Страницы

07.06.2012

SƏN OLANDA, OLMAYANDA...

Xosrov Barışan


Yorqunluğu yoran bir yeniliksən.
Sümüyümdə qanı doğan iliksən.
Tikrarlanmaz zamansan, diriliksən.
Hər iş hamanıydı sən olmasaydın.


Sənsən mənim bir üzlüyüm, gerçəyim.
Sənsiz yalan palan, kələk hər nəyim.
Özümdən özümə belə istəyim;
((Nolar, inanıydı...)) sən olmasaydın.


Kimliyimsən, məni məndən alan sən.
Gördüyümdə, duyduğumda hər an sən.
Qapı çalsa, deyərdim bəs çalan sən,
İşim gümanıydı sən olmasaydın.


Yol göstərən xəyal yolları incə...
Fikir çəlik, həyat yükün çəkincə...
Zəhərlərdi beynimdəki düşüncə,
Çəlik ilanıydı sən olmasaydın.


Sən gedərsən, gedər özüm özümdən.
Sən gəlmişsən; şeir coşur sözümdən.
İndi gülən, kəşfə cuman gözümdən,
Yaşlar damanıydı sən olmasaydın.

Комментариев нет:

Отправить комментарий