana, Cənubi
Azərbaycanda ikinic böyük Qarabağ yarana bilər. Həm də istədim oxucu da tanısın
ki, Sulduz haradır. Roman Sulduzda yaşayan iki uşaqlıq sevgililərindən bəhs
edir. Onlar böyüyür, romanın əsas obrazı olan Seyid inqilabçı, Raziyə
isə milli azadlıq uğrunda döyüşənlərdən biri olur. Onlar zindanda
qarşı-qarşıya gəldikdə Seyidin ürəyindəki uşaqlıq sevgisi yenidən
alovlanır. O, teokratiyanın yalanlarından bərkimiş ürəyi sevginin qarşısında
yumşalır və rejimin tələblərinə əməl etmir. Raziyəni seçməklə milli azadlıq
uğrunda mübarizə aparan insanların yanında olmağı qərar verir.
-Xeyli müddətdir ki, Güney Azərbaycan şöbəsinin rəhbərisiniz. Son dövrdə nə kimi yeniliklər etmisiniz?
-Bizim şöbə 2 ildi
yaranıb. Ancaq 8-9 aydır ki, bizə
şərait yaradılıb, otaq veriblər. Bilirsiz İran hakimiyyəti bütün etniklərə
qarşı amansızdı. Baxmayaraq ki, azərbaycanlılar cənubda etnik sayılmırlar, biz
orda ev yiyəsiyik. Bizim şöbə yaratmaqda məqsədimiz yüz illərlə təqiblərə məruz
qalmış millətin ədəbiyyat və mədəniyyətini qorumaqdır. Mən Cənubi Azərbaycan
ədəbiyyatı ilə bağlı 13 kitab çap elətdirmişəm. Həmçinin Fərağəş Fərid
şeirlərini, Məliha Əzizpurun “Mənə bir küçə bağışla” adlı şeirlər kitabını,
Səməd Behrənginin hekayələrini çap etmək istəyirik. Artıq çapa hazırdır. Ancaq
maliyyə problemi üzündən hələ də geçikir. Yazıçılar Birliyinin bu yaxınlarda
olacaq qurultayında fondun yaradıması qəbul olunacaq. O zaman problemlərimizin
çoxu həllini tapacaq.
-Yəqin ki, informasiya vasitələrindən gənc şairlərimiz Fərid Hüseyn
və Şəhriyar Del Geraninin İranda həbs olunmalarını bilirsiniz. Cənubda olan tanışlarınızla əlaqə saxlayıb onların
aqibəti ilə maraqlanmısınızmı?
-Bəli, məlumat
almağa çalışdım. Hətta onları poeziya müsabiqəsinə dəvət edən adama zəng etdim.
Çətinliklə danışa bildim. Heç bir məlumat vermədi, xəbərlərinin olmadığını
dedi. Mən belə görürəm ki, dövlət səviyyəsində bu müddətdə nəticə əldə
olunmayıbsa uşaqların vəziyyəti orda yaxşı deyil.
-Sizcə müasir Şimali Azərbaycan ədəbiyyatında hansı ideologiya var və
Cənubi Azərbaycanla fərqi nədədir?
-Hesab edirəm ki,
burda ideologiya yoxdur. Hər bir quruluş öz ədəbiyyatını yaradır. Şimali
Azərbaycan isə hələ 22 ildi ədəbiyyatda ideologiya yarada bilməyib. Hər hansı
cərəyan da inkişaf etməyib. Bir dənə də olsun vətənə aid yaxşı şeir yazılmayıb.
Cənubda isə ideologiya var. Müstəqillik, azadlıq uğrunda ölmək. Hətta cənubda
daha güclü ədəbiyat yaranıb. Biz zindanda şeiri qanımızla divara yazmışıq.
-Öz
yaradıcılığınıza tənqidi yanaşmısınız?
-Tənqid elmdir.
Yazıçı və şair öz yaradıcılığını tənqid etməyi bacarmalıdır. Tənqid Şimali
Azərbaycanda yalnış anlaşılıb. Burda tənqid deyəndə söymək nəzərdə tutulur.
Balbuki tənqid mənfi də ola bilər müsbət də. Mən tez-tez özümə sual verirəm: “Yazılarımda
həm bədiiliyi, həm ziyalı kimi ictimaiyyətin qarşısında olan məsuliyyətli insan
kimi çıxış edə bilmişəmmi? Yenilik edə bilmişəmmi? Üsyan və inqilabdan şablon
sözlər yazmışam?”. Mən demək olar ki, son dövrdə yazdığım bütün şeirlərimdə
yenilik var. Özümdən razıyam. Əgər keçmişdə vətəndən, müharibədən yazırdımsa,
indi ədəbiyyatçı kimi bədiiləşdirirəm. “Yeni inqilab” romanım da buna bariz
nümunədi. Şalon sözlərdən qaçmışam. Hər şeyi sətiraltı yazmışam. İran
hakimiyyətinə birbaşa müraciət etmişəm. Məsələn sonunda əsərin qəhrəmanı İran
İnqilabının lideri Xomeyninin şəklini çıxarıb stolun üstünə qoyur. Yəni
insanların qanı bahasına hakimiyyətə gələn liderin sonu Qəddafi, Səddam Hüseyn
kimi olacaq.
-Ən çox bəyəndiyiniz şair və yazıçılar? Və ən sevdiyiniz bir necə misra? Sevdiyim şair və
yazıçılar çoxdu.
-Karlos Kastandanın
kitabları ilə cavanlığım keçib, Markez, Borxes, Sartrın əsərləri ilə böyümüşəm.
Əhməd Şamlı adlı İran şairlərinin şeirlərinə gənclik dövründə çox bağlandım.
Düzdür o türkcə yazmırdı, yaradıcılığında da türkçülük, millətçilikdən
əsər əlamət yox idi. Sadəcə insani dəyərlərə, insanlığa söykənən şair idi. Elə
ən çox sevdiyim misralar da onun yaradıcılığındandır: “Bir cəllad vardı, balaca bir bülbülə könül vermişdi”. Əgər cəlladlar da bizim bülbüllərə, quşlara
burulsalar millətin yanında olarlar.
-Sayman Aruzu bir necə bədii cümlə ilə ifadə edə bilərsiz?
-Yenə də Əhməd
Şamlı şeirlərinə müraciət etmək istəyirəm.
Dağlar da bir yerdə yaşayırlar, amma təkdirlər
Bir
yerdə yaşayıb və tənha ölən insanlar kimi
Mənim öz şeirimdə
də özümü anladan misralar var:
Divarda
yazılan sözlər kimi,
Məqsədim
hamının, özümsə heç kiməm
Hamını sevən,
hamıya yaxşı nələrsə etməyə çalışan, özünə isə heç nə və tənha.
Hazırladı: Türkan Zamanova qalamiz.blogspot.com
Hazırladı: Türkan Zamanova qalamiz.blogspot.com
Комментариев нет:
Отправить комментарий