Страницы

20.10.2012

BAYQUŞUN MƏKTUBU

Bəxtiyar Hidayət

 Əziz qardaş və bacılar. Mən bir dünyagörmüş qoca bayquş olaraq bir işə mat-məəttəl qalmışam. Axı bizlər müdriklik simvolu sayılırıq. Amma qarşıda bəhs edəcəyim stiuasiyadan necə istifadə etdiyimizi görəndə görürəm ki bizim də bir müdrikliyimiz qalmayıb. Axı bu necə müdriklikdir ki indi dünyanın bizimçün ən yaşamalı yeri olan Qazaxı buraxıb hansısa abad bir ölkədə yaşayasan. Vallah mən mat qalmışam ki  indi Hollandiyada yaşayan soydaşlarımız necə güzaran keçirirlər. Ay camaat orda ki küçələr şampunla yuyulur. Orda bir küçədə zibil tapmaq ayda su tapmaqdan çətindirsə orda siçan-siçovul nə gəzir.
Bəs siçan-siçovul olmayan yerdə bizim bədbəxt bayquşlar nə yeyir. Məcbur qalıb heyvansevərlər cəmiyyətinin əlinə baxırlar. Bu biabırçılıqdır və bizim ulu nəslimizə yaraşan iş deyil.
  A gecələr başınıza fırlanım! Əgər məsləhətimə qulaq assanız siz də şad olarsınız mən də. Həm də ki öz adət-ənənəmizə qayıdarıq. İndi Azərbaycanda Avropa adı gələndə insanlar diksinirr ki aya, bəs pozğunluq gəlib bizim anamızı ağladacaq. O halda biz müdrik bayquşlar nə yapışmışıq Avropanın quyruğundan. Barı azərbaycanlılar qədər ağlımız olsun.
  Bir balaca təklif etdiyim məkandan bəhs edəlim siz də dinləyin
Əvvəla bu abad olmamışa ki Raqif adlı bir başçı gəldi bizim günümüz onda ağardı. Ay axmaqlar, Avropada xaraba yoxkən niyə insanlara sığınmalısınız. Gəlin Qazaxa sizə o qədər xaraba göstərim ki heç Nizami də bir belə xaraba görməyib. Bax bu xarabalar sizin gecələmək-daha doğrusu günüzləmək yeriniz. İkincisi Raqif bəy belə bir siyasət aparır-hər kvartalda bir dəfə ki ölkə başçısı buralarda görünür, Raqif da ölkə başçısı hər gəlib getdiyində yalnız mərkəzi küçə ilə hərəkət etdiyindən bircə o küçənin abadlığına çalışır. Qaldı ki arxa küçələr-dünyanın heç yerində belə zibilxanalar görməzsiniz. Buranın bir bazarı var ki o bazarın arxa tərəfində camaat öylə bir zibilxcananın yanında alış-veriş edir ki bəzən heç üfunət iyindən yerli siçanlar da o zibixanaya yaxın düşə bilmirlər.Yerli siçanlar demış-adını bildirmək istəməyən mənbənin dediyinə görə bu yaxınlarda Qazaxdakı yerli siçanların başçısı dünya sıçanlarına məktub yazıb hamsinı Qazaxa dəvət eləyib. Ay axmaqlar belə bir bolluğu əldən buraxmaq olmaz və bir də olmaz. Bir də gördünüz Raqifin başı kef-damaqdan ayıldı dərmanladı zibillikləri. Amma ürəyinizi sıxmayın belə bir şey olası deyil.Ölkə başçısı nədənsə bu Raqifi  iki əlli tutub durur. Mən bu ölkədə Raqif qədər əleyhinə yazı yazılan icra başçısı tanımıram. Amma ölkə başçısı yenə ona toxunmur. Qazaxlılar deyir ki ölkə başçısı bununla Qazaxdan qisas alır. Nə bilim bəlkə də belədi-tarixə qayıtmaq istəmirəm.
 Ay axmaqlar sözümü dinləyin-Allahı sevərsiniz. Mən bu zibilliklərdə elə siçovullar görmüşəm ki bığları bu rayonun  keşmiş deputatı Səmə Toğlunun bığlarından da, və hətta bunların tamada-şairləri Zalımoğlunun  bığlarından da qalın və burma-burma idi.
  Ay axmaqlar, insanlar bizə müdriklik simvolu kimi baxırkən, mən bilmirəm siz niyə belə bir duruma düşürsünüz. Sizə bir şeyi də deyim. Vaxtilə, Sovet hökumətinin zamanında burda bir Qaradok deyilən hərbi yaşayış yeri vardı. Ordakı abadlığı, səliqə-səhmanı görüncə biz bayquşlar az qalırdıq ki özümüzü öldürək. A başınıza firlanım, gül-gülü çağırırdı bülbül-bülbülü. Belə yerdə yaşamaq olardı? Kopolun rusları elə bir nizam-intizam yaratmışdı ki deyirdin bura Moskva zaddı. Amma elə ki bizim dövranımız gəldi, müharibə başladı, bax onda ağrısın aldığım qaqınlar doldular rusların evlərinə. Indi siz ordakı zibilliyi görsəniz , ordakı dağınıqlığı görsəniz şaşırarsınız. Orda bir zibilxana var ki Balaxanı zibilliyi qələt edir onun yanında.  Bir sözlə ən gözəl məkan indi olub əsl xaraba.
  Raqif buralara gələndən bəri evlər də boşalıb kənddə, şəhərdə. Baxırsan ki illələ bir evin qapısını açan olmadı. Belə evlərin krişaları da olur vəhşi göyərçinlərin məskəni
  Ay axmaqlar bu da sizə göyərşin qonaqlığı.Yoxsa nə var  Avropada.
 Məndən  demək, sizdən eşitmək. Hətta bu günlərdə Ermənistan və Gürcüstan bayquşları da buralara köç etdilər. Ukrayna bayquşları yol xəritəsi istəmişdilər-göndərdim.
Onsuz da bu icra başçısı ayın 20 gününü Avropada olur. Mən dediklərimə inanmasanız özündən soruşarsınız. Əlamətlərinə gəldikdə isə-burda görəv özünüzə düşür. Onun kimliyini mən öz məktubumda qeyd etdim. İndi sizin müdrikliyinizi yoxlaymaq lazım gələcək. Əgər sizdə müdriklikdən bi balaca əlamət qalıbsa gərək onu tanıyasınız.Yoxsa siz bayquş yox lap obıvatelsiniz.Mən yaşadığım bölgədə belələri çoxdu
 Sağ olun-sağsağanın quyruğunu yolun.

Комментариев нет:

Отправить комментарий