Страницы

12.09.2012

Xəyalə Sevil. Onda bilməliydim

Onda bilməliydim, bilə bilmədim
Məni sənə unutduran çox şey var.
Sizin şəhəriniz səsli-küylüdü,
Bizim şəhərimiz səssiz dörd divar.

Səslərin içində itirdin məni,
Min cürə səs gəzdi, gecələrində.
Qaldım yetim kimi, kimsəsiz kimi,
Azdım o, səslərin küçələrində

Ah! Sənin ürəyin çoxsakinli ev-
Süründüm o evdə dizlərimlə mən.
Gördüyünə gözlərim inananmadı,
Qanlı-bıçaq oldum gözlərimlə mən.


Könlümdə təəssüf, dilimdə heyif
Özüm öz bəxtimdə, qara yazıyam.
Dilini, sirrini bilə bilmədim,
Elə sən demişkən rayon qızıyam.

Üz tapdın, göz tapdın, eh !daha nələr,
Mənim ürəyimin qiyməti ucuz.
Onda bilməliydim fərqimiz çoxdu,
Sən bakılı oğlan, mən gəncəli qız

Комментариев нет:

Отправить комментарий