Страницы

20.10.2012

“Demokratiya Uğrunda Dünya Forumu”nun görünən və görünməyən tərəfləri

RTV-nin “Vaxtın Xəbəri” proqramının xüsusi buraxılışında Strasburqda keçirilən forum haqqında söhbət açılır

Məhsimin Strasburqda keçirilən forum haqqında hazırladığı xüsusi buraxılışda forumun görünən və görünməyən tərəfləri müakirə olunub. “Demokratiya Uğrunda Dünya Forumu”nda müzakirə edilən mövzularla bağlı sualları beynəlxalq məsələlər üzrə ekspert, politoloq Nicat Məmmədli cavablandırıb. Müsahib eyni zamanda dünya gündəmində olan bir sıra məslələr - Avropanın Suriyaya qarşı münasibətindəki dəyişikliklər, PKK-nın Türkiyənin Avropaya inteqrasiyasına yaratdığı maneələr və yeni medianın Şərqdə baş verənlərə mənfi və müsbət təsiriylə bağlı suallara aydınlıq gətirib. Politoloq beynəlxalq terror qruplaşması kimi tanınan PKK-ya münasibətdə Avropanın ikili standartlarlarla çıxış etməsinə də toxunub.  
Veriliş boyu müsahib forumda Azərbaycanın maraqları, kommunikasiya təhlükəsizliyinə Qarabağ probleminin təsiri ilə bağlı maraqlı fikirlər söyləyib. Verilişdə eyni zamanda fikir azadlıqlarının etik prinsiplərlə toqquşmasının qarşısının alınmasında “Demokratiya uğrunda Dünya Forumu”nun rolundan danışılıb. “Vaxtın Xəbəri” informasiya proqramının xüsusi sayı oktyabrın 22-si saat 20:30-da  Regional Televiziyada yayımlanacaq.
Qeyd edək ki, 2012-ci ilin oktyabr ayının 7-dən 10-na kimi davam edən forum çərçivəsində “Demokratiya ekstrimizmə qarşı”, “Yeni media və onun demokratik quruculuqda rolu”, “Korrupsiyaya qarşı mübarizə, siyasi liderlik” kimi mövzularda diskussiyalar aparılıb.

http://www.youtube.com/watch?v=TvqTBcFL_iw&feature=plcp

Комментариев нет:

Отправить комментарий